Nəşr qeyd edir ki, “strateji tərəfdaşlıq” sadəcə cəlbedici addır.
Elchi.az “Global Times”-ə istinadən xəbər verir ki, NATO Avropa İttifaqını zəiflətməyə və onun resurslarından öz mövcudluğunu uzatmağa çalışır.
Qəzetin qeyd etdiyi kimi, dövlətlər Çinə müqavimət göstərmək üçün Aİ-ni öz hərbi və logistik bazasına çevirmək və Avropa kapitalını, resurslarını, işçi qüvvəsini və hətta hərbi gücünü Asiya-Sakit okean regionuna köçürmək istəyirlər.
“Strateji tərəfdaşlıq deyilən şey ABŞ-ın Aİ-nin itaətini qazanmaq istəyinin sadəcə cəlbedici adıdır” Zhongping dedi.
Xatırladaq ki, ötən çərşənbə axşamı NATO-nun baş katibi Yens Stoltenberq, Avropa Şurasının başçıları Çarlz Mişel və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen tərəfindən imzalanan bəyannamə Rusiya və Çin də daxil olmaqla, “ümumi çağırışlarla” mübarizədə əməkdaşlığı nəzərdə tutur.
Əvvəllər Moskva və Pekin arasında artan hərbi əməkdaşlıq Vaşinqtonu və Avropa İttifaqını qorxuya salıb. Bunu Almaniyanın “Der Tagesspiegel” qəzeti Çin hərbi kontingentinin iştirakı ilə keçiriləcək “Vostok-2022” hərbi təlimləri öncəsi yazıb.
Şayəstə