Gömrük anbarlarında saxlancların qiyməti dövlət tərəfindən tənzimlənəcək

🗓 30.03.2017 09:01 ✍️ "Elçi" qəzeti
Gömrük anbarlarında saxlancların qiyməti dövlət tərəfindən tənzimlənəcək
 
Azərbaycanda gömrük anbarlarında saxlanc ilə bağlı xidmətlərin qiyməti dövlət tərəfindən tənzimlənəcək.
Elchi.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib. Dəyişikliklə siyahıya “Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların, gömrük orqanlarının sərəncamında olan anbarlar istisna olmaqla, müvəqqəti saxlanc və gömrük anbarlarında saxlancı ilə bağlı xidmətlər” əlavə edilib. Elchi.az

Bənzər yazılar