"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

General Akif Çovdarovun ailəsinə Bakıdan çıxmaq yasağı qoyulub-vəkildən sensasion açıqlamalar

24 Avqust 2016 - 08:26
in MANŞET
FacebookVatsap

General Akif Çovdarovun ailəsinə Bakıdan çıxmaq yasağı qoyulub-vəkildən sensasion açıqlamalar

Bunu da oxuyun

“Xatəm əl-Ənbiya”: İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib

“Rusiyaya təzyiqi artırmaq lazımdır” – Kallasdan ÇAĞIRIŞ

Vəkili həbsdəki generalın Eldar Mahmudov əleyhinə ifadə verib-verməməsinə “istintaq sirri” dedi; təzyiqə məruz qalan MTN-çi Ombudsman Aparatına şikayət edib, amma…; aclıq edən general son görüşündə deyib ki…

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun vəkili Sadiq Rəsulov “Yeni Müsavat”a müsahibə verib.
 
Ötən il noyabrın 15-də həbs olunan A.Çovdarov Bakı İstintaq Təcridxanasına göndərilib. Aylardır orada saxlanılan A.Çovdarov bir neçə gün əvvəl təcridxanada aclığa başlayıb. Vəkilə ilk sualımız da elə aclıq aksiyasının səbəbi ilə bağlı oldu:
– Akif Çovdarovun aclıq aksiyasına başlaması aparılan istintaqla bağlıdır. Digər təqsirləndirilən şəxslərdən fərqli olaraq Akif Çovdarov xəstədir. İstintaq qərar qəbul edib ki, Akif Çovdarov hər gün 3-4 cildlə tanış olmalıdır və istintaq avqustun 30-da yekunlaşmalıdır. Akif Çovdarovun səhhəti isə buna imkan vermir. Ona görə də o, aclıq aksiyası keçirir, ona işlə tanış olmaq üçün şərait yaradılmasını istəyir. Hesab edir ki, istintaqın qərarı qanunsuzdur, qəsdən onun işlə tanış olmasının qarşısını almağa yönəlib. Deyir ki, mənə imkan verin ki, iş materialları ilə tanış olum.
– Sizcə, istintaqın Akif Çovdarova qarşı mövqeyi niyə belədir? 
– Ona deyirlər ki, digər təqsirləndirilən şəxslər iş materialları ilə tanış ola bilirlər. Nəzərə almırlar ki, onlar cavan və sağlamdırlar, səhhətlərində heç bir problem yoxdur. Digər tərəfdən, Akif Çovdarovdan fərqli olaraq həmin şəxslərə 50-dən çox cilddən ibarət iş materiallardakı cildlərin 4-5-i aiddir. Amma Akif Çovdarova bütün cildlərin aidiyyəti var və o, bütün cildlərlə tanış olmalıdır. Bu məsələ ilə bağlı Akif Çovdarovla istintaq arasında fikir ayrılığı yaranıb və o, avqustun 19-dan aclığa başlayıb.
– Qanunla təqsirləndirilən şəxs hansı müddət ərzində cinayət işinin materialları ilə tanış olmalıdır?
– Qanunda konkret müddət göstərilməyib, ağlabatan müddət ifadəsindən istifadə edilib. Akif Çovdarov bacardığı qədər cinayət işinin materialları ilə tanış ola bilir. Nəzərə alınmalıdır ki, o, mütəmadi olaraq tibbi-sanitar hissədə müayinə və müalicələrdən keçir. O, hər gün bu prosedurlardan keçdiyindən 11-12-yə qədər iş materialları ilə tanış ola bilmir. Çünki həkimlərin müayinə və müalicəsində olur. Bundan başqa, onda ürək ağrıları var. Onun 8-9 saat cinayət işi materialları ilə tanış olmasına vaxtı qalmır. Gün ərzində maksimum 5 saat iş materialları ilə tanış ola bilir. Cinayət işinin materialları da kifayət qədər genişdir. Hər cilddə 250 səhifə var. Onun hər gün 1000 səhifə oxumaq imkanı yoxdur.
– MTN-də idarə rəisi işlədiyi dövrdə səhhətindəki problemlər normal çalışmasına imkan verirdi? 
– Həmin dövrdə də səhhətində problemlər olub. Akif Çovdarovu şəxsi həkimi nəzarətdə saxlayıb. O dövrdə qidalanması da fərqli olub. Həmin dövrdə gündə 5 dəfə ona ev şəraitində hazırlanmış yeməklər verilib. Gün ərzində 4-5 dəfə az-az olmaqla fasilələrlə yemək yeyib. Bakı İstintaq Təcridxanasında Akif Çovdarova digər təqsirləndirilən şəxslər kimi həftədə 1 dəfə sovqat qəbul olunur. Həmin sovqatda olan yeməklər isə qaldıqca boyatlaşır, bu isə Akif müəllimin səhhətinə ziyandır.
– Bakı İstintaq Təcridxanasında saxlanılan Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyev oradakı kameralarda dözülməz istidən şikayətlənir. Akif Çovdarovun bu baxımdan vəziyyəti necədir? 
– Bu barədə məlumatsızam.
– Belə məlumat var ki, kondisionerli otaqda saxlanılır.
– Akif Çovdarovun ürəyində problemləri var, mədəsindən də əməliyyat olunub. Mədəsində xərçəng olduğuna görə mədəsini çıxarıblar, qida borusunu birbaşa bağırsağına birləşdiriblər. Sonuncu dəfə ekspertizadan keçiriləndə müəyyən olundu ki, bağırsağında yenidən iltihab var.
– Akif Çovdarova Ombudsman Aparatindan baş çəkən olub? 
– Onun ailə üzvləri ombudsmana müraciət ediblər. Gələn olmayıb.
 
– Akif Çovdarov sizinlə görüşə sərbəst gələ bilirmi?
 
– Bu gün görüşə çox çətinliklə gəldi. Dedi ki, növbəti görüşə yəqin ki, gələ bilməyəcək.
– Onu aclıq edən dustaq kimi qeydiyyata alıb həkim nəzarətinə götürüblərmi? 
– Akif Çovdarov tibbi-sanitar hissədə qalır deyə faktiki həkim nəzarətindədir.
 
– Əvvəlki açıqlamalarınızda demişdiniz ki, Akif Çovdarovu tibbi-sanitar hissəyə köçürmürlər. Nə vaxt köçürülüb ora? 
– Bu ilin fevralından sonra köçürüblər.
– Belə məlumatlar vardı ki, Akif Çovdarovun səhhətindəki problemlərin ictimailəşdirilməsi onun həbsdən azad edilməsi üçündür. Bu məlumatlarla tanışsınızmı? 
–  Belə bir məsələdən xəbərsizəm.
– Akif Çovdarovla əlaqədar cinayət işinin digər MTN-çilərin işindən ayrılaraq ayrıca icraata verilməsi nə ilə əlaqədardır? 
– Bu suala istintaq orqanı cavab verə bilər. Bunun bir çox səbəbi ola bilər. Azərbaycanda o boyda məhkəmə zalı yoxdur ki, o qədər şəxsi eyni vaxtda ora aparıb məhkəmə araşdırması aparılsın. Orada o qədər adamlar var ki, bir qurumda işləsələr də, bir-birilərinə aidiyyətləri olmayan şəxslərdir. Bir şəxsin ittihamının digərinə aidiyyəti yoxdur. Düşünürəm ki, işin ayrılması bu məsələ ilə bağlı ola bilər.
 
– Akif Çovdarov onunla bərabər hakim qarşısına çıxarılacaq şəxsləri tanıyırmı?   
– Həmin 3 şəxs Akif Çovdarovun işçiləri olub.
 
– Akif Çovdarov ittihamları qəbul edirmi? 
– Xeyr, o, ilk gündən ittihamları qəbul etmir.
– Akif Çovdarovun Eldar Mahmudovun əleyhinə dolayısı ilə, birbaşa ifadələr verməsi haqda məlumatlar var. Bu məlumatlar nə dərəcədə doğrudur? 
– Bu haqda nəsə deyə bilmərəm. Bu istintaq sirridir.
– Akif Çovdarovla Eldar Mahmudov üzləşdirilibmi? 
– Belə bir şey olmayıb.
– Akif Çovdarovun yaxınlarının ölkədən çıxışlarına məhdudiyyət qoyulduğu və əmlaklarının əllərindən alındığı haqda xəbərlər var. Bu xəbərlər nə dərəcədə doğrudur?
– Düzdür, Akif Çovdarovun ailə üzvlərinin – oğlunun, qızının və digər yaxınlarının ölkədən çıxışına qadağa qoyulub. Əmlaklarının əllərindən alınması isə məhkəmə qərarı ilə mümkündür. Belə məhkəmə qərarı isə yoxdur.
– Əmlakların üzərinə həbs qoyulub? 
– Bu barədə məlumatsızam.
– Mətbuatda Akif Çovdarovun oğurladığı şəxsləri özünə məxsus və Bakıətrafı kəndlərdən birindəki istixanadakı xüsusi düzəldilmiş, yerin altında olan şəxsi təcridxanada saxlaması haqda xəbər vardı. İstintaqçılar Akif Çovdarovun iştirakı ilə həmin yerə baxış keçiribmi?   
– İstintaq o yer yoxdur ki, ora gedib baxmasın. Belə bir yer olsa idi, tapardılar.
 
– İş adamları, ən müxtəlif peşə sahibləri var ki, mətbuatda Akif Çovdarovun əməllərindən zərər çəkdiklərini bəyan ediblər. Akif Çovdarovun onları şəxsən təhdid etdiyini, döydüyünü, pullarını, mal-mülklərini əllərindən aldığını açıqlayıblar. 
– Belə ittihamlar yoxdur.
– Necə yoxdur? 145-ci maddə – adam oğurluğu nə üçün ittihamda yer alıb? 
– İttihamın verilməyi o demək deyil ki, həmin fakt təsdiqini tapır. Akif Çovdarov ittihamları qəbul etmirik. Bu məsələlər məhkəmədə araşdırılacaq.
 
– Akif Çovdarov məhkəmənin qapalı, yoxsa açıq keçirilməsini istəyir?
– Belə bir sualla ona müraciət etməmişəm. İstənilən halda bu məsələ məhkəmənin səlahiyyətindədir.
– Məhkəmə qərar qəbul edərkən Akif Çovdarovun da fikrini soruşacaq. Bu halda Akif Çovdarov nə deyəcək? 
– Bu məsələ məhkəmədə aydın olacaq.
 
– Bu sualın yaranması Akif Çovdarovun ittihamları qəbul etməməsindən qaynaqlanır. Əgər Akif Çovdarov ittihamları qəbul etmirsə, deməli, ictimaiyyətdən gizli bir işi yoxdur və ictimailəşməsindən də çəkinmir, müvafiq olaraq məhkəmənin açıq keçirilməsini tələb etməlidir.
–  Bu məsələ ilə bağlı məhkəmədə münasibət açıqlayacaq.
– Akif Çovdarovun həddən çox informasiyalı olması onun iş yoldaşı İlqar Əliyev kimi qəfil və müəmmalı ölümünə yol aça bilərmi?  
– Nə deyim? Hə və ya yox deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, səhhəti çox ağırdır, xəstədir. Avqustun 19-da başladığı aclıq aksiyası isə onun səhhətini daha da ağırlaşdırır.
 
– Akif Çovdarova təzyiqlər var?
– Şəxsən ona təzyiq yoxdur. Amma istintaq hərəkətlərinin bu şəkildə aparılmasını özünə təzyiq kimi qəbul edir. İstintaqdan tələb edirlər ki, qısa müddət ərzində işlə tanış olsun. Bunu özünə təzyiq kimi qəbul edir. Hər gün 3-4 cildlə tanış olmasının tələb şəklində ortaya qoyulmasını təzyiq sayır. Hesab edir ki, normal insan gün ərzində 1000 səhifə ilə tanış ola bilməz. Gündə 1 cildlə tanış olub oxumaq, qeydiyyat aparmaq olar. Bundan artıq cildlə tanış olmaq keyfiyyətli müdafiəyə problem yaradır.
-Siz istintaqın qərarını mübahisələndirmək üçün addımlar atmısız? 
– Biz istintaqın həmin qərarından şikayət vermişik. Bu həftə ərzində Səbayel Rayon Məhkəməsində bizim şikayətə baxılacaq. Məhkəmə bizim şikayəti təmin etsə, iş materialları ilə əvvəlki qaydada tanış olacağıq. Olmazsa, işi avqustun 30-da yekunlaşdırıb göndərəcəklər məhkəməyə.  Akif Çovdarov və digər təqsirləndirilən şəxslərlə bağlı cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılacaq.
 
Qeyd edək ki, A. Çovdarov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308.1-ci (məcəllənin bu maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.
Previous Post

General Akif Çovdarovun ailəsinə Bakıdan çıxmaq yasağı qoyulub-vəkildən sensasion açıqlamalar

Next Post

Rövşən Lənkəranskinin ölümünün yeni təfərrüatları

Bənzər yazılar

“Xatəm əl-Ənbiya”: İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq

“Xatəm əl-Ənbiya”: İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq

08 Sentyabr 2026 - 22:58

İran ordusu Amerikanın Yaxın Şərqdəki hərbi bazalarını hədəf ala bilər. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm...

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib

08 Sentyabr 2026 - 21:51

Azərbaycanın yeni səfiri Rəşad Aslanov sentyabrın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana etimadnaməsini təqdim edib. Elchi.az  xəbər verir ki, Türkiyə...

“Rusiyaya təzyiqi artırmaq lazımdır” – Kallasdan ÇAĞIRIŞ

“Rusiyaya təzyiqi artırmaq lazımdır” – Kallasdan ÇAĞIRIŞ

08 Sentyabr 2026 - 16:00

Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas Ukraynadakı münaqişəyə son qoymaq məqsədilə Rusiyaya qarşı təzyiqlərin artırılmasına dair növbəti dəfə çağırış edib....

“Çox istəyərdim ki, ya amnistiya, ya da əfvetmə haqqında qərar qəbul olunsun”- Qüdrət Həsənquliyev

“Çox istəyərdim ki, ya amnistiya, ya da əfvetmə haqqında qərar qəbul olunsun”- Qüdrət Həsənquliyev

08 Sentyabr 2026 - 10:52

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Xalqcəbhəsi.az-ın suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: - Qüdrət bəy,...

Next Post

Rövşən Lənkəranskinin ölümünün yeni təfərrüatları

Rövşən Lənkəranskinin ölümünün yeni təfərrüatları

Son xəbərlər

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

08 Sentyabr 2026 - 23:12
Britaniya Ukraynaya 25 min dron verib

Britaniya Ukraynaya 25 min dron verib

08 Sentyabr 2026 - 23:10
Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

08 Sentyabr 2026 - 23:03
AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb

AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb

08 Sentyabr 2026 - 23:01
“Xatəm əl-Ənbiya”: İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq

“Xatəm əl-Ənbiya”: İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq

08 Sentyabr 2026 - 22:58
Peru “Amerika Qalxanı” alyansına qoşulub

Peru “Amerika Qalxanı” alyansına qoşulub

08 Sentyabr 2026 - 22:56
Türkiyə 12 ölkənin İsrailə qarşı sanksiya qərarını dəstəkləyib

Türkiyə 12 ölkənin İsrailə qarşı sanksiya qərarını dəstəkləyib

08 Sentyabr 2026 - 21:54
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib

08 Sentyabr 2026 - 21:51
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

08 Sentyabr 2026 - 21:49
Böyük Britaniyanın hava limanlarının işi pozulub

Böyük Britaniyanın hava limanlarının işi pozulub

08 Sentyabr 2026 - 21:47
Kanadanın ABŞ mallarına 20 milyard dollarlıq rüsumları qüvvəyə minib

Kanadanın ABŞ mallarına 20 milyard dollarlıq rüsumları qüvvəyə minib

08 Sentyabr 2026 - 19:34
2026-cı ilin ən yaxşı qapıçısı üçün namizədlər: Siyahıda Vozinya da var

2026-cı ilin ən yaxşı qapıçısı üçün namizədlər: Siyahıda Vozinya da var

08 Sentyabr 2026 - 19:20
Elnur Məmmədov Bakıda ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib

Elnur Məmmədov Bakıda ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib

08 Sentyabr 2026 - 19:11
Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

08 Sentyabr 2026 - 19:00
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

Pensiyalar və müavinətlərin ödəniləcəyi tarix məlum olub

08 Sentyabr 2026 - 18:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.