"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Rövşən Lənkəranskinin ölümünün yeni təfərrüatları

24 Avqust 2016 - 08:28
in aktual-banner, Banner
FacebookVatsap
Rövşən Lənkəranskinin ölümünün yeni təfərrüatları

Qətlə rusiyalı deputat və baş nazirin sabiq 1-ci müavininin adı da qarışdı…

Bunu da oxuyun

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

İstanbulda avtomat silahlarla avtomobilinə atəş açılması nəticəsində öldürülən Rövşən Lənkəranskinin (Canıyev) ölümü ilə bağlı bəzi detallar üzə çıxıb.
Qətlin motivi haqda redaksiyamıza daxil olan məlumatda deyilir ki, əfsanəvi “qanuni oğru”nun gülləbaran edilməsi Moskvanın Domodedovo rayonundakı eyni adlı meyvə-tərəvəz bazarına nəzarətdən doğan mübahisəyə görədir. Hətta qətlin mümkün sifarişçisinin adı da çəkilir – Timur. 
 
Bu şəxsin Rusiya Federasiyası Dumasının deputatı Aleksandr Şişkinin şəxsi mühafizə xidmətinin rəisi olduğu deyilir. Bildirilir ki, bazarda mübahisə illərdir ki, davam edir. Həmin bazardakı mübahisələr 2014-cü ilin yanvarında pik nöqtəsinə çatıb. O dövrdə Rusiya mətbuatında “Domodedovo” bazarındakı mübahisələr Moskvada azərbaycanlılar arasında bazar müharibəsi kimi təqdim edilib. Bazarın baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasova aidiyyətinin olduğu və özünə yaxın şəxsin idarə etdiyi haqda xəbərlər gəlib. 
“Domodedevo” bazarında Azərbaycandan mal aparan sahibkarlarla bağlı ciddi problem yaşanıb. Həmin bazar 2013-cü ildə sökülən “Pokrovsk” bazarının əvəzinə açılıb. “Pokrovsk” bazarı bağlanandan sonra oradakı azərbaycanlı ticarətçilər “Domodedovo”ya köçürülüb. Amma ora uzaq olduğundan və alver üçün münbit şərait olmadığından Azərbaycandan gedən və Moskvaya kənd təsərrüfatı malları aparan soydaşlarımız Moskva Dairəvi yolunun yaxınlığındakı “41″ adlanan bazarı üstün tutublar. Bundan sonra digər bazarlardakı azərbaycanlılar da mallarını  həmin bazara aparmağa başlayıb. Bundan narahat olan bazar rəhbərliyi rəsmi dairələrlə əlaqələrindən istifadə edərək təzyiq rıçaqlarını işə salıb.  Moskvaya Azərbaycandan gətirilən meyvə-tərəvəz dolu maşınlar zorla ”Domodedova”ya aparılmağa başlayıb. Orada isə bazar sahibinin qoçuları həmin sahibkarları az qala girov götürüblər. Bir maşının bazara daxil olması üçün o dövrdə 1000 dollar alınıb. Sonra isə hər günə görə 500 dollar sahibkardan əlavə toplanıb. O dövrdə iş adamlarının bir neçəsi toplaşaraq Abbas Abbasovla görüşmək üçün “AzerRos”un yerləşdiyi Moskva şəhəri Krasnopresenski küçəsi – 24 ünvanında olublar. Lakin Abbas Abbasov yaxasını kənara çəkib, “gedin, məsələni bazar rəhbərliyi ilə həll edin” deməklə sahibkarları qapıdan yola salıb.
 
Mənbəmiz bildirib ki, Rövşən Lənkəranskinin öldürülməsi planı olsa da, tezliklə icra edilməsi nəzərdə tutulmurmuş. Qaynağımız onun Türkiyədə özünü rahat hiss edib sayıqlığını itirməsi haqda söylənilənlərin doğru olmadığını bildirib. Onun sözlərinə görə, Rövşən Lənkəranski qətlindən əvvəl “Mersedes – S class” markalı zirehli maşın sifariş edib. 
Həmin maşın ona avqustun 19-da çatdırılmalı imiş. Avqustun 18-də öldürülməsinin bu məlumatın onun opponentlərinə çatdırılmasını düşünmək üçün əsaslar yaradır. Belə məlumat var ki, Rövşən Lənkəranskinin zirehli maşın alacağı haqda məlumatı əks cinaha – onun düşmənlərinə Tahir adlı sürücüsü ötürüb. Qətl buna görə ertələnib. Rövşən Lənkəranskini zirehli maşında öldürmək ehtimalının azlığı onun düşmənlərini təcili hərəkətə keçirib.
Ölkə.az xəbər verir ki, Rövşəni öldürən sui-qəsdçilərin bir ay əvvəldən İstanbula gəldikləri və onu izlədikləri müəyyənləşdirilib. Açılmış cinayət işi ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla, 6 nəfər şübhəli şəxs qismində saxlanılıb. İddiaya görə, sui-qəsdçilər hələ Rövşən Türkiyəyə gəlməmişdən onun Türkiyədə gedəcəyi ehtimal edilən yerləri öncə Antalyada, daha sonra İstanbulda gəzərək yaxından tanıyıblar. Polisin cinayətlə bağlı saxlanılan 6 nəfərlə birlikdə sui-qəsdçilərə Rövşən haqda məlumatlar ötürən daha bir Azərbaycan əsilli şübhəlini də göz altına aldığı deyilir. Rövşənin hadisə baş verən günü getdiyi yerlərdəki kameralar vasitəsilə həmin şəxslərə aid məlumatlar əldə edilməyə çalışılır.
 
Kamera görüntülərini araşdıran polislər sui-qəsdçilərin Antalyadan kirayə götürülmüş avtomobillə mehmanxana ətrafına gəldiklərini müəyyən edib. Polislər həmin avtomobili müsadirə edib. Hadisə yerində həmçinin bir ədəd uzun lüləli silah, tapança və 65 boş güllə tapılıb.
Digər tərəfdən, istintaqı dərinləşdirən polis Rövşənin qətlinin səbəbi kimi 2013-cü ildə İstanbulda törədilən bir cinayətin qisası ola biləcəyi ehtimalı üzərində dayanıb. 18 avqust 2013 tarixində Baxçaşəhərdə lüks bir villanın hovuzunda Rövşənin türmədən tanıdığı azərbaycanlı iş adamı və cinayətkar aləmdə tanınan Əli Həmidov (“Qoca” ləqəbli) öldürülmüşdü. Hadisə vaxtı yaralanan rus əsilli Asiyat Alaşov polisə verdiyi ifadəsində Həmidovun ölərkən onun qulağına “Rövşən” adını pıçıldadığını deyib. İddialara görə, Rövşən yeraltı hesablaşmasında Həmidovun ölüm əmrini veribmiş. Bundan sonra rəqibləri tərəfindən öldürülməsi üçün başına 5 milyon dollar mükafat qoyulan Rövşən Lənkəranski də Əli Həmidovun adamları tərəfindən intiqam məqsədilə qətlə yetirilib.
Rövşənin qətli üçün Həmidovun öldürüldüyü tarix olan 18 avqust xüsusi təyin olunub. Digər bir iddiada isə 16 yanvar 2013-cü ildə kürd əsilli mafiya lideri Ded Xasanın Rusiyada öldürülməsində Rövşənin rolunun olduğu, bundan sonra rus rəsmilərin mafiya müharibəsində Rövşənin Türkiyəyə qaçdığını müəyyən etdiyi və Ded Xasanın adamlarının Rövşənin qətli üçün 12 killeri Türkiyəyə göndərdiyi irəli sürülüb. İstanbul polisinin bu ehtimal üzərində də iş apardığı deyilir.
Previous Post

Rövşən Lənkəranskinin ölümünün yeni təfərrüatları

Next Post

İki ən yaxşı tələbə jurnalist təhsilini Londonda davam edəcək

Bənzər yazılar

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

15 İyul 2026 - 23:26

Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı bu gün Ukraynadan Vətənə yola salınıb. Elchi.az...

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

15 İyul 2026 - 23:22

ABŞ-la qarşılıqlı anlaşma memorandumu onun müddəalarına əməl edildiyi zaman məna daşıyır, əks halda İranın ona riayət etməsi üçün heç bir...

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

15 May 2026 - 20:32

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Ukraynaya, xüsusilə "qərar qəbuletmə mərkəzləri"nə yeni raket-dron zərbələri endirməyə hazırlaşması barədə...

KİV: ABŞ Çinin hərbi fəaliyyətinin izlənilməsini təkmilləşdirmək üçün 12 milyard dollardan çox vəsait xərcləyəcək

KİV: ABŞ Çinin hərbi fəaliyyətinin izlənilməsini təkmilləşdirmək üçün 12 milyard dollardan çox vəsait xərcləyəcək

25 Fevral 2026 - 23:25

ABŞ hakimiyyəti Çinin hərbi fəaliyyətini izləmə sistemini gücləndirmək məqsədilə daha 12,6 milyard dollar xərcləyə bilər. Elchi.az xəbər verir ki, bu...

Next Post

İki ən yaxşı tələbə jurnalist təhsilini Londonda davam edəcək

İki ən yaxşı tələbə jurnalist təhsilini Londonda davam edəcək

Son xəbərlər

Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər

Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər

27 Avqust 2026 - 19:56
Hövsanda açıq ərazidə yanğın baş verib

Hövsanda açıq ərazidə yanğın baş verib

27 Avqust 2026 - 19:53
Tunis sahillərində qayığın aşması nəticəsində ölənlərin sayı 14-ə çatıb

Tunis sahillərində qayığın aşması nəticəsində ölənlərin sayı 14-ə çatıb

27 Avqust 2026 - 19:50
İki azərbaycanlı violist Moskvada dünya gənclərinin orkestrində

İki azərbaycanlı violist Moskvada dünya gənclərinin orkestrində

27 Avqust 2026 - 19:14
İsveç Ukraynaya əlavə 28 milyon dollar ayırıb

İsveç Ukraynaya əlavə 28 milyon dollar ayırıb

27 Avqust 2026 - 18:33
600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

27 Avqust 2026 - 17:57
Çempionlar Liqası: “Lion” – “Fənərbağça” matçından sonra 6 nəfər saxlanıldı

Çempionlar Liqası: “Lion” – “Fənərbağça” matçından sonra 6 nəfər saxlanıldı

27 Avqust 2026 - 17:49
Tokiodan uçan təyyarədə biletsiz sərnişinin meyiti aşkarlanıb

Tokiodan uçan təyyarədə biletsiz sərnişinin meyiti aşkarlanıb

27 Avqust 2026 - 17:35
Netanyahu: HƏMAS tərksilah olunana qədər “Erez” açılmayacaq

Netanyahu: HƏMAS tərksilah olunana qədər “Erez” açılmayacaq

27 Avqust 2026 - 17:28
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti

Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti

27 Avqust 2026 - 17:17
“Qarabağ”ın sabiq futbolçusu Birinci Liqa klubuna keçdi

“Qarabağ”ın sabiq futbolçusu Birinci Liqa klubuna keçdi

27 Avqust 2026 - 17:16
ABŞ hələlik İranla danışıqlar aparmır

ABŞ hələlik İranla danışıqlar aparmır

27 Avqust 2026 - 17:07
Çexiya XİN “Radio Farda”ya edilən hədələrə görə İran səfirini çağırıb

Çexiya XİN “Radio Farda”ya edilən hədələrə görə İran səfirini çağırıb

27 Avqust 2026 - 16:58
“Sabah”ı püşkatmada təmsil edəcək şəxslər müəyyənləşib

“Sabah”ı püşkatmada təmsil edəcək şəxslər müəyyənləşib

27 Avqust 2026 - 16:39
Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək

Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək

27 Avqust 2026 - 16:31
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.