Nyu-Yorkda keçirilən danışıqlarda Yeddilik Qrupu (G7) ölkələrinin xarici işlər nazirləri noyabrın 7-8-də Tokioda görüş keçirməyə razılaşıblar.
Elchi.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin yeni rəhbəri Yoko Kamikavanın sədrliyi ilə BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirilən iclasın yekunları üzrə Yaponiya Xarici İşlər Nazirliyində jurnalistlərə məlumat verilib.
“G7 xarici işlər nazirlərinin [Nyu Yorkda] danışıqlarında Yaponiya G7 xarici işlər nazirlərinin növbəti görüşünün noyabrın 7-8-də Yaponiyada keçiriləcəyini bildirdi”, – nazirliyin sözçüsü görüşün şəxsən olacağını qeyd edib.
Nuranə Məmmədova