G7 və Aİ Rusiya almazlarının ticarətinə məhdudiyyətlər qoymaq istəyir

63

G7 ölkələri və Avropa İttifaqı (Aİ) satışına məhdudiyyətlər tətbiq etməyi asanlaşdırmaq üçün rus almazlarının izinə düşməyin yollarını müzakirə edirlər.

Elchi.az xəbər verir ki, bu barədə “Bloomberg”-ə istinadən xəbər verir.

Qərb mediası vaxtaşırı Rusiya Federasiyası ilə brilyant ticarətinə qadağa və ya məhdudiyyətlər barədə yazır. Üstəlik, bir qayda olaraq, yeni sanksiyalar paketləri razılaşdırılmazdan əvvəl nəşrlərin sayı artır. Amma indiyədək doqquz məhdudiyyət paketinin qəbul edilməsinə baxmayaraq, rus almazları Avropa İttifaqının iqtisadi sanksiyalarına daxil edilməyib.

Agentlik bildirir ki, G7 və Aİ sərhədləri keçən rus almazlarının izlənilməsi yollarını müzakirə edir. Bununla belə, qlobal bazarda almazları izləmək olduqca çətindir və çətin ki, tapşırığın operativ həllinə inanmaq lazımdır.

Buna baxmayaraq, G7 ölkələrinin gələn həftəyə kimi bu məsələ ilə bağlı bəyanat verə biləcəyi iddia edilir.

Yeganə