Kolumbiyada dağıdıcı zəlzələ qurbanlarının xatirəsinə üçgünlük milli matəm elan olunub.
Elchi.az xəbər verir ki, bu barədə “Blu Radio” radiosu hakimiyyətin qərarına istinadən məlumat verib.
Matəm zamanı dövlət müəssisələrinin binalarında, eləcə də Kolumbiyanın xaricdəki səfirlik və konsulluq nümayəndəliklərində bayraqlar endiriləcək.
Avqustun 10-da Kolumbiyanın qərbində yerləşən Çoko departamentinin San-Xose-del-Palmar şəhəri yaxınlığında 7,4 bal gücündə zəlzələ baş verib. “Blu Radio”nun məlumatına görə, azı 254 nəfər həlak olub.
Məryəm





















