“Qarabağ” haqqında dolğun məlumatımız var. Onları yaxından tanıyırıq.
Elchi.az xəbər verir ki, bu sözləri Ukraynanın “Dinamo” (Kiyev) komandasının baş məşqçisi İqor Kostyuk UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, qarşılaşmanın gərgin və maraqlı alınacağını bildirib:
“Komandaya uzun illərdir təcrübəli mütəxəssis Qurban Qurbanov rəhbərlik edir. Onların bəlli bir sistemi var. Avropada da yaxşı təcrübəyə sahibdirlər”.
Mütəxəssis Azərbaycan haqqında müsbət fikirlər səsləndirib. O, ölkəmizin Ukraynaya qarşı hər zaman xoş münasibət bəslədiyini bildirib.
Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” oyunu saat 20:00-da başlayacaq. İlk matçda Kiyev təmsilçisi 1-0 hesablı qələbə qazanıb.




















