Litva hava hücumundan müdafiə (HHM) ehtiyacları üçün ayrılan və 500 milyon avrodan çox təşkil edən vəsaitin həcmini artırmalıdır.
Elchi.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mindauqas Sinkyaviçyus jurnalistlərə bəyan edib.
“2027-ci ilin müdafiə büdcəsi ümumi daxili məhsulun (ÜDM) 5%-indən az olmayacaq, lakin hava hücumundan müdafiəyə daha çox vəsait ayırmalıyıq”, — deyə o bildirib. Baş nazir bu payın nə qədər artırıla biləcəyini dəqiqləşdirməyib.
2026-cı ildə Litvanın hərbi büdcəsi ÜDM-in 5,38%-ni, yaxud 4,79 milyard avro təşkil edir. Bu vəsaitin 524 milyon avrosu HHM sistemlərinin inkişafına yönəldilib. “Müxtəlif kinetik vasitələrə — uzaq və yaxın mənzilli sistemlərə diqqət yetirmək lazımdır”, — deyə kabinet rəhbəri qeyd edib. O vurğulayıb ki, hökumətin məsuliyyəti təhlükəsizliyə hədə yaradan hava obyektlərini, ilk növbədə pilotsuz uçuş aparatlarını vaxtında aşkar etmək və potensial təhlükə yarandıqda onları məhv etmək üçün hər şey etməkdir.
Məryəm





















