"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home HADİSƏ

Gənclərin hərbi xidmətə qəbulu belə həyata keçirilir – Video

26 İyul 2023 - 13:47
in HADİSƏ
FacebookVatsap

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bu il mayın 20-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamına əsasən, ordu sıralarına çağırılan gənc əsgərlərin qəbulu davam edir.

Bunu da oxuyun

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Narkotikin təsiri altında olan sürücü həbs edilib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Bu barədə Elchi.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının etibarlı müdafiəsini təmin edən Əlahiddə Ümumqoşun Orduda yaradılan nümunəvi xidməti şəraitin nəticəsidir ki, xidmətə yeni başlayan əsgərlərimiz heç bir çətinliklə üzləşmirlər. Hərtərəfli təminata malik hərbi hissələrdə xidmət edəcək gənclər ən çətin döyüş tapşırıqlarını yerinə yetirəcək peşəkar əsgərlər kimi hazırlanırlar. Təqdim edəcəyimiz videomaterialda Əlahiddə Ümumqoşun Ordunun təlim hərbi hissəsində gənclərin hərbi xidmətə qəbulu və onların xidməti üçün yaradılan şərait barədə məlumat verəcəyik.

Müddətli hərbi xidmətə çağrılan gənclər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi tərəfindən hərbi hissəyə təhvil verilir. Gənclər sevinc, həyəcan, qürur hissləri ilə hərbi hissəyə ilk addımlarını atırlar.

Çağırışçılar ilk olaraq müasir avadanlıqlarla təchiz olunan hərbi xəstəxanada müayinə olunur. Rentgen aparatı ilə gənc əsgərlərin ağciyərləri və daxili orqanları yoxlanılır. Əsgərlər stomatoloq, cərrah, terapevt və digər sahələr üzrə müayinə olunduqdan sonra tibb kitabçalarında müvafiq qeydlər aparılır.

Qeyd edək ki, ilkin müayinə ilə yanaşı, hərbi xəstəxanada və hərbi hissənin tibb məntəqəsində şəxsi heyətin vaxtaşırı tibbi müayinəsi aparılır, gənclərin səhhəti daim diqqətdə saxlanılır və onlara xəstəlik törədən viruslardan qorunmağın yolları haqqında mütəmadi olaraq məlumat verilir.

Həkim komissiyası tərəfindən ümumi şəkildə yoxlanan çağırışçıların növbəti mərhələdə qeydiyyatı və bölgüsü aparılır. Onlar şəxsi heyətin uçotu bölməsinə təqdim olunaraq adlı siyahılar əsasında yoxlanılır.

Sonra gənc əsgərlər əşya anbarına göndərilir. Burada onlar hərbi geyim və digər şəxsi əşyalarla təmin olunduqdan sonra xidmət edəcəkləri bölmələrə təhvil verilir.

Gənclər Hərbi Andı qəbul edənə kimi ilkin hazırlıq mərhələsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra Nizamnaməsinə uyğun olaraq məşğələlərdə iştirak edir. Məşğələ rəhbərləri tərəfindən keçirilən dərslərdə şəxsi heyətə sıra hazırlığının fənn və elementləri öyrədilir, gənc əsgərlərə hərbi intizam qaydaları aşılanır, onların sıra vərdişləri formalaşdırılır və təkmilləşdirilir.

Günün nizam qaydasının əsas hissələrindən biri də fiziki hazırlıq saatlarıdır. İdman şəhərciklərində döyüş hazırlığının tərkib hissəsi kimi şəxsi heyətlə fiziki hazırlıq üzrə dərslər keçirilir. Şəxsi heyət müxtəlif idman qurğuları vasitəsilə fiziki dözümlülüklərini artırır.

Əlahiddə Ümumqoşun Ordunun digər hərbi hissələri kimi burada da əsgərlərin şəxsi gigiyena qaydalarına əməl etmələrinə və sağlamlıqlarının qorunmasına ciddi fikir verilir. Bunun üçün hərbi hissənin hamam və camaşırxanasında lazımi şərait yaradılıb. Camaşırxanada müasir paltaryuyan, quruducu maşınlar və yataq örtüklərinin ütülənməsi üçün qurğular şəxsi heyəti həftə ərzində təmiz paltar və yataq örtükləri ilə təmin edir.

Şəxsi heyətin sağlamlığının qorunması üçün düzgün qidalanma da əsas şərtlərdən biridir. Hərbi hissənin yeməkxanasında peşəkar qadın aşpazlar tərəfindən bol enerjili və ekoloji cəhətdən təmiz yeməklər hazırlanır.

Şəxsi heyətin gündəlik təzə və yüksək kalorili ərzaqla təmin olunması üçün ərzaq anbarlarında lazım olan ehtiyat və şərait yaradılıb. Burada müasir tələblərə cavab verən soyuducu və dondurucu kameralar yerləşdirilib. Bu kameralarda ət, balıq, meyvə-tərəvəz və digər ərzaq ehtiyatı saxlanılır.

Azərbaycan əsgərinə göstərilən diqqət və qayğı, hərbi hissədə yaradılan yüksək məişət şəraiti onların xidmətlərini uğurla keçməsinə zəmin yaradır. Hərbi hissənin yataqxanalarında da əsgərlərin məişət şəraiti üçün müasir infrastruktur yaradılıb, yataq otaqları lazımi avadanlıqlarla təchiz olunub. Belə şərait xidmətə yeni başlayan gənclərin gələcəkdə bacarıqlı əsgərlər kimi formalaşmasında xüsusi əhəmiyyət kəsb edir.

Günün nizam qaydasına uyğun olaraq əsgərlərin asudə vaxtını səmərəli keçirməsi də diqqət yetirilən əsas məsələlərdəndir. Bunun üçün Hərbi hissənin əsgər yataqxanalarında ideoloji, tədris, məişət və istirahət otaqları əsgərlərin istifadəsinə verilib. Burada ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən kitablar, bədii ədəbiyyatlar, stendlər, qəzet və jurnallar qoyulub. Həmçinin əsgərlər müxtəlif stolüstü oyunlar oynamaq və televizora baxmaq imkanı da əldə edirlər.

Xidmətə yeni başlayan gənc əsgərlər hərbi andı qəbul etdikdən sonra öz ixtisası üzrə məşğələ və dərslərdə, praktiki atış çalışmalarında iştirak edəcək və digər ümumqoşun biliklərini mənimsəyəcəklər. 3 aylıq gənc əsgər hazırlığı dövründə ixtisaslarına uyğun hərbi bilik və bacarıqlara tam yiyələnən əsgərlərimiz xidmətlərini davam etdirmək üçün digər hərbi hissələrə göndəriləcəklər.

Gənclərdə vətənpərvərlik hissinin formalaşmasında, onların cəmiyyətə yararlı şəxsiyyət kimi hazırlanmasında və digər mənəvi keyfiyyətlərə yiyələnməsində əsgəri xidmətin rolu böyükdür. İnanırıq ki, bu gənc əsgərlərimiz də komandirlərinin öyrətdiyi bilik və bacarıqları dərindən mənimsəyib, döyüş hazırlıqlarını və fiziki dözümlülüklərini daim artıraraq ərazi bütövlüyümüzün keşiyində inamla dayanacaq və ən əsası da Qalib Ordunun əsgərləri kimi üzərlərinə düşən şərəfli vəzifəni layqincə yerinə yetirəcəklər.

Previous Post

Gənclərin hərbi xidmətə qəbulu belə həyata keçirilir – Video

Next Post

Avstraliya İsveç və Danimarkada Qurana hücumları pisləyir

Bənzər yazılar

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42

Dövlət Sərhəd Xidməti tərəfindən may ayı ərzində qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 5 milyon 609 min 617...

Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38

Paytaxtın Binəqədi rayonunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan sürücü saxlanılıb. Elchi.az -ın məlumatına görə, müəyyən edilib ki, axtarışda...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə mərkəzin "X" sosial şəbəkə...

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18

İmişli rayonunda yanğın baş verib. Elchi.az Report-a istinadən xəbər verir ki, hadisə İmişli şəhəri Zəfər prospektində yerləşən tamet istehsalı sexində qeydə...

Next Post
Avstraliya İsveç və Danimarkada Qurana hücumları pisləyir

Avstraliya İsveç və Danimarkada Qurana hücumları pisləyir

Avstraliya İsveç və Danimarkada Qurana hücumları pisləyir

Avstraliya İsveç və Danimarkada Qurana hücumları pisləyir

Son xəbərlər

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.