“İki il əvvəl Gəncənin bombalanması “təfəkkürü” ilə bu gün Ukraynanın şəhərlərini bombalayan “təfəkkür” eynidir. Ermənistan hakimiyyəti iki il əvvəl Qarabağda irəliləyən Azərbaycan ordusunu dayandıra bilmədiyindən ikinci böyük şəhərimizi raket atəşinə tutmağa qərar verdi”.
Elchi.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu FB hesabında qeyd edib:
“Yəqin düşünürdülər ki, dağıntılar və mülki insanlar arasında itkilər Azərbaycan cəmiyyətində panika yaradacaq və ordumuz dayanmaq məcburiyyətində qalacaq. Əksinə cəmiyyətin işğalçıya qarşı etirazı artdı və ordu irəliləməkdə davam edirdi. Ukrayna cəmiyyəti də şəhərlərinin bombalanmasından panikaya düşməyib, işğalçı ilə mübarizə davam edir”.
Şayəstə