İspaniyanın muxtar şəhəri Seutaya daxil olan miqrantların Şengen zonasında sərbəst hərəkət edə biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən Fransa İspaniya ilə sərhəddə nəzarəti gücləndirəcək.
Elchi.az xəbər verir ki, “Politico” nəşrinin 31 iyul cümə günü yaydığı məlumata görə, bu barədə Fransa daxili işlər naziri Loran Nunyes məlumat verib.
Daxili işlər naziri bildirib: “Seuta anklavındakı vəziyyəti nəzərə alaraq, hələ dünən axşam saatlarında İspaniya ilə sərhəddə nəzarət tədbirlərinin dərhal gücləndirilməsi barədə göstəriş verdim”.
Nunyes həmçinin qeyd edib ki, sərhəd yoxlamalarını həyata keçirmək üçün yerli polis və hərbi bölmələr cəlb olunacaq. Fransa hazırda bu məsələ ilə bağlı İspaniya rəsmiləri ilə əlaqə saxlayır.
Daha əvvəl, iyulun 31-də miqrantların sərhədi pozması və Madridin “Şengen sərhədlərini qoruya bilməməsi” əsas gətirilərək, İspaniyanın müvəqqəti olaraq Şengen zonasından kənarlaşdırılması təklifi irəli sürülmüşdü.
Yeganə





















