Fransa prezidenti Emmanuel Makron ölkəsinin Ukraynaya Fransa istehsalı olan “Leclerc” tipli tankların göndərilməsini istisna etmədiyini, tankların göndərilməsi üçün müəyyən meyarların yerinə yetirilməli olduğunu bildirib.
Elchi.az xarici mediaya istinadən xəbər verir ki, Makron və Almaniya kansleri Olaf Şolz Fransa-Almaniya Dostluq Müqaviləsinin 60-cı ildönümü münasibəti ilə Parisdə keçirilən Nazirlər Şurasının 23-cü Toplantısından sonra mətbuata bəyanatla çıxış ediblər.
Avropanın ciddi çətinliklərlə üzləşdiyini deyən Makron qitəyə geri dönən müharibənin iqtisadi və enerji nəticələrinə toxunub:
“Bizim məqsədimiz eynidir, birlik və həmrəylik içində daha suveren Avropadır”.
Makron Şolz ilə Ukrayna-Rusiya müharibəsini müzakirə etdiklərini və hər iki ölkənin lazım olduğu müddətcə Ukraynanı hər sahədə dəstəkləməyə davam etməkdə qərarlı olduqlarını qeyd edib.
Ukraynanın yenidən qurulması lazım olduğu zaman avropalıların orada olacağına diqqət çəkən Makron Fransanın Ukraynaya “Leclerc” tipli tanklar göndərmə ehtimalını istisna etmədiyini, ancaq tankların göndərilməsi üçün müəyyən meyarların yerinə yetirilməsi lazım olduğunu vurğulayıb.
Yeganə