Fransa Ukraynaya 12 “Sezar” özüyeriyən artilleriya qurğusu tədarük edəcək

86

Fransa Ukraynaya 12 “Sezar” özüyeriyən artilleriya qurğusu tədarük edəcək.

Elchi.az xəbər verir ki, bu barədə Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekornü bildirib.

155 mm 12 özüyeriyən haubitsa yaxın həftələrdə gətiriləcək.

“Ouest-France” qəzeti yazır ki, Fransa da Ukrayna hərbçilərinin hazırlanması istiqamətində səylərini artıracaq. Yaya qədər Ukraynadan olan 2 minə yaxın əsgər Fransa ərazisində təlim keçəcək.