ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ-ın neft yataqlarının birgə işlənilməsi ilə bağlı saziş bağladığı Venesuelada 500 il bəs edəcək qədər neft ehtiyatı mövcuddur.
Elchi.az xəbər verir ki, Tramp bu barədə Respublikaçılar Partiyasının qurultayında bildirib.
“65 milyard barel bizə məxsusdur. Bunun nə demək olduğunu bilirsinizmi? Bir ömür boyu – 500 il”, – deyə Tramp qeyd edib.
Tramp bu sazişi bəlkə də ABŞ tarixindəki ən böyük sazişi adlandırıb.
ABŞ və Venesuela əvvəllər bu Cənubi Amerika ölkəsində investisiyaları stimullaşdırmaq və neft hasilatını artırmaq məqsədi daşıyan tarixi bir razılaşma elan etmişdilər. Venesuelanın icraçı vitse-prezidenti Delsi Rodrigesin sözlərinə görə, bu əməkdaşlıq özəl operatorların cəlb edilməsi yolu ilə neft hasilatının əhəmiyyətli dərəcədə artırılmasına imkan verəcək. Razılaşma 65 milyard barel təsdiqlənmiş neft potensialına malik 17 strateji yatağın işlənilməsini, 100 milyard dollardan çox investisiya qoyuluşunu və Venesuela büdcəsinə 200 milyard dollardan artıq vergi gəlirinin təmin edilməsini nəzərdə tutur.
Yeganə





















