Avropa İttifaqının (Aİ) xarici siyasət idarəsinin rəhbəri Kaya Kallasın və onun rəhbərlik etdiyi Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) gələcək rolu 2026-cı ilin sonunadək keçiriləcək Aİ liderlərinin sammitində müzakirə mövzusu olacaq.
Elchi.az xəbər verir ki, bu barədə “Euractiv” nəşri məlumat yayıb.
Almaniya və Fransa EEAS-ın və onun rəhbərinin roluna yenidən baxılması təşəbbüsünə liderlik edirlər. Onların təklifi əsasən Kallasın funksiyalarının Avropa Komissiyasının strukturuna inteqrasiya edilməsini nəzərdə tutur.
Nəşr qeyd edir ki, onların fikrincə, bu, Avropa blokunun xarici siyasətinin daha yaxşı əlaqələndirilməsinə imkan verərdi.
Xüsusilə, Paris və Berlin Kallasın Avropa Komissiyasının vitse-prezidenti təyin edilməsini təklif edirlər. Həmçinin, Komissiyanın xarici siyasətə cavabdeh olan bölmələrində milli kvotaların tətbiq edilməsi barədə də təklif irəli sürülüb.
Bu addım milli hökumətlərin Aİ-nin xarici siyasətinin formalaşdırılması prosesinə nəzarətini əhəmiyyətli dərəcədə gücləndirər və üzv ölkələrdən olan diplomatlara Komissiyanın “mühərrik otağına” (yəni qərarların hazırlandığı əsas mərkəzə) çıxış imkanı verərdi – bu, Fransanın irəli sürdüyü bir tələbdir.
Bundan əlavə, sənədə əsasən, ölkələr Avropa Şurasının xarici siyasət alətləri üzərində nəzarətini gücləndirməyə çalışırlar.
Bu arada, sentyabrın 10-da Litvanın Baş naziri Mindauqas Sinkeviçiusla keçirilən birgə mətbuat konfransında Kaya Kallas Ukraynadakı münaqişəyə son qoymaq məqsədilə Rusiyaya qarşı təzyiqlərin artırılmasına növbəti dəfə çağırış etdi.
Yeganə





















