Fransanın təhlükəsizlik təşkilatı Türkiyədən qayıdan cihadçıları saxlayaraq, dindirmək üçün Paris hava
limanında gözlədiyi bir vaxtda cihadçıların Marsel hava limanından Fransaya sərbəst şəkildə girməsi ölkədə qalmaqala səbəb olub.
Elchi.az-ın məlumatına görə, Fransanın müdafiə naziri Jan-İv Le Drian Türkiyə təmsilçilərinin təyyarə dəyişikliyi barədə Fransa nümayəndələrini məlumatlandırmadığını bildirib.
“France İnfo” radiosuna açıqlama verən müdafiə naziri keçən il Tuluzadakı bir yəhudi məktəbinə qanlı hücum təşkil edərək, bir neçə uşaşı öldürən Məhəmməd Merahın qayını Bağdadi, uşaqlıq dostu İmad Cəbali və sonradan müsəlman olan Fransa vətəndaşı Gael Maurizedən ibarət cihadçıların Türkiyə tərəfindən göndərildiyini bildirib. Jan-İv Le Drian Parisə uçan təyyarənin pilotunun “özəl sərnişinlər”i təhlükəsizlik baxımından təyyarəyə buraxmadığını, ancaq cihadçıların Marsel təyyarəsinə mindiyini, Türkiyə tərəfinin isə bu dəyişiklik barədə Fransa təmsilçilərinə məlumat vermədiyini bəyan edib.