Fransa Xarici İşlər Nazirliyi, dəlil təqdim etmədən, Rusiyanı Avropa ölkələri ərazisinə kiberhücumlar həyata keçirməkdə ittiham edib və vəziyyəti aydınlaşdırmaq üçün Rusiya səfirini çağıracağını bildirib.
Elchi.az xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan-Noel Barro bildirib.
Diplomat bildirib ki, yaxın günlərdə Xarici İşlər Nazirliyi Fransadakı Rusiya səfirini çağıracaq və bu kiber kampaniyaya görə məsul olan doqquz şəxsə və dörd quruma sanksiyalar tətbiq edəcək.
Barrotun sözlərinə görə, Parisin bu kiberhücumları aşkar etmək imkanı var, lakin o, Moskvanın iştirakına dair heç bir sübut təqdim etməyib.
Xatırladaq ki, iyulun 9-da İtaliyanın xarici işlər naziri Antonio Tajani Rusiyanın Romadakı səfirliyindən iki hərbi attaşenin qovulduğunu açıqlayıb.
Rusiya Xarici İşlər Nazirliyi İtaliyanın hərəkətlərinə lazımi cavab verəcəyinə söz verib.
Yeganə





















