Fransa İravanın xahişini rədd etdi

40

Fransa Zəngəzur vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanı Ermənistana ekstradisiya etməkdən imtina edib.
Elchi.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, istintaq çərçivəsində Xaçatryanın Fransada olması baradə məlumat əldə edilib və Parisə onun ekstradisiyası üçün sorğu göndərilib.
Oktyabrın sonunda Fransa Xarici İşlər Nazirliyi erməni hüquq-mühafizə orqanlarına Fransa məhkəməsinin İrəvanın müraciətinə mənfi rəyi barədə məlumat verib.
Bu qərarın Ekstradisiya haqqında Avropa Konvensiyasına əsaslandığı bildirilib.
Qeyd edək ki, Ermənistan Baş Prokurorluğu 2019-cu ildə Zəngəzur vilayətinin eks-qubernatoru Surik Xaçatryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı ittihamı ilə cinayət işi açıb.