Fransa Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artmasından narahatdır

🗓 05.08.2014 19:06 ✍️ "Elçi" qəzeti
Həmsədr ölkə tərəfləri gərginliyin azaldılması üçün təcili tədbirlər görməyə7f473f5bb404793080964156f1d580d4 çağırır
Fransa Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son günlər itkilərə səbəb olan gərginliyin artmasından narahatlığını ifadə edib.

APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən olan Fransanın Xarici İşlər Nazirliyinin (XİN) saytında bildirilir.

 Fransa XİN-in məlumatında qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll oluna bilər.

 “Fransa tərəfləri atəşkəs haqqında sazişə əməl etməyə, yeni insidentlərdən qaçmaq üçün gərginliyin azaldılması istiqamətində təcili tədbirlər görməyə çağırır”, - deyə məlumatda vurğulanır.

Bənzər yazılar