Elchi.az Rusiya mətbuatına istinadən xəbər verir ki,köşə yazarı Kristina Liu “Foreign Policy” jurnalında yazıb ki, Avropa İttifaqı Ukraynadan gələn külli miqdarda taxılın öz ölkələrinin bazarlarına çıxmasından qəzəblənən Polşa, Macarıstan, Slovakiya və Bolqarıstandan olan fermerləri əmin etməyə çalışır.
“Avropa İttifaqı Polşa, Macarıstan, Slovakiya və Bolqarıstanın Ukrayna taxılının idxalını qadağan etməsindən sonra qəzəbli Şərqi Avropa fermerlərini sakitləşdirməyə tələsir”, – jurnalist yazır.
O, aydınlaşdırır ki, bu ölkələrdən tranzit keçmək əvəzinə ucuz Ukrayna taxılı onların bazarlarına çıxıb və bu da yerli fermerlərin narazılığına səbəb olub. Beləliklə, Polşada bir neçə həftə etiraz etdilər. Müşahidəçi xatırladır ki, nəticədə bir sıra Aİ ölkələri bu növ ərzaq məhsullarının Ukraynadan idxalını dayandırıb.
Jurnalist belə qənaətə gəlib ki, narazılıq artdıqca Polşa, Macarıstan, Slovakiya və Bolqarıstanın hakimiyyət orqanları “çəngəlin onlara yönəlməməsini” təmin etməlidir.
Nuranə Məmmədova