"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

“FORPOST” olmağımızı istəyənlər: Yaxid YAD DİLlərin AZƏRBAYCANcaya tərcüməçiləri…

13 Aprel 2018 - 15:08
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET, MÖVQE, SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

 

Bunu da oxuyun

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

 

Prezident seçkiləri başa çatdı və Azərbaycan seçimini etdi. “2 aylıq kampaniya uğurla aparıldı” desək, yanılmarıq. Namizədlər seçici ilə işlədi, həm virtual, həm də canlı görüşlər maraqlı idi. Hətta yeniliklərin şahidi olduğumuzu da demək mümkündür. Maraqlı diskussiyalar, çağırışlar və bəzən də kütləyə ünvanlanmış müraciətlər eşidildi.

8 namizədin iştirak etdiyi rəqabət sonucunda prezident İlham Əliyev yenidən qalib gəldi. Növbəti 7 ildə İlham Əliyev ölkəni idarə edəcək. Təbii ki, hakimiyyət dəyişikliyini gözləyənlər də vardı, iqtidarın qalmasını istəyənlər də. İkincilərin istədiyi oldu. Bəs rəqiblərin təbriki oldumu?

Seçkidə iştirak edənlər təbrik etdilər, seçidə iştirak etməyənlər, boykot deyib, boykotun mexanizmini xalqa təqdim etməyənlər və xalqı boykota inandıra bilməyənlər isə nəinki təbrik etmədilər, əksinə səsverməyə bir həftə qalmışdan nəticəsi bəlli olmayan bir olaya qarşı mitinq təyin etdilər. Halbuki əksi olmalıydı. Sivil münasibətlər, dialoq mühiti üçün namizədlərin siyasi taktikasını seçkiyə qatılmayanlar da örnək seçsəydi, daha yaxşı olardı. Azərbaycan üçün olduqca vacib olan yeni və sivil siyasi münasibətlərin əsası qoyulardı. Təəssüf ki, ənənəvi qüvvələr bunu etmir, hətta hansısa formada problem yaratmağa cəhd edilir. Amma təkcə onlarmı?

Məncə, məsələnin mahiyyəti, kökü bu adamlar özləri deyil. Çünki Əli Kərimli də, Milli Şurada olan digərləri də güc və qüvvələrini bilirlər. Ənənəvi taktika ilə hakimiyyəti məğlub etmək mümkün deyil. Pərən-pərən düşməklə, sosial bazanı dağıtmaqla dünyanın heç yerində iqtidar olmaq alınmır. Çox sayda nümunələr göstərmək olar ki, güclü iqtidarların seçki qələbələri seriyasına son qoymaq üçün birlik və birgə mübarizə taktikası seçilməlidir. Amma bu adamlar nə etdilər? Onların əsas mübarizə subyekti hakimiyyət olmadı ki!.. İllərlə davam edən taktikalarına sadiq qaldılar. Hamam da, tas da köhnə oldu…

Özünü XİLASKAR obrazında təqdim edən (inanan daşa dönsün – müəl.) Əli Kərimli müxalifətin birgə mübarizəsi əvəzinə gah Müsavata qarşı gedişlər düşündü, gah Razi Nurullayevi cəbhəçilərin namizədi, AXCP sədri kimi seçkiyə qatıldığına görə təhqir etdirdi, gah müxalifət adına seçkiyə qatılan daha bir namizədi – Sərdar Calaloğlunu satqınlıqda günahlandırdı. Müxalifətin birgə seçki taktikasını əngəllədi. Bu gedişlərlə müxalifətin seçkiyə qatılan namizədləri qələbə qazana bilərdimi? ƏSLA!

Ölkədə daxili etiraz, müqavimət gücü zəifdir. Kimin nə iddia etməsindən asılı olmayaraq, reallıq və fakt budur. Prezident seçkilərinə etirazçı kütlənin məlum sayı dediyimizə sübutdur. Əksi olsaydı, Milli Şuranın Müsavat Partiyası ilə birgə “Məhsul” stadionunda  təşkil etdiyi icazəli mitinqdə iynə atsaydın, yerə düşməzdi. Amma həmin etiraz mitinqlərində nəinki iynə, hətta çətir də istədiyi yerə düşürdü.

Xarici etirazçılara isə müqavimət təkcə iqtidarın deyil, həm də cəmiyyətin dirənişidir. Hamıya gün kimi aydındır ki, xarici gücün məqsədləri heç də ölkənin daxilindəki prolemləri həll etmək deyil. Onların maraqları öz istəklərini diktə etməkdir. Bir az da dəqiqləşdirsək, SÖMÜRGƏÇİLİKdir. Buna etiraz edən qüvvə isə güclü olur. Cəmiyyətin əsas və aparıcı kəsimi də həmin qüvvənin yanında yer alır. Çünki siyasi maliyyəyə marağı olmayanlardan savayı bir kimsə ölkəsinin sömügəçiliyiə məruz qalmasını istəməz.

Bir neçə gün öncə Prezidentin köməkçisi Əli Həsənov media ilə  birgə iştirak etdiyi tədbirdə bunu çılpaqlığı ilə dedi. Cənab Həsənovun məlum açıqlaması bir çox qaranlıqları aydınlığa çıxardı və məlum oldu ki, bəzi ölkələr təbii sərvətlərimizdən əvəzsiz pay istəyir, Deməli, insan haqları da, söz və mətbuat azadlığı adı altında təşkil olunan hücumlar da vasitədir, məqsəd deyil. Xarici güclər öz maraqları naminə insan haqlarını, söz və mətbuat azadlığını imitasiya edir. ATƏT DTİNB-nun iki həftə ərzində bir-birindən fərqlənən açıqlama və hesabatları da bunun nümunəsidir.

Ona görə də xaricdən istiqamətlənən və təmin olunan sosial şəbəkə “çevrilişləri” ölkə üçün keçərli olmur və bu seçki zamanı da keçərli olmadı. Bu niyyətlərin əsas qayəsi Azərbaycanı iğtişaşlara, daxili çaxnaşmaya, vətəndaş qarşıdurmasına yem etmək olduğundan uğur qazana bilməzdi. Danışan adamlar da YAD DİLlərdə deyilənlərin AZƏRBAYCANcaya tərcüməçiləri idi. Orduxanlar, vidadilər sadəcə bu tərcüməçilərdir.  Həm də olduqca pis tərcüməçilər. Onların tərcüməsində ölkəni daxili didişmlər meydanına çevirmək, müqavimət göstərənləri zəiflətmək və sonda SƏRFƏLİ VƏ SÖZƏBAXAN hakimiyyət formalaşdırmaq cəhdi açıq görünürdü. Nəticədə Azərbaycanı kimlərinsə“FORPOST”u etmək istəyirdilər. Cəmiyyət buna ciddi müqavimət göstərdi və uddu.

Xaricdən Azərbaycana yönələn bu sayaq təzyiqləri müşahidə edəndə adamın gözləri önünə 1876-1909-cu illərin Türkiyəsi (Osmanlı) gəlir. Türkiyəyə qarşı qurulan bütün tələləri önləyən, ölkəni ayaq üstdə saxlamağa çalışan, qüdrətini qoruyan Sultan II Əbdülhəmidi devirmək üçün ingilis, rus, fransız, yunan, amerikalı – bütün rejimlər dirəniş göstərirdi. Elçiliklər belə üsyan, çevriliş hazırlayan terror yuvasına çevrilmişdi. Məqsəd də Osmanlını yox etmək, bu torpaqlarda öz sömürgəçiliklərini davam etdirmək, balaca dövlətlər yaratmaq, petrol ərazilərini ələ keçirmək idi. Əsas şüar insan haqları, etniklərin (ermənilərin) hüquqları, mətbuat azadlığı olsa da, görünməyən amac Türkiyəni dağıtmaq idi. Sultan Əbdülhəmidin siyasi zəkası və bacarığı, xalqın ona inamı, dövlət və millət eşqi xainlərin əl-qol açmasına imkan vermirdi. Onda daxili satqınlar tapılırdı, kombinasiyalar qurulurdu, daxildən seçilmiş satqınların əli ilə ölkəyə qarşı planlar icra edilirdi.

İndi Azərbaycana qarşı daha bir məkrli plan hazırlanıb. İlham Əliyevin müqaviməti nə Qərbin, nə Rusiyanın, nə İranın planlarına uyğun gəlir. Yeni-yeni kombinasiyalar qurulur, cəmiyyəti parçalayacaq qədər bütün oyunlara baş vurulur. Bu YAD DİLLƏRDƏ danışanların TƏRCÜMƏÇİLƏRi isə bizim aldanmışlardır. Bu adamlar təkcə onlara verilən vədlərə yox, həm də aldıqları, alacaqları paraya aldanıblar. Çünki nə Qərbdəki bir sıra dairələr, nə Rusiya, nə İran müstəqil siyasi kursu olan Azərbaycan sevmir, sevə də bilməz. Pulu da elə-belə vermirlər, verdikləri hər dolların hesabı soruşulur, lazım gəlsə, qan bahasına…

1993-cü ildə Azərbaycan eyni taleyi yaşadı. Elçibəy hakimiyyətini kimlər və niyə devirdi? Çox zaman dediyimiz kimi, Elçibəy hakimiyyətinə təkcə İrana, Rusiyaya bağlı qüvvələrmi son qoydu? Heç Qərb dövlətlərinin, yaxud “Britiş Petrolium”un (BP) nin iştirakı olmadımı? Rusiya, İran Qərbin, yaxud böyük şirkətlərin birmənalı müdafiə etdiyi hakimiyyəti devirə bilməzdi.

Son anda Elçibəyin gücü ona yetdi ki, hakimiyyəti onların istədikləri, planlaşdırdıqları şəxsə yox, mərhum Heydər Əliyevə ötürə bildi. Xarici siyasi sərmayəçilər bununla da uduzdular. PLAN İFLASA UĞRADI.  Əvvəlcə Heydər Əliyevin də hakimiyyəti qoruyub saxlaya bilməyəcəyinə inandılar, yoxsa ona da hakimiyyətə gəlməyə imkan verməzdilər. Əgər bilsəydilər ki, Heydər Əliyev siyasi məharəti və təcrübəsi ilə onların planlarını önləyəcək, Azərbaycan dövləti qurulacaq, heç zaman onun hakimiyyətə gəlməsinə imkan verilməzdi. Sonradan dəfələrlə onun da hakimiyyətdən uzaqlaşdırılmasına cəhd etdilər. 6 rayonun işğalı işə yaramayanda 1994-cü ilin oktyabrında Surət Hüseynovun İKİNCİ QİYAMI ilə, bu da alınmayanda, 1995-ci ilin martında OMON hadisələri ilə…

İndi də eyni durumdur, bir başqa formada 1993-cü ili təkrarlamaq arzusunda olanlar var… Bizi birlik xilas edir və edəcək. Bundan sonra sivil siyasi qüvvələrin yeni və güclü komandası ilə…

Bu müdafiə deyil. Reallığı dəyərləndirmək, həqiqəti söyləmək lazımdır. Seçki də, nəticə də xalqın niyyətindən, istəyindən alınan sonucu verdi…

Rəfail Becanov

Previous Post

“FORPOST” olmağımızı istəyənlər: Yaxid YAD DİLlərin AZƏRBAYCANcaya tərcüməçiləri…

Next Post

“Muğanbank”ın sabiq əməkdaşı 8 il müddətinə azadlıqdan məhrum edildi

Bənzər yazılar

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16

Ukrayna üzrə danışıqlar məsələsində Rusiyanın vicdanı təmizdir, ABŞ isə Avropanın təzyiqinə tab gətirə bilməyib. Elchi.az xəbər verir ki, bunu Rusiya...

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

07 Oktyabr 2026 - 16:00

"BRİKS qurumları daha da dağılacağı təqdirdə Birləşmiş Millətlər Təşkilatını (BMT) əvəz edə bilər". Elchi.az xəbər verir ki, bu fikirləri Sankt-Peterburq...

İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

07 Oktyabr 2026 - 11:44

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət Hüquq və Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev...

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

06 Oktyabr 2026 - 17:16

Qüdrət Həsənquıliyev: “Bu tipli korrupsiya cinayətləri varsa, insanlar anlamalıdır bu onların həyatını çətinləşdirir” Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə...

Next Post
“Muğanbank”ın sabiq əməkdaşı 8 il müddətinə azadlıqdan məhrum edildi

"Muğanbank"ın sabiq əməkdaşı 8 il müddətinə azadlıqdan məhrum edildi

“Muğanbank”ın sabiq əməkdaşı 8 il müddətinə azadlıqdan məhrum edildi

"Muğanbank"ın sabiq əməkdaşı 8 il müddətinə azadlıqdan məhrum edildi

Son xəbərlər

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18
“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12
DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28
AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56
Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25
Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.