"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Fitch Solutions: Azərbaycanda orta illik iqtisadi artım 2035-ci ilə kimi 2,7% təşkil edəcək

08 Yanvar 2026 - 11:27
in İQTİSADİYYAT
FacebookVatsap

Azərbaycan iqtisadiyyatının orta illik artımı 2025–2034-cü illərdə 2,7% təşkil edəcək.

Bunu da oxuyun

Azərbaycan nefti ucuzlaşdı

Türkiyəyə ən çox qaz tədarük edən ölkələrin siyahısı

Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqon buğda göndəriləcək

Elchi.az xəbər verir ki, bu barədə “Fitch Group”a daxil olan “Fitch Solutions” şirkətinin proqnozunda bildirilib.

Qeyd edilib ki, 2025–2034-cü illəri əhatə edən dövrdə Azərbaycanın iqtisadi artım trayektoriyası daha sabit olacaq. Qiymətləndirməyə görə, bu müddətdə ölkə iqtisadiyyatı orta hesabla illik 2,7% artacaq, halbuki 2014–2024-cü illərdə orta artım tempi 1,5% təşkil edib.

Fitch Solutions bildirir ki, Azərbaycanın geniş enerji ehtiyatları, xüsusilə təbii qaz, qarşıdakı on ildə də iqtisadi artımın əsas hərəkətverici amili olaraq qalacaq. Avropa bazarının Azərbaycanın enerji resurslarına tələbinin artacağı qeyd olunur. Hesabata görə, 2005-ci ildən etibarən neft gəlirləri ÜDM-in təxminən 30%-ni, son illərdə isə dövlət gəlirlərinin 75%-dən çoxunu formalaşdırıb. Neft hasilatında mümkün azalma ehtimalına baxmayaraq, neft qiymətlərinin sabit qalması fonunda, neft sektorunun ÜDM-də payının orta müddətli perspektivdə yüksək səviyyədə qalacağı proqnozlaşdırılır.

Proqnoza əsasən, adambaşına düşən ÜDM 2023-cü ildəki 8 558 ABŞ dollarından 2034-cü ildə 17 282 ABŞ dollarına yüksələcək. Fitch Solutions valyuta sabitliyini nəzərə alaraq bu göstərici üzrə yuxarı yönlü risklərin mövcud olduğunu qeyd edir. Analitiklərin fikrincə, nominal gəlirlərin və istehlakın artması iqtisadiyyatın neft-qaz sektorundan kənar sahələr üzrə şaxələndirilməsinə müəyyən dəstək verə bilər.

Hesabatda vurğulanır ki, enerji sektorundan həddindən artıq asılılıq uzunmüddətli dövrdə “Holland sindromu” risklərini artırır. Bu baxımdan, hökumətin iqtisadi şaxələndirməni sürətləndirmək üçün tədbirlər planlaşdırdığı qeyd olunur. Sözügedən tədbirlərə qeyri-neft vergi siyasətinin yenidən nəzərdən keçirilməsi, vahid vergi sisteminin tətbiqi və orta ölçülü şirkətlərin inkişafını dəstəkləmək məqsədilə ƏDV-nin azaldılması daxildir.

Bununla yanaşı, enerji və nəqliyyat sahələrində infrastrukturun yaxşılaşdırılmasına yönəlmiş layihələrin həyata keçirilməsinin rəqabətqabiliyyətli qeyri-enerji sektorunun formalaşmasına və iqtisadi artımın dəstəklənməsinə töhfə verəcəyi qeyd olunur.

Previous Post

“Qarabağ”ın qapıçısına yeni təklif – Polşaya qayıda bilər

Next Post

Trampın Venesuela nefti ilə bağlı qərarı!

Bənzər yazılar

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

15 Avqust 2026 - 10:18

Dünya bazarında Azərbaycan neftinin qiyməti azalıb. Elchi.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1.42 dollar və ya...

Təbii qazın dəyəri azaldı

Türkiyəyə ən çox qaz tədarük edən ölkələrin siyahısı

14 Avqust 2026 - 19:28

2026-cı ilin iyun ayında Türkiyəyə boru kəmərləri vasitəsilə təbii qaz tədarük edən ölkələr arasında Azərbaycan birinci olub. Elchi.az xəbər verir...

ADY-də kükürd daşımaları 31%-dən çox artıb

Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqon buğda göndəriləcək

14 Avqust 2026 - 19:17

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Elchi.az xəbər verir ki, 8 vaqondan ibarət, çəkisi 560 ton olan buğda...

AYNA yeni ekspres avtobusları ilə bağlı açıqlama yaydı

AYNA: Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

14 Avqust 2026 - 18:51

9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib. AYNA-dan Elchi.az-a verilən məlumata görə, Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsində aidiyyəti qurum tərəfindən...

Next Post
Trampın Venesuela nefti ilə bağlı qərarı!

Trampın Venesuela nefti ilə bağlı qərarı!

Rusiyada vertolyot qəzası: 2 ölü

Rusiyada vertolyot qəzası: 2 ölü

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Barselona” ilə anlaşan Rodri “Mançester Siti” ilə məşqlərə çıxmayacaq

“Barselona” ilə anlaşan Rodri “Mançester Siti” ilə məşqlərə çıxmayacaq

15 Avqust 2026 - 10:55
FHN hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi

FHN hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi

15 Avqust 2026 - 10:37
Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

15 Avqust 2026 - 10:18
Bu gündən metronun “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırılıb – VİDEO

Bu gündən metronun “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırılıb – VİDEO

15 Avqust 2026 - 10:00
Təbii qazın dəyəri azaldı

Türkiyəyə ən çox qaz tədarük edən ölkələrin siyahısı

14 Avqust 2026 - 19:28
ADY-də kükürd daşımaları 31%-dən çox artıb

Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqon buğda göndəriləcək

14 Avqust 2026 - 19:17
“Qarabağ” “Tvente”ni keçsə, oyunçular bu qədər pul alacaq

“Qarabağ” “Tvente”ni keçsə, oyunçular bu qədər pul alacaq

14 Avqust 2026 - 19:05
Myanmanın keçmiş paytaxtı Yanqunda vəba xəstəliyi qeydə alınıb

Myanmanın keçmiş paytaxtı Yanqunda vəba xəstəliyi qeydə alınıb

14 Avqust 2026 - 19:00
AYNA yeni ekspres avtobusları ilə bağlı açıqlama yaydı

AYNA: Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

14 Avqust 2026 - 18:51
Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

14 Avqust 2026 - 18:35
ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

14 Avqust 2026 - 18:12
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

14 Avqust 2026 - 17:59
“Qəhrəmanlara bundan böyük təhqir ola bilməz” — Tramp memoriala hücumu pisləyib

“Qəhrəmanlara bundan böyük təhqir ola bilməz” — Tramp memoriala hücumu pisləyib

14 Avqust 2026 - 17:45
Qanun pozuntuları aşkarlanan 1144 satınalma protokolu ləğv edilib

Qanun pozuntuları aşkarlanan 1144 satınalma protokolu ləğv edilib

14 Avqust 2026 - 17:38
Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

14 Avqust 2026 - 17:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.