"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MARAQLI

Firəngiz Mütəllimova Ramil Usubovdan nə soruşacaq…”

21 Noyabr 2014 - 19:18
in MARAQLI
FacebookVatsap

Kult.az-ın BAŞI DUMANLI layihəsində Firəngiz Mütəllimova Şuşa ilə bağlı xatirələrini bölüşür. Bu günə qədər1416553089firengiz_mutellimova_0001 elə bir gün olmayıb ki, Şuşa mənim yuxuma girməsin. Hər mövsüm dəyişəndə mən Şuşanı xatırlayıram. Elə bil, haradansa Şuşanın ətri burnuma gəlir. Məhləmizi xatırlayıram. Şuşada yağan qarı mən heç bir yerdə görməmişəm. Günəşin altında qar yağardı. Yeni ildə küknar ağacını bəzədiyimiz kimi naxışlı qarlar görmüşəm Şuşada. Amma yadımdadır, qışda sular donurdu. Su gələndə böyük növbələr yaranırdı. Bəzən qar elə yağırdı ki, bizdən də hündür. Bezirdik qarın yağmağından. Bakıda külək heç qoymur qar yerə düşsün. Günün altında qarın yağmağına öyrəşmişdik. Yadımdadır, hamımızın “sanka”sı var idi. Dərsdən çıxanda sürüşə-sürüşə gedirdik evə. O yerlərin dəyəri mənə indi çatır. İlin bütün fəsillərinin havası üçün darıxıram Şuşanın. Qəşəng həyət-bacamız var idi. Şuşadakı armudun dadını heç yerdə tapa bilmirəm. Elə armudlar olurdu ki, dərib samana qoyub, onu qışda yeyirdik. “Məleykə armud” deyirdilər elə armudlara. Tut çırpma xatirələrimiz maraqlı olurdu. Biz Şuşada yayı səbirsizliklə gözləyərdik. İstirahətə gələnlər arasında özümüzə dostlar tapırdıq. Sonra il boyu onlarla məktublaşırdıq. Bir də yadıma gəlir, biz həm məktəbdə, həm də institutda oxuyanda Xirosima hadisəsindən sonra Vyetnama yardım kampaniyaları keçirilirdi. Bir gün dedilər ki, vyetnamlı uşaqları Şuşaya gətirib, sanatoriyaya yerləşdiriblər. 15 gün də orda qalacaqlar. Rəfiqəmlə onlara hədiyyələr alıb görüşlərinə getdik. İki nəfərlə dost oldum, təxmini, iki il onlarla məktublaşdıq. rusca yazışırdıq. Biri Bulvantuk, o biri Tomh idi. İnstituta girəndən sonra itirdim onları. Şuşanın girəcəyində “Dom otdıx” deyilən məşhur bir yer var idi. Şənbə-bazar günləri axşam üstü olanda ora qalxardıq. Ora Rusiyanın hər yerindən turistlər gəlirdilər. Rəqs meydançalarında şou proqramları izləyirdik. Mən həmişə “Ya Mustafa” mahnısı oxunan kimi başlayırdım oynamağa. Həmin rəqsi oynadığım günlər özümü xoşbəxt hiss edirdim. Həmin rəqs meydançasında hündür ağaclar var idi, hansı ki “Üzeyir ömrü” filmində “Ərim gəldi” deyilən səhnə var, məhz həmin epizod orda çəkilib. Qədimdə qadınlar o yerdə oturub faytonla gələn tacir ərlərini gözləyirmişlər. Elə o vaxtdan da oranın adı qalıb “ərim gəldi”. Uşaqlıqdan ağlım kəsəndən aktrisa olmaq istəmişəm. Bunu uzun zaman gizlətmişəm ki, evdəkilər qarşı çıxarlar. Amma anam narazı olsa da, sonda mənə mane olmadılar. Ən maraqlısı da o idi ki, biz kinoteatr olan məhəllədə yaşayırdıq. Kinonun başlamasına yarım saat qalmış oturacaqlarımızı gətirib qoyurduq qapının ağzına, gələnlərə baxırdıq. O vaxt Flora Kərimova kimi tanınmış adamlar gəlirdilər kinoya, bizdə həvəslə onlara baxardıq. Uşaqlıqda yadımdadır, məhəllə uşaqlarını yığırdım kinoteatrın qarşısında pilləkənlərə. Orda kukla teatrları göstərir, hind mahnıları oxuyardım. O vaxtdan hind kinolarına həvəsli idim, dayım da kinoteatrda işləyirdi. Gündə üç seans film izləyirdim. Atam “bir gün hamının içində səni ordan elə çıxardacam ki, utanacaqsan. Bəsdir, adam bir gündə neçə dəfə filmə baxar”– deyirdi. Yenə də dərs almırdım. Doğrudan da, dediyini etmişdi, qapıçıya yalvar-yaxar edib arxa qapıdan qaçmışdım kinoteatrdan. Ondan sonra ancaq şənbə günləri icazə ilə gedirdim kinoya. O vaxt bizim avtovağzalın adı “Soyuz trans” idi. Ordan bir az yuxarı qalxanda “Turşsu” deyilən məşhur su var idi. Yayda hər gün axşam altının yarısı gedirdim ordan su gətirməyə. Hələ də o suyun dadı mənim damağımdadır. Qəribəsi də bu idi ki, bir gün qalandan sonra su öz ətrini, tamını itirirdi. Şuşanın məxsusi mətbəxi, yeməkləri var idi. Məsələn, bakılılar “xingal” deyir, biz “xəngəl” deyirik. Şuşaya xəngəl yeməyə gəlirdilər. Şuşanın plovları – boyanalı plov, şüyüdlü plovları məşhurdur. Cıdır düzündə bitən “qırxbuğum” deyilən bitki var idi, ondan da dadlı plov hazırlanırdı. Şuşada bayramlar da bir başqa qeyd olunurdu, xüsusilə də Novruz bayramı. Əsas da axırıncı çərşənbəyə xüsusi hazırlanardıq. Yadımdadır, kişi paltarı geyinərdim, kömürdən bığ düzəldərdim özümə, gedərdik torba atmağa. Bir ay əvvəldən torba tikirdik özümüzə. Elə edirdik ki, bir-birinə bənzəməsin. Hərənin torbasının özünəməxsus bəzəyi olurdu. Özüm də deyirdim ki, güllü torba mənimdir, içini yaxşı doldurarsınız. Biz polis olan məhəllədə yaşayırdıq. Bir dəfə təzə pasportların gəldiyi dövr idi. Bir nəfər  gəldi ki, sənin şəklini polis divarına vurublar. Atam narahat halda polis idarəsinə getdi. Ramil Usubov o vaxt Şuşada rəis idi. Atama demişdi ki, bu nümunə üçün vurulub. Ramil Usubov vəsiqəmi təqdim edəndə demişdi ki, “Azərbaycana layiqli vətəndaş ol”. Heç rastlaşmırıq. Rastlaşsaydıq, soruşardım ki, “Ramil müəllim, necə vətəndaşam?” Bizim məhləmiz “Aslan Qaraşanov küçəsi” gedirdi. Orda iri bir ağac var idi, həmin ağacın altında da bulaq. Deyirdilər, həmin bulağı Xan qızı Natəvan çəkdirib. Mən kiməsə “Aslan Qaraşanov küçəsində yaşayırdım” deyəndə heç kim tanımırdı, elə ki “ağac bulaq” deyirdim tanıyırdılar. Qəribə bir əhvalat danışım: mən sonuncu dəfə Şuşada olanda səhər yuxudan oyananda elə bildim ki, meşədəyəm. Gördüyüm mənzərədən dəhşətə gəlmişdim. Pəncərənin ağzında ağac var idi. Həmin ağac özündən aşmışdı, hansı ki, məşhur bulağa kölgə salırdı. Elə bil, ağaclar da həyəcan təbili çalırdı ki, qorxulu hadisə gözlənilir. Halbuki o ağac mənim anam uşaq olanda da var idi. Necə aşa biləcəyini başa düşə bilmirdim. Bax bu hadisə mənə çox pis təsir etmişdi. Şuşanın işğal ərəfəsində mən Türkiyədə qastrol səfərdə idim. Bir də gördüm ki, Ramiz Novruzov telefon köşkündən çıxdı, başını divara vururdu. Yaxınlaşdım ki Ramiz nə olub? Dedi, “Şuşa alındı”. Dedim, “necə alındı? Şuşa alına bilməz”. Mənim uşaqlıqdan ağlımda qalmışdı ki, atam həmişə deyirdi ki, Şuşanı heç o vaxt Şah Qacar ala bilməyib, bu yerləri heç kim ala bilməz. Dəhşət yaşadım həmin anda. Çünki atam-anam orda idi. Çox narahat idim. Sonra dedilər Bakıda vəziyyət qarışıb. Evdəkilərdən xəbər ala bilmədim ki, Bakıya gəldilər, ya yox? Hər dəfə Türkiyəyə gedəndə o səhnə yadıma düşür. Anamla bacılarım helikopterlə gəlmişdilər. Atam sonra tək çıxmışdı şəhərdən. Atam gələndə anam “qazı söndürdün, soyuducunu keçirdin” kimi suallar verirdi atama. Atam anama izah edə bilmirdi ki, Şuşa artıq yoxdur, ermənilərin əlindədir. Anam inana bilmirdi və inanmaq da istəmirdi. Atam xoş olmayan nələrisə görmüşdü, amma bizə demirdi. Nələrlə rastlaşmışdısa atam elə o vaxtdan sonra xəstəliyə tutuldu. Əslində isə atam Şuşadan yox, Qəbələdəndir. Orda doğulub, orda yaşayan olublar. Anamla atamın müəllim kimi təyinatları Ağcabədiyə verilib. Sonra Şuşaya köçüblər. Qəbələdən olsa da, atam Şuşanı çox sevirdi. Hətta dünyasını dəyişəndə mən onun ciblərini yoxladım ki, birdən nəsə bir xatirə çıxar anam görməsin, qadına pis təsir edərdi. Balaca bir bloknot tapdım atamın cibindən. Orda axırıncı səhifələrdə yazmışdı ki, “Şuşam səni görəcəmmi, yoxsa Bakıda öləcəmmi?” Atam, bəlkə də, Şuşada doğulandan çox şuşalı idi. Həmişə o yerlərin həsrətini çəkirdi. İnanın çox vaxt “atam qəbələlidir” deyəndə, “Bəhər müəllim şuşalı deyildi?”– deyə sual verirlər. Şuşada sonuncu dəfə işğaldan bir il əvvəl olmuşdum. Yay vaxtına təsadüf edirdi. Şuşanın işğalını ağlıma gətirə bilmirdim, amma o vaxt camaatı yoldan yığırdılar, bir-bir əsir götürürdülər. Elə bil, kimsə içəridən deyirdi bunları. Hətta yadıma gəlirdi atam məni Bakıya yola salanda heç kimə, hətta qohumlarıma da demirdi. Şuşa-Bakı avtobusu ilə yox, adi balaca avtobuslarla, günün bilinməyən saatlarında yola salardı Ağdama. Sonra Ağdamdan maşınla çıxıb Bakıya gəlirdim. Heç yatsam, yuxuma gəlməzdi, Şuşa alınar. İşğaldan sonra Bakıya gələndə o müharibə psixologiyamızdan çıxmırdı. Hər dəfə qapı döyüləndə balaca bacım İlhamə qorxurdu. Elə bilirdi ki, yenə də atışmadı. Yadıma gəlir, bir dəfə Şuşada olanda atışma başladı. Qaçdım eyvana ki baxım, atam qoymadı. Atışma vaxtı zirzəmidə gizlənirdik. Biz tərəfdə nə qədər evlər dağıdıldı, yandırıldı, amma nə sirr idisə bizim evə heç nə olmadı. Heç birimizin burnu da qanamadı. İşğaldan sonra evimiz olan məhəllənin fotolarına baxdım. Məhəlləmiz demək olar ki, yoxdur. Həmin şəkili Şuşa mədəniyyət şöbəsinin müdiri Zahid müəllim göstərdi. Tozlu-torpaqlı ot basmış küçələr… Mənə elə gəldi ki, hardasa viranə bir yerə baxırdım. Çox pis olmuşdum. Sonra deyirlər, “niyə beyin əməliyyatı oldun?” Bax… belə şeylər adama təsir edir. İnsan hər şeyi ürəyinə sala-sala məhv olur. Qardaşım ürəkdən əməliyyat oldu, mən də beyindən. Mənə dedilər ki, düz etmədin o fotolara baxmaqda. Nə edim. Baxmaya da bilməzdim. Şuşa ilə bağlı verilişlər olanda mən anam görməsin deyə, hər dəfə kanalları dəyişdirirəm. Xarı Bülbül gülündən heç yerdə görə bilməzsiniz. Heç bir ayrı torpaqda bitmir o çiçək. O çiçəyi bir Şuşada gördüm, bir də indi kitablarda…

Bunu da oxuyun

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

Previous Post

Firəngiz Mütəllimova Ramil Usubovdan nə soruşacaq…”

Next Post

Qonşular şikrət rəhbərinin 12 avtomobilini yandırdı – VİDEO

Bənzər yazılar

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

31 İyul 2026 - 22:32

2026-cı il FIFA Dünya Kuboku dünyanın ən dəyərli futbolçularının böyük hissəsini bir araya gətirdi. Elchi.az Transfermarkt məlumatları və Yahoo! Sports...

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

31 İyul 2026 - 22:28

Qantas Hava Yollarına məxsus xüsusi dizayn edilmiş Airbus A350-1000ULR sərnişin təyyarəsi Melburndan havaya qalxdıqdan sonra 24 saat 24 dəqiqə fasiləsiz...

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

23 Mart 2026 - 18:43

İlon Mask avtomobillərin, robotların və kosmosdakı süni intellekt məlumat mərkəzlərinin fəaliyyəti üçün istifadə olunacaq SpaceX və Tesla çiplərinin istehsalına başlamağı...

Günəşdə güclü partlayış baş verib

Günəşdə güclü partlayış baş verib

13 Mart 2026 - 17:47

Martın 13-də Günəşdə güclü partlayış qeydə alınıb. Elchi.az üxəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan (İPG) məlumat verilib. Məlumatda...

Next Post

Qonşular şikrət rəhbərinin 12 avtomobilini yandırdı - VİDEO

Qonşular şikrət rəhbərinin 12 avtomobilini yandırdı - VİDEO

Son xəbərlər

“Neftçi” Kenan Piriçlə yollarını ayırıb

“Neftçi” Kenan Piriçlə yollarını ayırıb

02 Sentyabr 2026 - 19:12
Netanyahu Qəzzada hərbçilərə baş çəkib

Netanyahu Qəzzada hərbçilərə baş çəkib

02 Sentyabr 2026 - 19:00
Goranboyda iclas keçirildi – Sakinlər saat 18:30-dan etibarən evlərinə qaytarılır

Goranboyda iclas keçirildi – Sakinlər saat 18:30-dan etibarən evlərinə qaytarılır

02 Sentyabr 2026 - 18:52
“Yuventus”un futbolçusu 4 ay yaşıl meydanlardan kənarda qalacaq

“Yuventus”un futbolçusu 4 ay yaşıl meydanlardan kənarda qalacaq

02 Sentyabr 2026 - 18:40
Sahibə Qafarova İsveçrəyə işgüzar səfər edib

Sahibə Qafarova İsveçrəyə işgüzar səfər edib

02 Sentyabr 2026 - 18:28
Qanunsuz satışa çıxarılan “arıqlama çayları” aşkarlanıb

Qanunsuz satışa çıxarılan “arıqlama çayları” aşkarlanıb

02 Sentyabr 2026 - 18:16
ABŞ-dən xəbərdarlıq: Ukrayna və İran münaqişələri enerji bazarına təzyiq edir

ABŞ-dən xəbərdarlıq: Ukrayna və İran münaqişələri enerji bazarına təzyiq edir

02 Sentyabr 2026 - 18:03
Rəhim Həsənov Premyer Liqanın III turunun mübahisəli epizodlarını şərh etdi

Rəhim Həsənov Premyer Liqanın III turunun mübahisəli epizodlarını şərh etdi

02 Sentyabr 2026 - 17:55
Uber qlobal işçi heyətini 10% ixtisar etməyi planlaşdırır

Uber qlobal işçi heyətini 10% ixtisar etməyi planlaşdırır

02 Sentyabr 2026 - 17:44
Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu açıqlanıb

Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu açıqlanıb

02 Sentyabr 2026 - 17:35
“Neftçi”də növbəti ayrılıq – Kenan Piriçlə müqaviləyə xitam verildi

“Neftçi”də növbəti ayrılıq – Kenan Piriçlə müqaviləyə xitam verildi

02 Sentyabr 2026 - 17:28
Səfirlik Şəkidə dağda xəsarət alan Niderland vətəndaşına yardıma görə Azərbaycana təşəkkür edib

Səfirlik Şəkidə dağda xəsarət alan Niderland vətəndaşına yardıma görə Azərbaycana təşəkkür edib

02 Sentyabr 2026 - 17:15
Azərbaycan və Türkmənistan arasında konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan və Türkmənistan arasında konsulluq məsləhətləşmələri keçirilib

02 Sentyabr 2026 - 17:08
Kürdəmir və İmişlidə yeni avtovağzal xidməti təşkil ediləcək

Kürdəmir və İmişlidə yeni avtovağzal xidməti təşkil ediləcək

02 Sentyabr 2026 - 16:59
5 müntəzəm marşrut “brutto müqavilə” sisteminə qoşulub

5 müntəzəm marşrut “brutto müqavilə” sisteminə qoşulub

02 Sentyabr 2026 - 16:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.