"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Fikrət Yusifov: Dollardan imtina nə qədər realdır?

08 Dekabr 2016 - 12:30
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

Fikrət Yusifov: Dollardan imtina nə qədər realdır?

 
Artıq illərdir ayrı-ayrı ölkələrin rəhbərləri tərəfindən beynəlxalq hesablaşmalarda ABŞ dollarından imtina etmək barədə çağırışlar edilir. Lakin hələ ki, bu asılılıqdan qurtulmaq heç bir ölkəyə müyəssər olmayıb. 
Bu günlərdə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan da belə bir bəyanatla çıxış etdi. Hətta iş o yerə gəlib çatdı ki, Ərdoğanın çağırışına qoşulan insanlar valyutadəyişmə məntəqələrinə üz tutaraq, yastıq altındakı dollarları lirəyə çevirməyə başladılar. Bununla da Türkiyə lirəsinin dəyərdən düşməsinin qarşısı müvəqqəti olsa da alındı. Türk insanının vətənpərvərlik hisslərinin nə qədər güclü olduğunu hər birimiz bilirik. Digər tərəfdən Türkiyə bu məsələdə tək deyil. Onun kursunu Rusiya, Çin, İran kimi qüdrətli dövlətlər də dəstəkləyir. Azərbaycanda da hər kəs maliyyə sistemimizin bu qədər dollarlaşdığı bir durumda, dollar bəlasından xilas olmağın yollarını axtarır. Rusiya Prezidenti Vladimir Putin hələ keçən il bununla bağlı parlamentə qanun layihəsi də təqdim etmişdi.  Lakin dollar  asılılığından qurtarmaq deyilən qədər də asan olmur. Bəs bunun səbəbi nədir? Nə üçün bir ölkə deyil, hətta nəhəng bir neçə ölkələr bir araya gələrək dollar asılılığından qurtula bilmirlər? Bütün bu suallara daha aydın cavab tapmaq üçün tarixə qısa bir ekskursiya kifayət edər.
ABŞ dollarının dünya maliyyə sistemindəki hegemonluğa başlamasına qədər bir əsrdən çox olan dövrdə – yəni 1840-ci ildən 1944 – cü ilə qədərki dövrdə bu rol, ingilis funt sterlinqinə məxsus olmuşdu. Funt sterlinqin dünya valyutası ola bilməsinin əsas səbəbi isə həmin dövrdə çoxsaylı İngilis kaloniyalarında funt sterlinqdən istifadə edilməsi idi.
1944-cü ilin iyul ayında ABŞ-n Bretton-Vuds kurort şəhərciyində keçirilən beynəlxalq maliyə konfransında qızılın bir unsiyasının qiyməti 35 ABŞ dolları səviyyəsində müəyyən olundu, ABŞ dolları isə həm beynəlxalq hesablaşmalar və həm də valyuta ehtiyatları üçün əsas valyuta kimi müəyyən edildi. ABŞ dollarının hegemonluq mövqeyinə çıxması təkcə ABŞ-ın həmin dövrdəki böyük qızıl ehtiyatları ilə bağlı deyildi. O dövr müharibə nəticəsində Avropa ölkələrinin əksəriyyətinin iqtisadiyyatı iflic vəziyyətə düşmüş, qoca qitənin qızıl ehtiyatlarının böyük bir qismi isə ABŞ-a axıdılmışdı. Digər tərəfdən müharibədən daha az zərər görən ABŞ iqtisadiyyatı kifayət qədər güclənə bilmişdi. İkinci dünya müharibəsindən sonrakı dövrdə bütün ölkələr çalışırdılar ki, xaricə daha çox məhsul satmaq yolu ilə öz valyuta-qızıl ehtiyatlarını artırsınlar. Bu zaman ABŞ-ın mövqeyi hər bir ölkənin mövqeyindən daha üstün idi. O sadəcə çapı xəzinəyə 12 sentə başa gələn 100 dollarlıq küpürləri ixrac etmək yolu ilə küllü qazanc əldə edirdi. Lakin zaman keçdikcə ABŞ-ın qızıl ehtiyatları azalmağa başladı. Çünki dolların qızıl təminatının olması səbəbindən Fransa və Almaniya kimi ölkələr  onu qızıla dəyişməkdə təkid edirdilər. Bunun hansı nəticələrə aparıb çıxara biləcəyinin fərqində olan Birləşmiş Ştatların rəhbərliyi 1971-ci ildə birtərəfli qaydada Bretton-Vuds razılaşmasının şərtlərini pozaraq dolları rəsmi qaydada müəyyən edilmiş kursla qızıla dəyişməkdən imtina etdi. Bununla da ABŞ özünün maliyyə dayanıqlığının heç də yaxşı olmadığını hər kəsə göstərdi. Lakin buna baxmayaraq dollar yenə də beynəlxalq hesablaşmalarda əsas valyuta rolunda qalmaqda davam etdi.
Bu gün beynəlxalq hesablaşmaların 60 faizə qədərinin dollarla həyata keçirilməsi və ölkələrin valyuta ehtiyatlarının 63 faizdən çoxunun dollarda saxlanması bu valyutanın dünya maliyyə sistemindəki hegemonluğunun səviyyəsindən xəbər verir. Düzdür 1971-ci ildən sonra beynəlxalq hesablaşmalarda ingilis funt sterlinqindən, alman markasından, yapon ienindən və başqa digər valyutalardan da istifadə olunur. Lakin bir böyük həqiqət bundan ibarətdir ki, bu gün ABŞ dolları tək bir ölkənin valyutası deyil, o eyni zamanda başqa ölkələrin valyutalarının dəyərini müəyyən edən bir tərəzidir. Dünya iqtisadiyyatının ¼-nə sahib olan bir ölkənin milli valyutasının likvidliyi isə dünyanın bütün ölkələrində mövcuddur. Ona görə də ABŞ dollarına olan “sevgidən” imtina etmək yaxın gələcəkdə heç bir ölkənin – xüsusilədə inkişaf etməkdə olan ölkələrin maliyyə sisteminin ondan asılılığını aradan qaldıra bilməyəcək. Bunun daha çox zamana ehtiyacı var.
Previous Post

Fikrət Yusifov: Dollardan imtina nə qədər realdır?

Next Post

“Vur, komandir, vur”

Bənzər yazılar

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

21 Oktyabr 2026 - 10:51

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava Qüvvələrinin aviasiya və hava hücumundan müdafiə vasitələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Şahinlərin Görüşü-2026”...

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 23:41

Türkiyənin paytaxtı Ankaranın Etimesqut rayonunda marşrut avtobusu yerüstü piyada keçidinə çırpılıb. Elchi.az yerli mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində...

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

20 Oktyabr 2026 - 23:38

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas futbolçuları ilə fəxr edir. Elchii.az azxəbər verir ki, bunu adıçəkilən klubun baş məşqçisi UEFA Çempionlar...

Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

20 Oktyabr 2026 - 21:51

Tehranın irəli sürdüyü yeddi şərt ABŞ tərəfindən icra olunmasa, Vaşinqton İranın etimadını qazana bilməyəcək. Elci.az IRIB-yə istinadən xəbər verir ki,...

Next Post

"Vur, komandir, vur"

`Orta aylıq pensiya 203 manat olacaq` - Hadi Rəcəbli

Son xəbərlər

Mllli Məclisdə konfrans keçirilir

Mllli Məclisdə konfrans keçirilir

21 Oktyabr 2026 - 11:36
Ordubada qar yağıb – FAKTİKİ HAVA

Ordubada qar yağıb – FAKTİKİ HAVA

21 Oktyabr 2026 - 11:28
Çempionlar Liqasında son 66 ilin rekord göstəricisi qeydə alınacaq

Çempionlar Liqasında son 66 ilin rekord göstəricisi qeydə alınacaq

21 Oktyabr 2026 - 11:17
Rubio: ABŞ-ın dəstəyi olmasaydı, Ukrayna mövcud olmazdı

Rubio: ABŞ-ın dəstəyi olmasaydı, Ukrayna mövcud olmazdı

21 Oktyabr 2026 - 11:04
“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

21 Oktyabr 2026 - 10:51
Səfir: Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar konstruktiv məcrada davam edir

Səfir: Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar konstruktiv məcrada davam edir

21 Oktyabr 2026 - 10:42
Mask Ukraynaya dəstəyini tədricən geri çəkir!

Mask Ukraynaya dəstəyini tədricən geri çəkir!

21 Oktyabr 2026 - 10:35
Fransada etiraz aksiyaları zamanı 149 nəfər saxlanılıb

Fransada etiraz aksiyaları zamanı 149 nəfər saxlanılıb

21 Oktyabr 2026 - 10:27
Tramp administrasiyası 300 mindən çox vizanı ləğv edib

Tramp administrasiyası 300 mindən çox vizanı ləğv edib

21 Oktyabr 2026 - 10:18
Gürcüstanda Azərbaycan sərhədinədək avtomagistralın inşası 2031-ci ilin sonuna qədər tamamlanacaq

Gürcüstanda Azərbaycan sərhədinədək avtomagistralın inşası 2031-ci ilin sonuna qədər tamamlanacaq

21 Oktyabr 2026 - 10:06
Bakıda Azərbaycan–Avropa İttifaqı Biznes Forumu keçirilir

Bakıda Azərbaycan–Avropa İttifaqı Biznes Forumu keçirilir

21 Oktyabr 2026 - 09:58
Brüsseldə Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə edilib

Brüsseldə Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə edilib

21 Oktyabr 2026 - 09:45
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

21 Oktyabr 2026 - 09:37
Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub

21 Oktyabr 2026 - 09:26
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

21 Oktyabr 2026 - 09:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.