Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Araqçı ilə telefon danışığı aparıb. Söhbət zamanı tərəflər Tehran və Vaşinqton arasındakı danışıqların hazırkı vəziyyətini müzakirə ediblər.
Elchi.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrin verdiyi məlumata görə, söhbətdə əsas diqqət İran və ABŞ arasındakı dialoqun dinamikasına və perspektivlərinə yetirilib.
Danışıq regionda gərginliyin davam etdiyi və diplomatik nizamlanma cəhdlərinin göstərildiyi bir vaxtda baş tutub.
Məryəm





















