“Onların hər hansı bir şəkildə bu cür qondarma məhkəmələrlə nəyisə sübut etmək imkanları yoxdur”
Elchi.az Moderator.az-a istinadən xəbər verir ki, bu gün parlamentin növbəti iclasında çıxış edən millət vəkili Fazil Mustafa Xankəndində qondarma ittihamlarla məhkəmə qarşısına çıxarılan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin hüquqlarının qorunması üçün Xankəndinə getmək istəyini Moderator.az vasitəsilə ictimailəşdirən tanınmış vəkil Bəhruz Bayramovun təşəbbüsünü dəstəkləyib, amma onun və ya hansısa Azərbaycan vətəndaşının deyil, əcnəbi ölkə vətəndaşı olan hüquqşünasın bunu etməsinin doğru olduğunu vurğulayıb:
“Vəkil Bəhruz Bayramov qondarma məhkəmə qarşısına çıxarılan girovlarımızın hüquqlarının qorunması üçün Xankəndinə getmək təşəbbüsüylə çıxış edib. Yəni belə bir imkan yaradılsa, təhlükəsizliyə təminat verilsə, bu işi görə biləcəyini bildirib. Mən fikirləşirəm ki, biz tanımadığımız bir yerə, bir qondarma məhkəməyə bir Azərbaycan vətəndaşının getməsini məqbul hesab etməyə bilərik və doğrudur da. Amma Rusiyada yaşayan, Rusiya vətəndaşı olan və ya Avropada yaşayan peşəkar hüquqşünasların dövlət səviyyəsində dəstəklənərək Xankəndinə getməsi məsələsini gündəmə gətirə bilərik. Çünki o girovlarımız haqlıdırlar, onlar işğal olunmuş Azərbaycan ərazilərinə gediblər, onların hər hansı bir şəkildə bu cür qondarma məhkəmələrlə nəyisə sübut etmək imkanları da yoxdur. Amma ən azı bunu bir təbliğat vasitəsi kimi müdafiəçinin adından, onların sözünün çatdırılması baxımından bu işi görməyimiz məncə vacibdir.”