"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Ev alanlar üçün çoxdan gözlənilən yenilik

27 Sentyabr 2017 - 12:03
in CƏMİYYƏT
FacebookVatsap
    
Ev alanlar üçün çoxdan gözlənilən yenilik

Azərbaycanda bütün mənzil sahiblərinin, eləcə də mənzil almaq istəyənlərin çoxdan gözlədiyi mühüm yenilik baş verib. Bundan sonra yeni tikilən binalardan mənzil alanlar həmin binanın sənədlərinin qaydasında olub-olmadığını və aldıqları mənzillərə çıxarış verilib-verilməyəcəyini əvvəlcədən elektron qaydada dəqiqləşdirə biləcəklər. Eyni zamanda vətəndaşlar alacağı mənzillərin qiymətini əvvəlcədən bazar dəyərlərinə uyğun öyrənəcəklər.

Bunu da oxuyun

Doqquz illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Bəzi yerlərdə leysan yağır, şimşək çaxır – FAKTİKİ HAVA

Ötən ay 876,1 min nəfər aylıq sosial müavinət və təqaüd alıb

Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev “Daşınmaz əmlakın qeydiyyatında yeni elektron xidmətlər: vətəndaş məmnunluğunun artırılmasına yönəlmiş addımlar” mövzusunda keçirilən İctimai təqdimatda deyib.

O, bildirib ki, yenilik etməkdə məqsəd daşınmaz əmlakın qeydiyyatı sahəsində istifadəyə verilən bu yeni xidmətlərin vətəndaşlara verdiyi fayda, istifadə qaydaları və müsbət nəticələri barədə ictimaiyyəti məlumatlandırmaqdır.

Hikmət Mustafayev bildirib ki, bu xidmətlər “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” və “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” elektron xidmətləridir.

“Bu xidmətlər artıq Elektron Hökümət portalına inteqrasiya olunub. “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” adlanan elektron xidmətinin köməyi ilə istənilən şəxs, onu maraqlandıran yeni tikilidəki mənzillərə mülkiyyət hüququnu təsdiqləyən çıxarış veriləcəyini əvvəlcədən öyrənəcək. Yeni xidmətdən istifadə etmək üçün komitənin emdk.gov.az rəsmi internet səhifəsində «Elektron xidmətlər» bölməsinə daxil olaraq adı çəkilən xidməti seçmək lazımdır. İstifadəçi, ölkə üzrə onu maraqlandıran şəhər, rayon, qəsəbə və ya kənd, küçənin adını, həmçinin tikinti şirkətinin (MTK-nın) adını qeyd etməklə mənzillərin dövlət reyestrindən çıxarışının mövcud olub olmadığı haqda məlumatı elektron qaydada onlayn rejimdə əldə edə bilər. Tam avtomatlaşdırılmış xidmət nəticəsində tələb olunan məlumat dərhal təqdim edilir”.

H.Mustafayev qeyd edib ki, xidmət vasitəsilə vətəndaş mənzil almamışdan qabaq sahib olacağı mənzilə çıxarışın verilməsi üçün ilkin hüquq müəyyəedici sənədlərin qaydasında olub olmamasını elektron şəkildə, əvvəlcədən real vaxt rejimində öyrənə biləcək.

“Bu isə gələcəkdə istər paytaxtda, istərsə də regionlardakı vətəndaşların mənzilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına, onların etibarlı və leqal əmlak sahibi olmasına köməklik edir. Vətəndaşlarda etibarlı, çıxarışla təmin olunumuş mənzil və ev alqı-satqısında geniş seçim imkanı yaradır. Eyni zamanda xidmət bazarda mövcud olan leqal əmlaklara sahib olan vətəndaşların sayının artmasına, bu sahədə mövcud risklərin minumuma endirilməsinə, daşınmaz əmlak sahibləri arasında yarana biləcək problemlərin aradan qaldırılmasına şərait yaradır. Habelə mənzil alarkən müvafiq qurumlara əlavə müraciətlərin qarşısını alır, vətəndaş-məmur münasibətlərini minumuma endirir, bu sahədə çevikliyi artırır. Həmçinin bununla mənzillər üzərində ipoteka, girov, alqı-satqı kimi iqtisadi əməliyyatların yerinə yetirilməsi daha da sadələşir”.

Xidmət rəisi qeyd edib ki, yeni istifdəyə verilən digər elektron xidmət – “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” də öz əhəmiyyətinə görə, mənzil sahibləri və alıcıları üçün mühüm əhəmiyyət daşıyır. “Bu xidmətin köməyi ilə ev sahibi və ya alıcı əldə emək istədikləri ərazidə evlərin təqribi bazar qiymətini elektron qaydada real vaxt rejimində öyrənə biləcəklər. Nəticədə bu sahədə yarana biləcək çətinliklər aradan qaldırılır, qiymətlə bağlı vətəndaşın səhv yönləndirilməsi kimi problemlər minumuma enir. Eyni zamanda onlar maliyyə resurslarını əvvəlcədən planlaşdırmaqla vəsaitlərinə rahatlıqla özləri qərar verə bilir. Xidmətdən istifadə etmək üçün komitənin emdk.gov.az rəsmi internet səhifəsində «Elektron xidmətlər» bölməsinə daxil olaraq adı çəkilən xidməti seçmək lazımdır”.

Sonda Daşınmaz əmlakın qeydiyyatında yeni elektron xidmətlər: vətəndaş məmnunluğunun artırılmasına yönəlmiş addımlar” mövzusunda təqdimat keçirilib. Təqdimatda bu yeni xidmətlərin üstünlükləri, vətəndaşlara verdiyi fayda, istifadə qaydaları və müsbət nəticələri barədə danışılıb. Bildirilib ki, vətəndaşlar mənzil alarkən mənzillərin gələcəkdə sənədləşmə vəziyyəti, habelə, alqı-satqı əməliyyatlarında mənzillərin bazar qiymətləri haqqında real və etibarlı məlumatlara ehtiyyac hiss edirlər. Bu xidmətlərin yaranması da məhz bu zərurətdən irəli gəlir. Qeyd olunub ki, xidmətlərin ”Elektron Hökümət” portalına inteqrasiyası vətəndaşların işini sadələşdirməklə yanaşı, proseslərə daha çevik reaksiya verilməsinə şərait yaradır. Bu xidmətlərdən əmlak sahibi olmağa qərar vermiş vətəndaşlar, tikinti və rieltor şirkətləri, hüquqşünaslar, bank nümayəndələri, qiymətləndirmə şirkətləri istifadə edə bilərlər.

Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin istifadəyə verdiyi elektron xidmətlər ölkə vətəndaşları üçün heç bir ünvana müraciət etmədən, operativ qaydada internet resursları və mobil telefonlar vasitəsilə sahib olduqları əmlaklar barədə lazım olan əməliyyatı həyata keçirmək imkanlarını yaradır. Bu xidmətlər komitənin fəaliyyət sahələri üzrə şəffaflığın artırılmasını, daşınmaz əmlakla bağlı hüquqi əməliyyatların daha rahat və operativ qaydada reallaşmasını təmin edir.

Previous Post

Ev alanlar üçün çoxdan gözlənilən yenilik

Next Post

Vüqar Qaradağlının “qara siyahı”sına düşən məşhurlar

Bənzər yazılar

9-cu sinif məzunları bu kollecləri seçə bilməz – SİYAHI

Doqquz illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

14 Avqust 2026 - 11:00

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan...

Bazar günü Bakıya yağış yağacaq – XƏBƏRDARLIQ

Bəzi yerlərdə leysan yağır, şimşək çaxır – FAKTİKİ HAVA

14 Avqust 2026 - 10:33

Avqustun 14-ü saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində fasilələrlə...

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Ötən ay 876,1 min nəfər aylıq sosial müavinət və təqaüd alıb

14 Avqust 2026 - 10:20

2026-cı ilin iyul ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 876,1 min nəfər olub. Bu barədə Elchi.az-a Dövlət Sosial...

Abşeronun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

14 Avqust 2026 - 09:15

Bu gün paytaxtın Yasamal rayonunun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq. "Azərişıq"dan Elchi.az-a verilən məlumata görə,...

Next Post

Vüqar Qaradağlının “qara siyahı”sına düşən məşhurlar

Vüqar Qaradağlının “qara siyahı”sına düşən məşhurlar

Son xəbərlər

9-cu sinif məzunları bu kollecləri seçə bilməz – SİYAHI

Doqquz illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

14 Avqust 2026 - 11:00
Hindistanda tunel tikintisində qəza: 7 ölü, 10 yaralı

Hindistanda tunel tikintisində qəza: 7 ölü, 10 yaralı

14 Avqust 2026 - 10:55
Meduza sürüsü nüvə reaktorunu dayandırdı

Meduza sürüsü nüvə reaktorunu dayandırdı

14 Avqust 2026 - 10:42
Bazar günü Bakıya yağış yağacaq – XƏBƏRDARLIQ

Bəzi yerlərdə leysan yağır, şimşək çaxır – FAKTİKİ HAVA

14 Avqust 2026 - 10:33
Fransada Pokemon soyğunçuluğu: 80 min avro dəyərində kartlar oğurlanıb

Fransada Pokemon soyğunçuluğu: 80 min avro dəyərində kartlar oğurlanıb

14 Avqust 2026 - 10:29
Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Ötən ay 876,1 min nəfər aylıq sosial müavinət və təqaüd alıb

14 Avqust 2026 - 10:20
Bölgələrdə yanğına səbəb olan 5 nəfər məsuliyyətə cəlb olunub

Bölgələrdə yanğına səbəb olan 5 nəfər məsuliyyətə cəlb olunub

14 Avqust 2026 - 10:11
Azərbaycan XİN Pakistanı təbrik etdi

Azərbaycan XİN Pakistanı təbrik etdi

14 Avqust 2026 - 10:02
Sərnişin təyyarəsinin mühərrikindən pər qopub

Sərnişin təyyarəsinin mühərrikindən pər qopub

14 Avqust 2026 - 09:54
Bakıda Pakistanın Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

Bakıda Pakistanın Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

14 Avqust 2026 - 09:46
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Əmtəə bazarlarında qızılın qiyməti 4 400 dollardan aşağı enib

14 Avqust 2026 - 09:37
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

14 Avqust 2026 - 09:28
Abşeronun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

14 Avqust 2026 - 09:15
Qüdrət Həsənquliyev ABŞ-İran qarşıdurmasını şərh edib

Qüdrət Həsənquliyev ABŞ-İran qarşıdurmasını şərh edib

13 Avqust 2026 - 20:27
Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlər dünya mediasında geniş yer alıb

Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlər dünya mediasında geniş yer alıb

13 Avqust 2026 - 19:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.