Avropa İttifaqı Polis Təşkilatının (Avropol) koordinasiyası ilə 9 ölkənin təhlükəsizlik bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində internet üzərindən narkotik ticarəti ilə məşğul olan şəbəkəyə aid 288 nəfərin saxlanıldığı açıqlanıb.
Elchi.az xəbər verir ki,Europoldan edilən yazılı açıqlamada, “SpecTor” adlı əməliyyatdan sonra ABŞ-da 153, İngiltərədə 55, Almaniyada 52, Hollandiyada 10, Avstriyada 9, Fransada 5, İsveçrədə 2, Polşa və Braziliyada biri olmaqla ümumilikdə 288 nəfər saxlanılıb.
Açıqlamada qeyd olunub ki, əməliyyat nəticəsində 850 kiloqram narkotik, 117 silah və 50,8 milyon avro dəyərində nağd və rəqəmsal pul ələ keçirilib.
Bəyanatda fikirləri yer alan Europol Baş Direktoru Ketrin De Bolle, “Üç qitənin hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət bu koalisiya sübut edir ki, biz birlikdə daha yaxşı işləyə bilərik. Bu əməliyyat cinayət təşkilatlarına onların aşkar ediləcəyinə dair güclü mesaj verir.İnternet üzərindən cinayət fəaliyyəti ilə məşğul olsalar belə tutulurlar”. ifadələrdən istifadə etmişdir.
Açıqlamada ABŞ və Almaniya təhlükəsizlik qüvvələrinin internetdə narkotik ticarəti üçün istifadə edilən “Hydra” adlı internet saytını bağladığı da ifadə edilib.
Açıqlamada, həmçinin Europolun koordinasiyası ilə həyata keçirilən əməliyyata 9 ölkənin təhlükəsizlik bölmələri ilə yanaşı, kiber ekspertlər və gömrük rəsmilərinin də dəstək verdiyi qeyd edilib.
Nuranə Məmmədova