Ermənistanın paytaxtı İrəvanda mitinq mitinq keçirilib. Erməni Milli Konqresinin tərəfdarlarının qatıldığı aksiya bu gün saat 15:10-da paytaxtın mərkəzi Azadlıq meydanında başlayıb.
Mitinq Ermənistan iqtidarı ilə müxalifətinin qarşı-qarşıya gəlməsinin 7-ci ildönümü səbəbilə keçirilir. Həmin qarşıdurma nəticəsində rəsmi məlumatlara görə, 8 etirazçı və daxili qoşunların 2 əməkdaşı ölmüşdü.
Tribunada Erməni milli konqresinin rəhbərləri, həmçinin ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyan dayanıb. Ermənistan Milli Konqresinin parlament fraksiyasının katibi Aram Manukyan isə mitinqdə insanlar qarşısında çıxış edərək bildirib ki, “7 il əvvəl bugünkü gündə Ermənistan hakimiyyəti səhər silahsız insanlara hücum edib və 2 gün ərzində ölkədə talanlar törədib. Nəticədə 10 adam ölüb, 150-dən çox insan yaralanıb. Bundan sonra ölkə avtoritar ölkəyə çevrilib. Faciəvi hadisələrin təşkilatçıları və icraçıları hələ də cəzalandırılmayıblar”. Mitinq iştirakçıları öldürülənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Xatırladaq ki, 2008-ci ilin 19 fevral prezident seçkisindən sonra İrəvanda kütləvi aksiyalar keçirilmişdi. Martın 1-də polisin kütləni silah gücü ilə dağıtması zamanı 10 nəfər öldürülmüş, daha 200 nəfər isə müxtəlif dərəcəli xəsarətlər almışdı. /anspess.com/
ABŞ, qoşunlarının Avropadakı hərbi iştirakını mümkün ixtisar etməzdən əvvəl NATO müttəfiqlərindən Prezident Donald Trampın siyasətinə nə qədər sadiq olduqları barədə...
İsrailin Baş naziri Benyamin Netanyahu Böyük Britaniyanın İsrailə qarşı siyasətini və miqrasiya miqyasını kəskin tənqid edərək, ölkəni "Britaniya İslam Respublikası"...
Polşada respublikanın Silahlı Qüvvələr Günü münasibətilə keçiriləcək hərbi parada Ukrayna nümayəndələri dəvət olunmayıblar. Elchi.az xəbər verir ki, bu barədə Ukrayna...