"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ermənistan himninə etiraz edən samboçu Bəxtiyar Abbasovun 40-a yaxın qohumu öldürülüb – TƏFƏRRÜAT

31 Mart 2015 - 12:43
in XƏBƏR LENTİ
FacebookVatsap

Ermənistan himninə etiraz edən samboçu Bəxtiyar Abbasovun 40-a yaxın qohumu öldürülüb - TƏFƏRRÜAT

Bunu da oxuyun

8 il əvvəl yaradılan qurumun əsasnaməsi təsdiqləndi

Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı

Bu il Azərbaycanda yol qəzalarında 285 nəfər ölüb

“Rusiyanın paytaxtı Moskvada keçirilmiş və Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kuboku uğrunda yarışda azərbaycanlı idmançı Bəxtiyar Abbasovun Ermənistanın himninə qarşı göstərdiyi şəxsi münasibəti müzakirə predmeti olmamalıdır”.
Bunu Modern.az saytına açıqlamasında Bəxtiyar Abbasovun yaxınları bildiriblər.
Qeyd edək ki, sözügedən yarışda qaliblərin mükafatlandırılması zamanı 3-cü yeri tutmuş samboçumuz Bəxtiyar Abbasov 1-ci yerin sahibi Aşot Danielyanın şərəfinə səsləndirilən Ermənistanın himnini ayaq üstə dayanaraq dinləməkdən imtina edib və nümayişkaranə şəkildə aşağı əyilib.
90 kq-dək çəki kateqoriyasında yarışın qalibi erməni Aşot Danielyan, 2-ci yerin sahibi rusiyalı Viktor Osipenko olub. 3-cü yeri isə belaruslu Sergey Lesyakla azərbaycanlı Bəxtiyar Abbasov bölüşüblər.
İdmançımızın Ermənistanın himni çalınarkən göstərdiyi münasibəti həm Azərbaycan, həm də xarici mətbuatda, eləcə də ictimai fikirdə fərqli şəkildə dəyərləndirilib. Ona haqq qazandıranlar da olub, etiraz edənlər də…
Sambo üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Yaqub Abdullayev məsələyə belə münasibət bildirib ki, guya, Bəxtiyar himn səsləndirilən zaman özünü yaxşı hiss etmədiyindən, ayağa qalxa bilməyərək oturub.
“Bu məsələni siyasiləşdirmək lazım deyil. İdman siyasət deyil axı? O da insandır və özünü pis hiss edə bilər”, – Yaqub Abdullayev deyib.
Bəxtiyar Abbasovun yaxınları və dostları isə baş məşqçi Yaqub Abdullayevin fikirlərini təkzib edərək, onun özünü pis hiss etməsi barədə deyilənlərlə razılaşmayıblar.
Bəxtiyarın idmançı dostu Babək Hüseynli Modern.az saytına açıqlamasında samboçumuzun Ermənistan himni çalınan zaman bilərəkdən aşağı oturmasına haqq qazandırıb.
“Samboçular Bəxtiyar və Şəhriyar qardaşları Azərbaycanın erməni işğalı altındakı Xocavənd rayonunun soyqırımına məruz qalmış Qaradağlı kəndindəndirlər. Onların bütün ailəsi, 40-a yaxın qohum-əqrəbası Ermənistanın törətdiyi soyqırımının qurbanı olub. Bu qətliam zamanı zərəçəkənlərdən biri də Bəxtiyarın atası Mehdi kişidir. Mehdi kişi erməni terrorçularının işgəncəsinə məruz qalıb və Azərbaycana qaytarıldıqdan sonra vəfat edib. Buna görə də mən bu idmançı qardaşların dostu olaraq, onların Vətənə olan istəklərini, necə vətənpərvər şəxslər olduğunu yaxşı bilirəm.
Bu günə kimi də onlar bir dəfə də olsun qaydasız döyüş zamanı, eləcə də samboda ermənilərə məğlub olmayıb. Hər zaman iki dəqiqə ərzində erməniləri məğlub ediblər. Bu dəfə isə məsələ müxtəlif şəkildə dəyərləndirildi. Təbii ki, mən də bir idmançı olaraq düşünürəm ki, idmanda udmaq və uduzmaq məsələsi var. Və qarşı-qarşıya gələn idmançının biri digəri üzərində qələbə qazanmalıdır.
Ancaq Bəxtiyarın bu cür hərəkəti müxtəlif şəkildə dəyərləndirilməməlidir. Hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, dünyada ölkəmizi sevməyən qüvvələr var və onlar da bu məsələdən Azərbayacana qarşı istifadə etməyə çalışırlar. Lakin hamı bilməlidir ki, Bəxtiyar və Şəhriyar qardaşları nə qədər ki, torpaqlarımız işğaldan azad edilməyib nə bu işğal faktını, nə də ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlarını unudacaqlar. Və bu məsələni də başqa adla səsləndirmək lazım deyil. Bəxtiyar Abbasov son addımını erməni terrorunu və soyqırımını yaşayan insan olaraq atdı. İşğalçı bir ölkənin himnini soyqırımına məruz qalmış şəxs necə dinləyə bilər? Ona görə də dünya da, Azərbaycan da bu məsələni düzgün dəyərləndirməlidir”.
Qeyd edək ki, Moskvada baş vermiş bu hadisə 3 gün bundan öncə yaşanıb. Modern.az saytına məlum olub ki, Bəxtiyar Abbasov əslində heç mükafatlanmdırma mərasiminə çıxmaq istəmirmiş… Lakin yığma komandanın rəhbərliyi tərəfindən cəzalandırılacağı söyləndikdə məcburən kürsüyə çıxmalı olub və Ermənistan himni çalınarkən etiraz əlaməti olaraq aşağı oturub. Daha sonra o, idmançı yoldaşları və yarışı izləyən azərbaycanlılardan dönə-dönə xahiş edib ki, bu hadisə haqda danışmasınlar, görüntüləri yaymasınlar. Samboçu Ermənistan himninə qarşı hərəkətini özünü reklam üçün etmədiyini, bunu özündən asılı olmayaraq daxilindən gələn bir addım olduğunu vurğulayıb.
Yaxınları bildiriblər ki, Xocavəndin Qaradağlı kəndindən olan Bəxtiyar Abbasovun ailəsi müharibədə bir neçə şəhid verib, onun dayısı, əmioğlanları şəhid olub, meyitlərini də heç götürə bilməyiblər…

 

Previous Post

Ermənistan himninə etiraz edən samboçu Bəxtiyar Abbasovun 40-a yaxın qohumu öldürülüb – TƏFƏRRÜAT

Next Post

İran ABŞ-dan sanksiyaların ləğvini tələb edib

Bənzər yazılar

8 il əvvəl yaradılan qurumun əsasnaməsi təsdiqləndi

8 il əvvəl yaradılan qurumun əsasnaməsi təsdiqləndi

20 Avqust 2026 - 15:30

Müvafiq fərmanla yaradılan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əsasnaməsi təsdiq olunub. Elchi.az-ın məlumatına...

Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı

Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı

20 Avqust 2026 - 13:43

Avqustun 28-də baş verəcək Ay tutulması zamanı peykin böyük hissəsi Yer kürəsinin kölgəsində qalacaq. Tutulma maksimum həddə çatdıqda Ayın 90...

Bu il Azərbaycanda yol qəzalarında 285 nəfər ölüb

Bu il Azərbaycanda yol qəzalarında 285 nəfər ölüb

20 Avqust 2026 - 13:30

2026-cı ilin yanvar-iyun aylarında 533 və ya 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş,...

Fəlsəfə ilə ədəbiyyatı birləşdirən alim – Aslan Aslanov

Fəlsəfə ilə ədəbiyyatı birləşdirən alim – Aslan Aslanov

20 Avqust 2026 - 12:37

Azərbaycan elm və mədəniyyət tarixində özünəməxsus iz qoymuş görkəmli alimlərdən biri də akademik Aslan Məmməd oğlu Aslanovdur. O, 20 avqust...

Next Post

İran ABŞ-dan sanksiyaların ləğvini tələb edib

İran ABŞ-dan sanksiyaların ləğvini tələb edib

Son xəbərlər

Azərbaycan 34 ölkənin vətəndaşlarına vizasız rejim tətbiq etməyi hədəfləyir

Azərbaycan 34 ölkənin vətəndaşlarına vizasız rejim tətbiq etməyi hədəfləyir

20 Avqust 2026 - 16:32
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək – SƏRƏNCAM

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək – SƏRƏNCAM

20 Avqust 2026 - 16:24
Azərbaycanda turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib

Azərbaycanda turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib

20 Avqust 2026 - 16:16
Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi təsdiqlənib

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi təsdiqlənib

20 Avqust 2026 - 16:05
“İranı tam təcrid edəcəyik” – Trampdan yeni kampaniya

“İranı tam təcrid edəcəyik” – Trampdan yeni kampaniya

20 Avqust 2026 - 16:00
Şagirdlərin elektron yerdəyişməsi başlayıb

Şagirdlərin elektron yerdəyişməsi başlayıb

20 Avqust 2026 - 15:52
Ermənistan yaxın 5 ildə Azərbaycanla sülhü rəsmiləşdirməyə hazırlaşır

Ermənistan yaxın 5 ildə Azərbaycanla sülhü rəsmiləşdirməyə hazırlaşır

20 Avqust 2026 - 15:43
8 il əvvəl yaradılan qurumun əsasnaməsi təsdiqləndi

8 il əvvəl yaradılan qurumun əsasnaməsi təsdiqləndi

20 Avqust 2026 - 15:30
Rüşvətdə ittiham olunan sabiq rəis azadlığa buraxıldı

Rüşvətdə ittiham olunan sabiq rəis azadlığa buraxıldı

20 Avqust 2026 - 15:14
Mertsin reytinqi bütün dövrlərin ən aşağı səviyyəsinə düşüb

Mertsin reytinqi bütün dövrlərin ən aşağı səviyyəsinə düşüb

20 Avqust 2026 - 15:00
Türkiyənin əhalisinin sayı açıqlandı

Türkiyənin əhalisinin sayı açıqlandı

20 Avqust 2026 - 14:48
Paşinyan: Ermənistan ABŞ və İranla bağlı vəziyyətdən çox narahatdır

Paşinyan: Ermənistan ABŞ və İranla bağlı vəziyyətdən çox narahatdır

20 Avqust 2026 - 14:39
Özünə xəsarət yetirmişdi: AFFA-dan ağır cəza…

Özünə xəsarət yetirmişdi: AFFA-dan ağır cəza…

20 Avqust 2026 - 14:28
Ermənistanda Xarici İşlər Nazirliyinin adı dəyişdirildi

Ermənistanda Xarici İşlər Nazirliyinin adı dəyişdirildi

20 Avqust 2026 - 14:13
Tokionun NATO planları Pekini narahat etdi

Tokionun NATO planları Pekini narahat etdi

20 Avqust 2026 - 14:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.