Rusiyanın Ukraynaya təcavüzündən sonra Ermənistanın BƏƏ-yə ixracı 2600 faiz artıb.
Bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) baş iqtisadçısı Robin Bruks məlumat verib.
“Məlumdur ki, Ermənistan Qərb mallarının Rusiyaya daşınan nəqliyyat qovşaqlarından biridir. Lakin BƏƏ-nin bu nəqliyyat ticarətində iştirakı son vaxtlar başlayıb və çox sürətlə artır”, – iqtisadçı qeyd edib.