Hərbçi pul mükafatı üçün Azərbaycan xüsusi xidmət orqanlarına dövlət və xidməti sirləri ehtiva edən məlumatları təhvil verib.
Elchi.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu daha bir dövlətə xəyanət faktı barədə məlumat verib.
Agentliyin məlumatına görə, hərbi hissələrdən birində xidmət edən baş çavuş “Ok.ru” sosial şəbəkəsi vasitəsilə Azərbaycan xüsusi xidmət orqanlarının nümayəndəsi tərəfindən xidmətə cəlb edilib.
O, 2022-ci ilin yanvarından 2022-ci ilin iyununa qədər WhatsApp tətbiqi vasitəsilə onlara rəsmi, dövlət sirri olan məlumatları verib.
Bunun üçün hərbçi müvafiq olaraq 24 min dram və 21 min 250 dram məbləğində pul mükafatı alıb.
Bundan əlavə, o, 2022-ci ilin aprelində İnternetdə obyektin yerini müəyyən etməyə imkan verən proqram vasitəsilə çəkilmiş hərbi hissənin yerləşdiyi yerin fotoşəkilini, hərbi bazaların mövqelərarası məsafənin əlyazma diaqramını, onun mühafizə zonasında döyüş mövqelərinin adları və rabitənin təşkili diaqramı. Bunun üçün o, 48 min dram (təxminən 70 dollar) mükafat alıb.
Hərbçi həbs edilib, o, Ermənistan Cinayət Məcəlləsinin 299-cu maddəsinin 1-ci hissəsi (dövlətə xəyanət) ilə ittiham olunur. Dekabrın 22-də prokuror ittiham aktını məhkəməyə göndərib.
Şayəstə