Azərbaycan öz hərəkətlərinə görə bu gün çıxılmaz vəziyyətə düşüb. Elchi.az xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan dekabrın 21-də parlamentdə jurnalistlərlə söhbətində BMT Təhlükəsizlik Şurasının dünənki iclası barədə danışarkən deyib.
“Məncə, Azərbaycan belə bir reaksiya gözləmirdi. Biz Ermənistanı başqa prosesə cəlb etməyən bütün vasitələrlə bu istiqamətdə işləməyə davam edəcəyik”, – deyə Simonyan əmin edib.
Rusiya nümayəndəsinin çıxışını necə qiymətləndirirsiniz sualına Simonyan belə cavab verib: “Mən çıxışı mənfi qiymətləndirirəm, çünki düşünürəm ki, müttəfiq hər şeyi daha konkret deyə bilərdi. Bunu isə Ermənistanla ümumiyyətlə, yaxın əlaqələri olmayan ölkələr edib. Məncə, ya bacarmır, ya istəmir, ya da bacarmır və eyni zamanda istəmir. Hər halda, təəccüblənmirəm, son hadisələr Rusiya tərəfində belə bir reaksiyanın mümkün olduğunu göstərdi. Yəqin ona görə ki, bu, Rusiya sülhməramlılarının məsuliyyət sahəsidir, yəni bu yolla onlar çox böyük məsuliyyət götürmək istəmirlər”.
Yeganə