Milli Məclisin üzvü Elman Məmmədov Ermənistanı “əxlaqsız bacı” adlandırıb.
Azərbaycanın Xocalı şəhərindən olan deputat E.Məmmədov çıxışı zamanı Ermənistanla bağlı maraqlı fikir səsləndirib: “Bir dəfə Fransa prezidenti Ermənistanı Fransanın kiçik bacısı adlandırmışdı. Amma mən görürəm ki, cənab prezident qeyri-dəqiqliyə yol verib. Çünki artıq Ermənistanın özünü aparmasından və orada hakimiyyətdə olanları az-çox tanıdığımdan deyə bilərəm ki, Ermənistan Fransanın əxlaqsız, yolunu azmış, gecə evə gəlməyən bacısıdır”.