“Ermənistan 10 noyabr 2020-ci il müqaviləsinə əsasən, Azərbaycana dəhliz verməyi öhdəsinə götürüb. Müqavilədə “dəhliz” termini yazılmasa da, “maneəsiz” termini işlədilib ki, bu da “dəhliz” mənasını verir. Ancaq “dəhliz” olduqda tərəflər bundan maneəsiz istifadə edə bilər. Maneə olması isə artıq dəhliz anlamı vermir. Bu, artıq hər bir dövlətin kömrük, hərbi və digər orqanlarının nəzarəti anlamına gəlir”.
Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov söyləyib:
“Müqavilənin digər bəndində işlədilən “Laçın dəhlizi” termininin isə Azərbaycan qanunvericiliyinə əsasın heç bir hüquqi bazası yoxdur, sadəcə məkan adı kimi işlədilib. Ermənistan Azərbaycanın “dəhliz” tələbini qəbul etdikdən sonra “Laçın dəhlizi” termininə hüquqi status vermək məsələsi gündəmə gələ bilər”.
Politoloq hesab edir ki, Azərbaycan siyasi və hüquq ictimaiyyəti bu kimi sənədlərin diqqətlə öyrənilməsi və ordakı termin və anlayışların bizim üçün açıq və qapalı olan məqamlarına aydınlıq gətirməlidir ki, bu terminlərdən istifadə edildikdə qarşı tərəfin maraqlarına xidmət edilməsin:
“Maraq doğuran məsələlərdən əsası bu əlaqə yollarının hansı statusla olmasından asılı olmayaraq rus FTB-si əsgərləri tərəfindən Qərbi Zəngəzur ərazisində, rus sülhməramlıları tərəfindən isə Laçın yolu istiqamətində qorunmasının müddəti məsələsidir. Sənədə əsasən, 3 ildən sonra rus ordusu Qarabağdan çıxacağı durumda, bu yolun təhlükəsizliyi məsələsi necə olacaq? Qərbi Zəngəzur tərəfdə bu məsələ aydındır. Rus FTB-si hələlik müddətsiz ordadır”.
Yeganə