ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Binyamin Netanyahu ilə qatıldığı bir proqramda telefon danışığı zamanı sızdırılan “töhmət və qışqırıq” iddialarını təsdiqlədi.
Elchi.az xəbər verir ki, YouTube kanalında yayımlanan müsahibədə ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Binyamin Netanyahunun Livana qarşı aqressiv siyasətindən narahatlığını ifadə etdi.
İctimaiyyətdə ajiotaj yaradan və ABŞ mətbuatı tərəfindən gündəmə gətirilən iddialarda Trampın telefon danışığı zamanı Netanyahuya sərt sözlər işlətdiyi və “Dəli olmusan? Nə etməyə çalışırsan? Səni həbsxanaya düşməkdən xilas etdim” dediyi bildirilir.
Tramp tənbeh etdiyini etiraf etdi
Verilişdə bu iddialarla bağlı birbaşa soruşulduqda, ABŞ Prezidenti Tramp Netanyahu ilə bu şəkildə danışdığını açıq şəkildə etiraf etdi. “Bəli, mən bunu etdim” deyə Tramp əlavə etdi: “Əsəbiləşdiyimi deyə bilmərəm. Onun Livanla davamlı döyüşməsindən bir az əsəbiləşdim.”
Nə baş verdi?
ABŞ-da yerləşən “Axios” xəbər saytı ABŞ rəsmilərinə istinadən bildirib ki, Tramp Livanla gərginliyi artırdığına görə Netanyahuya qəzəblənib. İddia olunub ki, İsrailin Livanda qeyri-mütənasib güc tətbiqinin İranla atəşkəsin uzadılması səylərini çətinləşdirdiyini vurğulayan Tramp Netanyahuya “Sən dəlisən” deyib.
Şayəstə





















