"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
in CƏMİYYƏT
FacebookVatsap

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq.

Bunu da oxuyun

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır – BİRGƏ MƏLUMAT

Qazaxda ata və qızı göldə batıb

Elchi.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, avtonom pilotsuz uçuş aparatı uçuş zamanı insan tərəfindən birbaşa və ya davamlı idarəetmə müdaxiləsi olmadan avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə hərəkət edən mülki təyinatlı avtonom nəqliyyat vasitəsidir. Avtonom pilotsuz uçuş aparatının operatoru avtonom pilotsuz uçuş aparatının öncədən uçuş marşrutunu proqramlaşdıran, avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətini təmin edən, müvafiq şəhadətnaməyə malik şəxs olacaq.

Məsafədən idarəetmə mərkəzi avtonom pilotsuz uçuş aparatının avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinin təmininin məsafədən həyata keçirildiyi idarəetmə məntəqəsi sayılacaq.

Həmin uçuş aparatlarının istismarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanuna və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq verilən qeydiyyat sertifikatı və istismarçı sertifikatı (və əməliyyat icazəsi) əsasında həyata keçiriləcək. Avtonom pilotsuz uçuş aparatı yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlar əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən coğrafi zonalarda uça bilər.

Avtonom pilotsuz uçuş aparatının layihələndirilməsi və istehsalı aşağıdakı tələblərə cavab verməlidir:

– istənilən uçuş şəraitində yarana biləcək risklərə mütənasib davamlılıq nümayiş etdirməli, kibertəhlükəsizlik tələblərinə uyğun olmalı;

– istismar olunduğu istənilən şəraitdə, həmçinin sistemlərin biri, yaxud bir neçəsində nasazlıq baş verdikdə təhlükəsiz idarə edilə bilən və manevr qabiliyyətinə malik olmalı;

– onların mühərrikləri, pərləri və digər hissələrinin bütün istismar şəraitlərində işlək olmalı, habelə hər hansı nasazlıq zamanı yerdə olan üçüncü şəxslərin və digər hava məkanı istifadəçilərinin təhlükəsizliyinə qarşı yarana biləcək riskləri azaltmalı;

– uçuşların təhlükəsizliyinə risk yarandığı ehtimal olunan hər hansı vəziyyət və fövqəladə halların (hadisələrin) idarə edilməsini və əmlakın təhlükəsizliyini təmin etməli.

Fiziki və hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxsin filialı və nümayəndəliyi operator qismində fəaliyyət göstərmək üçün “Nəqliyyat haqqında” qanunla müəyyən edilmiş qaydada şəhadətnamə almalıdırlar.

Avtonom pilotsuz uçuş aparatı operatorunun aşağıdakı vəzifələri vardır:

– avtonom pilotsuz uçuş aparatının istismarı zamanı avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək;

– hava şəraiti avtonom pilotsuz uçuş aparatının istismarına təhlükə yaratdığı, avtonom pilotsuz uçuş aparatının qeyd edilən coğrafi zonalardan kənara çıxması, avtomatlaşdırılmış idarəetmə sisteminə kənar müdaxilənin baş verməsi, nasazlıq və fövqəladə hallar (hadisələr) baş verdikdə avtonom pilotsuz uçuş aparatının avtomatlaşdırılmış idarəetmə sistemi tərəfindən verilən xəbərdarlıqlara uyğun olaraq həmin sistemə təlimatlar verməklə operativ müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) etmək;

– avtonom pilotsuz uçuş aparatının istifadəsi ilə bağlı son 6 (altı) ayı əhatə edən məlumatların saxlanılmasını və mühafizəsini təmin etmək;

– avtonom pilotsuz uçuş aparatının avtomatlaşdırılmış idarəetmə sistemində olan məlumatların real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə ötürülməsini təmin etmək, həmçinin həmin informasiya sistemi vasitəsilə yayımlanan interaktiv xəritədə əks olunan coğrafi zonalar və onlarla əlaqədar məhdudiyyətlər haqqında son məlumatları əldə etmək;

– avtonom pilotsuz uçuş aparatının iştirakı ilə aviasiya hadisəsi və insidenti baş verdiyi təqdirdə aidiyyəti dövlət qurumlarının məlumatlandırılması məqsədilə bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək;

– istehsalçının təlimatlarına və coğrafi zonalarla əlaqədar əməliyyat məhdudiyyətlərinə riayət etmək;

– əməliyyatın davam etdirilməsi digər hava gəmilərinə, insanlara, heyvanlara, ətraf mühitə və ya əmlaka təhlükə törətdikdə əməliyyatı dayandırmaq.

Avtonom pilotsuz uçuş aparatının idarə edilməsini həyata keçirən operator fiziki şəxs olduqda özü, hüquqi şəxs olduqda isə onun avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə idarə edilməsinə nəzarəti həyata keçirən işçiləri, avtomatlaşdırılmış idarəetmə sistemi və məsafədən idarəetmə mərkəzi “Nəqliyyat haqqında” qanunda qeyd edilən tələblərə cavab verməlidir.

Avtonom pilotsuz uçuş aparatının mülkiyyətçisi (sahibi) və ya istismarçısı (sahib qismində çıxış etdikdə) həmin uçuş aparatının istehsalçısı tərəfindən müəyyən edilmiş texniki və proqram təminatı tələblərinə uyğun vəziyyətdə saxlanılmasını, avtonom pilotsuz uçuş aparatının müvafiq şəhadətnaməyə malik operatorunun pilotsuz uçuş aparatının avtonom idarə edilməsinə cəlb olunmasını, eləcə də istismar qaydalarının, nasazlıq və fövqəladə hallarda (hadisələrdə) müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) prosedurlarının istehsalçıdan əldə olunmasını təmin etməlidir.

Avtonom pilotsuz uçuş aparatının mülkiyyətçisi (sahibi), yaxud istismarçısı (sahib qismində çıxış etdikdə) və ya onun mülki hüquqi müqavilə əsasında cəlb etdiyi operator məsafədən idarəetmə mərkəzini yaradır (avtonom pilotsuz uçuş aparatlarının avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə istismarı məsafədən idarəetmə mərkəzindən kənarda həyata keçirildiyi hallar istisna olmaqla) və həmin mərkəzin proqram təminatının mütəmadi yenilənməsini, kibertəhlükəsizliyinin təminini və təhlükəsizlik auditinin keçirilməsini qeyd olunan mərkəzi yaradan şəxs təmin edir.

Avtonom pilotsuz uçuş aparatının uçuş əməliyyatlarına Azərbaycan Respublikasının hava məkanı hüdudlarında hava məkanından istifadənin planlaşdırılmasını və koordinasiyanı, hava hərəkətinin təşkilini, eləcə də hava hərəkətinin təşkilinə görə məsuliyyətin Azərbaycan Respublikasına həvalə olunduğu rayonlarda nəzarəti təmin edən pilotsuz uçuş aparatının uçuşlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzitərəfindən icazə verilir.

Avtonom pilotsuz uçuş aparatının əməliyyatları coğrafi zonaların şərtlərinə və məhdudiyyətlərinə uyğun həyata keçirilməlidir.

Nəzarət olunan hava məkanında və aerodromyanı ərazidə avtonom pilotsuz uçuş aparatının əməliyyatları pilotsuz uçuş aparatının uçuşlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzinin icazəsi ilə həyata keçirilir. Mərkəzdən bu icazənin alınması üçün avtonom pilotsuz uçuş aparatının operatoru aşağıdakı məlumatları və sənədləri əməliyyata başlamazdan azı 3 saat əvvəl mərkəz tərəfindən müəyyən edilmiş elektron poçt ünvanına təqdim etməlidir:

– istismarçının adı;

– istifadə ediləcək avtonom pilotsuz uçuş aparatının qeydiyyat sertifikatının nömrəsi;

– əməliyyatın başlama və başa çatma vaxtı;

– əməliyyatın xüsusiyyətləri;

– istismarçı sertifikatının və əməliyyat icazəsinin surəti.

Pilotsuz uçuş aparatının uçuşlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzi məlumat və sənədləri aldıqdan sonra 3 (üç) saatdan gec olmayaraq uçuşa icazənin verilməsi və ya icazənin verilməsindən imtina haqqında qərar qəbul edir və bu barədə icazə üçün müraciət edən avtonom pilotsuz uçuş aparatının operatorunu müəyyən edilmiş elektron poçt ünvanı üzərindən məlumatlandırır.

Mərkəz icazənin verilməsindən aşağıdakı hallarda imtina edir:

– düzgün olmayan məlumatlar və sənədlər təqdim olunduqda;

– hava şəraiti ilə əlaqədar icazə verilməsi mümkün olmadıqda;

– coğrafi zonalarda uçuş əməliyyatlarına məhdudiyyət qoyulduqda.

Layihəyə əsasən, bu qanunda müəyyən edilmiş müddəaların yerinə yetirilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) avtonom pilotsuz uçuş aparatının istismarçısı sertifikatını və əməliyyat icazəsini əldə etmiş həmin pilotsuz uçuş aparatının istismarçıları tərəfindən qanunun tələblərinə riayət olunmasına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda (sahibkarlıq subyektlərinə münasibətdə) və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş qaydada nəzarət edir.

Avtonom pilotsuz uçuş aparatlarının mülki dövriyyəsinə nəzarət “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlara əsasən həyata keçiriləcək.

Previous Post

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

Next Post

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Bənzər yazılar

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

20 İyul 2026 - 23:49

Cəlilabad rayonunun 39 yaşayış məntəqəsinin elektrik təchizatında fasilə yaranacaq. Elchi.az -ın məlumatına görə, buna səbəb "Cəlilabad" yarımstansiyasında aparılacaq təmir işləridir....

Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır – BİRGƏ MƏLUMAT

Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır – BİRGƏ MƏLUMAT

20 İyul 2026 - 23:43

Sosial şəbəkə və müxtəlif mesajlaşma platformalarında özəlləşdirmə çekləri ilə bağlı guya kompensasiya ödənilməsi, qeydiyyatın aparılması və bunun üçün müəyyən mobil...

Qazaxda ata və qızı göldə batıb

Qazaxda ata və qızı göldə batıb

20 İyul 2026 - 20:30

Qazaxda iki nəfər göldə batıb. Elchi.az -ın məlumatına görə, hadisə rayonun Didvan gölündə qeydə alınıb. Belə ki, Canallı kənd sakinləri...

Daha 120 müharibə veteranı üçün kiçik bizneslər quruldu

ƏƏSMN Məşğulluq Strategiyasının icrası üzrə keçiriləcək tədbirləri açıqladı

20 İyul 2026 - 18:41

Prezident İlham Əliyevin yeni Sərəncamı ilə təsdiq edilmiş "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"nda 6 prioritet...

Next Post
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

20 İyul 2026 - 23:49
Gürcüstan və Azərbaycan beynəlxalq yükdaşımalarında rəqəmsal icazə sisteminə keçib

Gürcüstan və Azərbaycan beynəlxalq yükdaşımalarında rəqəmsal icazə sisteminə keçib

20 İyul 2026 - 23:47
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

20 İyul 2026 - 23:45
Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır – BİRGƏ MƏLUMAT

Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır – BİRGƏ MƏLUMAT

20 İyul 2026 - 23:43
Yeni Dehlidə polis və nümayişçilər arasında toqquşma baş verib

Yeni Dehlidə polis və nümayişçilər arasında toqquşma baş verib

20 İyul 2026 - 23:41
Cevdet Yılmaz: Kipr heç vaxt yunan adası olmayacaq

Cevdet Yılmaz: Kipr heç vaxt yunan adası olmayacaq

20 İyul 2026 - 20:48
İtaliyanın Rusiyadakı hərbi attaşesi ölkədən çıxarılıb

İtaliyanın Rusiyadakı hərbi attaşesi ölkədən çıxarılıb

20 İyul 2026 - 20:44
Barro: Fransız diplomatlar İranda əsassız olaraq saxlanılıbz

Barro: Fransız diplomatlar İranda əsassız olaraq saxlanılıbz

20 İyul 2026 - 20:42
Qazaxda ata və qızı göldə batıb

Qazaxda ata və qızı göldə batıb

20 İyul 2026 - 20:30
Endi Bernem baş nazir vəzifəsində ilk zəngini Donald Trampa edib

Endi Bernem baş nazir vəzifəsində ilk zəngini Donald Trampa edib

20 İyul 2026 - 20:28
ISNA: ABŞ ordusu Şirazı bombalayıb

ISNA: ABŞ ordusu Şirazı bombalayıb

20 İyul 2026 - 20:26
MN-in Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

MN-in Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

20 İyul 2026 - 19:29
Çexiyada uşaq təhsil müəssisələrində mobil telefonlar qadağan edilib

Çexiyada uşaq təhsil müəssisələrində mobil telefonlar qadağan edilib

20 İyul 2026 - 19:19
Sumqayıtda evdən məişət əşyaları oğurlayan şəxslər saxlanıldı

Sumqayıtda evdən məişət əşyaları oğurlayan şəxslər saxlanıldı

20 İyul 2026 - 19:07
DİN və MEDİA-dan xəbərdarlıq: Özəlləşdirmə çekləri ilə bağlı məlumatlar saxtadır

DİN və MEDİA-dan xəbərdarlıq: Özəlləşdirmə çekləri ilə bağlı məlumatlar saxtadır

20 İyul 2026 - 18:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.