Marneuli rayonunun Ermənistanla sərhəddə yerləşən Sadaxlı kəndində erməni sürücü kənd sakini olan 10 yaşlı azərbaycanlını vurub. Hadisə kənddə etiraza səbəb olub.
“Qafqazinfo”nun ans-ə istinadən xəbərinə görə, Ermənistanla Gürcüstanı birləşdirən magistral yolun təxminən 2 km-lik hissəsi Sadaxlı kəndinin ərazisindən keçir. Sakinlərin sözlərinə görə, 4-cü sinif şagirdi Əlinin başına gələn hadisə, kənd ərazisində ilk deyil.
Kənd sakini Eldar Əliyevin sözlərinə görə, 5 il ərzində bu yolda 13 faciə baş verib.
Sadaxlı kənd bələdiyyəsinin nümayəndəsi Rafael Xəlilov rayon rəhbərliyinin də hadisə yerinə gəldiyini və problemlə tanış olduqlarını deyir:
“Yol təzə təmir olunub. İndi layihədə nəzərdə tutulub ki, bu yollara maneələr qoyulacaq. Hazırda bunula bağlı tender elan olunub. Yaxın günlərdə bu işlərin həyata keçirilməsinə başlanılacaq”.
Erməni avtomobillərinin zərbəsinə tuş gələn azərbaycanlıların sayının artmaması üçün deyilən tədbirlərin nə zaman görüləcəyi hələ dəqiq məlum deyil.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ARB24-ün canlı efirində regionda baş verən proseslərlə bağlı sualları cavablandırıb....
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günündə Xankəndi və Şuşa şəhərlərində bir sıra məkanlara...
İran hakimiyyəti Fars və Oman körfəzləri ölkələrinin xarici işlər nazirləri səviyyəsində bazar ertəsi Omanda keçiriləcək görüşündə iştirak etməyi planlaşdırır. Elchi.az...
Latviya hakimiyyəti Rusiya ilə sərhəddəki müdafiə qurğularını modernləşdirmək məqsədilə növbəti yeddi il ərzində Avropa İttifaqından (Aİ) 7 milyard avro vəsait...