“Ermənistan-Türkiyə münasibətlərində müsbət nəticələr var”-Mirzoyan

87

“Ermənistan-Türkiyə prosesində müsbət nəticələr var”.

Elchi.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Berlində almaniyalı həmkarı Analena Berbok ilə birgə mətbuat konfransı zamanı bildirib.

Nazir sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması ilə bağlı dialoqu qeyd edib, məntiqi nəticənin əldə olunmasında Ermənistanın iştirakını təsdiqləyib. Onun sözlərinə görə, müəyyən irəliləyiş var:

“Fikrimizcə, proses bir qədər ləng gedir, amma müsbət nəticələr var. Bu yaxınlarda Ermənistan və Türkiyə hava yüklərinin daşınmasına qoyulan qadağanı aradan qaldırmaq qərarına gəliblər. Ümid edirik ki, proses daha sürətli və nəzərəçarpacaq nəticələrlə davam edəcək”.

Yeganə