Ermənilər "Tac Mahal"a film çəkdi - TARİXİ SAXTAKARLIQ

🗓 27.02.2015 16:38 ✍️ "Elçi" qəzeti
Ermənilər "Tac Mahal"a film çəkdi - TARİXİ SAXTAKARLIQ
tac mahalErmənilərin saxta soyqırımın 100 illiyi adı altında həyata keçirdikləri və Türk xalqının tarixini özününküləşdirməyə hesablanmış mənfur addımlarının sırasına daha biri əlavə olunub. Elchi.Az erməni mətbuatına istinadən bildirir ki, Amerikada yaşayan ermənilər Sam Makaryan və Ara Azatyanın hazırladığı «Tac Mahal, erməni Xanım və Hindistanın simvolu» adlı film artıq hazırdır və onun premyerası 8 Martda ediləcək. Məlumat üçün bildirək ki, tarixi saxtakarlıq əsasında hazırlanan bu filmi ermənilər "Hindistan ermənilərinin unudulan tarixi" adı altında «Erməni Standartı» Film Mərkəzi tərəfindən "Tanınmayan Ermənilər" serialı çərçivəsində hazırlayıblar. Məlumat üçün bildirək ki, Təbrizdən gətirilən türk memarlarının yaratdığı Tac Mahal dünyanın ən gözəl, ən möhtəşəm türbəsidir. Türbəni Babil imperatoru Cahan şah həyat yoldaşı Ərcümənd banunun şərəfinə inşaa etdirib. Elchi.az

Bənzər yazılar