"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Banner

Elmar Məmmədyarov BMT-nin Baş Assambleyasında ermənistan hökumətini saxtakarlıqda qınadı

27 Sentyabr 2014 - 10:04
in Banner, SİYASƏT
FacebookVatsap
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyasının ümumi 0cbf397d650c8665dab94e002dd497bdmüzakirələrində çıxış edib.

 

Bunu da oxuyun

Azərbaycanda 10 ukraynalı hərbçi reabilitasiya kursu keçdi

Prezident Ukrayna ilə bağlı bu qanunu təsdiqlədi

Hindistandakı səfirimiz geri çağırıldı – Yeni təyinat

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Elmar Məmmədyarov Azərbaycanın qlobal davamlı inkişaf gündəliyinin həyata keçirilməsinə və 2015-ci ildən sonrakı İnkişaf gündəliyi ilə əlaqədar razılığın əldə edilməsinə öz öhdəliyini bir daha təsdiq etdiyini bildirib:“Minilliyin inkişaf məqsədlərinin həyata keçirilməsində mənim ölkəmin əldə etdiyi nəticələr unikaldır. Son on il ərzində Azərbaycanın ümum daxili məhsulu 3.4 dəfə artıb. Hazırda Azərbaycanın iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini əhatə edir. Mükəmməl yüksək iqtisadi artım göstəriciləri mövcud resurslarının düşünülmüş formada istifadəsi və sosial əsaslı bazar iqtisadiyyatına sürətli keçid əsasında baş verib. Yoxsulluq göstəricisi 2004-cü ildə 49 faizdən 2014-cü ildə 5.3 faizə düşüb. Eyni dövr ərzində işsizlik dərəcəsi 10.6 faizdən 5 faizə düşüb”.

 

Azərbaycanın xarici işlər naziri qeyd edib ki, son illərdə Azərbaycan yeni təsis edilən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi-AİDA vasitəsilə inkişaf etməkdə olan dövlətlərin humanitar və sosial-iqtisadi problemlərinin həllində iştirak etməkdə davam edir: “Beynəlxalq inkişafa yardım fəaliyyəti ictimaiyyətimiz tərəfindən də geniş dəstəklənir. Azərbaycanda aparıcı qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu bir sıra ölkələrdə çoxsaylı sosial, humanitar və inkişaf layihələri həyata keçirib”.

 

Elmar Məmmədyarov bildirib ki, Azərbaycan dünya bazarında özünü etibarlı enerji təchizatçısı kimi doğruldub: “Bu günlərdə Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimi Azərbaycanda keçirilib. Bu 50 milyardlıq layihə çərçivəsində Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri sisteminin tikilməsi nəzərdə tutub. Bu xətlər Azərbaycanda tamamilə yeni mənbədən qazın Avropaya çatdırılmasına imkan verəcək. Azərbaycanın təşəbbüsü olan Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM) layihəsi region ölkələrini informasiya-kommunikasiya xidmətləri ilə təmin edəcək, internetə çıxışı sadələşdirəcək, region boyunca 20-dən artıq ölkəni telekommunikasiya və “e-info” sistemləri ilə təmin edəcək. Davamlı inkişafın önəmli mexanizmi kimi nəqliyyatın kəsb etdiyi dəyəri qiymətləndirərək, Azərbaycan müvəffəqiyyətlə bir neçə regional infrastruktur layihələrini həyata keçirməyə başlayıb. Bakı-Tbilisi-Qars dəmiryolu Avropa və Asiyanı birləşdirən vacib xətdir”.

 

Azərbaycanın xarici işlər naziri qeyd edib ki, Asiya və Avropa kimi iki böyük qitənin ortasında yerləşən Azərbaycan Şərq və Qərbin görüşdüyü, dünyanın əsas dinlərinin sülh şəraitində yanaşı mövcud olduğu və müxtəlif mədəniyyətlərin dəyər və ənənələrinin ahəngli formada bir-birini tamamladığı unikal məkandır: “Təsadüfi deyildir ki, son illər ərzində Azərbaycan sivilizasiyalararası dialoq və müxtəlif dinlər, əqidə və mədəniyyətlər arasında anlaşmanın təşviq olunması üçün çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edib”.

 

Elmar Məmmədyarovun sözlərinə görə, zorakılıq və kövrək durum inkişafa qarşı ən böyük maneə olaraq qalmaqdadır: “Dünya birliyi hələ də beynəlxalq hüququn fundamental norma və prinsiplərinin ciddi şəkildə pozulması halları ilə üzləşir. Xalqlar dünya boyunca dağıdıcı müharibələr, təcavüz, hərbi işğal və etnik təmizləmədən hələ də əziyyət çəkməkdə davam edirlər”.

 

Elmar Məmmədyarov çıxışı zamanı Dağlıq Qarabağ məsələsinə də toxunub: “İyirmi ildən artıq bir müddətdə qonşu Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi güc tətbiq edir. Ermənistan 20 faizə yaxın Azərbaycan ərazisini işğal edib, bir milyondan artıq azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirib və bunun nəticəsində Ermənistanda və Azərbaycanın işğal edilmiş ərazilərində bir nəfər də olsun azərbaycanlı qalmayıb. İşğal edilən ərazilərdə və Ermənistanda Azərbaycanın bütün tarixi və mədəni abidələri dağıdılıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü və zor tətbiq edərək ərazi əldə edilməsinin qəbuledilməzliyini təsbit edən dörd qətnamə qəbul edib. Qətnamələr erməni işğalçı qoşunlarının Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bundan əlavə, BMT-nin Baş məclisi, Qoşulmama hərəkatı, İslam əməkdaşlıq təşkilatı və çoxsaylı digər regional təşkilatlar Azərbaycanın suverenliyi, siyasi müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyən və münaqişənin bu prinsiplər əsasında həllini tələb edən müxtəlif qərarlar qəbul ediblər”.

 

Nazir təəssüflə qeyd edib ki, Ermənistan tərəfindən yuxarıda qeyd olunan bu qətnamələrə və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə məhəl qoyulmur və Ermənistan Azərbaycan torpaqlarının hərbi işğalını davam etdirir: “Ermənistan tərəfindən mütəmadi şəkildə atəşkəs rejiminin pozulması və Azərbaycanın dinc sakinlərinin məqsədyönlü şəkildə hücumlara məruz qoyulması nəticəsində cəbhə xətti yaxınlığında yaşayan sakinlərin ölümü və yaralanması halları baş verir. Bu yaxınlarda işğal edilmiş ərazilərdə öz qohumlarının məzarını ziyarət edən bir neçə mülki azərbaycanlı əsir götürülərək işgəncələrə məruz qalıb, onların bəziləri hətta öldürülüb. Məhz bu səbəbdən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərə görə cəzasızlığın sona çatdırılmasında beynəlxalq birliyin daha aktiv mövqe nümayiş etdirməsi zəruridir”.

 

Elmar Məmmədyarov bildirib ki, iki gün bundan öncə Ermənistanın prezidenti ümumi müzakirələrdə çıxış edərək, faktları və sülh prosesini saxtalaşdıraraq və beynəlxalq hüququn norma və prinsiplərini və bu çərçivədə qəbul edilmiş sənədləri təhrif edərək, BMT Baş məclisini aldatmağa çalışıb: “Ermənistan prezidenti ali prinsip olan xalqların öz müqəddəratı təyin etmə prinsipindən sui-istifadə edərək, ölkəsinin qonşu dövlət olan Azərbaycanın ərazilərini zor tətbiq etməklə, ilhaq edilməsi cəhdlərini ört-basdır etməyə çalışıb. Onun Azərbaycanda yaşayan ermənilərin öz müqəddəratını təyin etmə kimi təqdim etməyə çalışdığı vəziyyətin BMT nizamnaməsi və Helsinki yekun aktında təsbit olunmuş öz müqəddəratı təyin etmə ilə heç bir əlaqəsi yoxdur. Əslində öz müqəddəratını təyin etmə prinsipi didərgin düşmüş azərbaycanlıların Dağlıq Qarabağ regionuna qayıtmasını tələb edərək, Azərbaycan daxilində onların erməni icması ilə sülh, ləyaqət və çiçəklənmə şəraitində birgə yaşayışını nəzərdə tutur. Biz bu məqsədə sülh yolu ilə nail olacağımıza inanırıq”.

 

Nazir vurğulayıb ki, Azərbaycan BMT nizamnaməsində, xüsusilə 51-ci maddədə təsbit olunmuş hüquqlarına xələl gətirmədən münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıdır: “Ermənistan  hökuməti dərk etməlidir ki, digər dövlətin ərazisinin işğal edilməsi həll yolu deyil və onun status-kvoya güvənməsi böyük yanlışlıqdır. Azərbaycan heç vaxt ərazi bütövlüyünü və işğal nəticəsində pozulmuş vətəndaşlarının hüquq və azadlıqlarını güzəştə getməyəcək. Beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə birmənalı və davamlı dəstəyi ciddi amildir. Bu Ermənistana onu aydın edir ki, işğal nəticəsində əldə edilmiş mövcud status-kvo heç vaxt qəbul edilməyəcəkdir. BMT nizamnaməsinin hərfini və ruhunu rəhbər tutaraq, Azərbaycanın ərazi bütövlüyünü dəstələdiyinə görə üzv dövlətlərə təşəkkür etmək istərdim. Beynəlxalq ictimaiyyət zor tətbiq edərək, beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi cəhdlərini qəbul etmir və etməyəcəkdir. Dünya ikili standartları qəbul etməməlidir, əks təqdirdə, bu yanaşma bizi yenidən keçən əsrin qaranlıq dövrlərinə apara bilər. Bu xüsusda, Ermənistanda Azərbaycana qarşı təcavüz və insanlığa qarşı cinayət törətmiş şəxslərin ədalət qarşısına çıxarılmasını və onlara qarşı sanksiyaların tətbiq edilməsinin vaxtı yetişib”.

Previous Post

Elmar Məmmədyarov BMT-nin Baş Assambleyasında ermənistan hökumətini saxtakarlıqda qınadı

Next Post

Qafqaz Rusiya üçün tələdir?..

Bənzər yazılar

Azərbaycanda 10 ukraynalı hərbçi reabilitasiya kursu keçdi

Azərbaycanda 10 ukraynalı hərbçi reabilitasiya kursu keçdi

28 İyul 2026 - 16:23

Ötən bir il ərzində Rusiya əsirliyindən xilas olan 10 ukraynalı hərbçi Azərbaycanda reabilitasiya kursu keçib. Elchi.az xəbər verir ki, bu barədə...

Prezident Ukrayna ilə bağlı bu qanunu təsdiqlədi

Prezident Ukrayna ilə bağlı bu qanunu təsdiqlədi

28 İyul 2026 - 14:30

“Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə” təsdiq edilib. Elchi.az xəbər verir ki,...

Hindistandakı səfirimiz geri çağırıldı – Yeni təyinat

Hindistandakı səfirimiz geri çağırıldı – Yeni təyinat

28 İyul 2026 - 14:16

Elçin Nəriman oğlu Hüseynli Azərbaycanın Hindistanda, eyni zamanda Banqladeşdə, Butan Krallığında, Maldiv Respublikasında, Nepalda və Şri-Lanka Demokratik Sosialist Respublikasında fövqəladə...

Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

28 İyul 2026 - 12:56

İyulun 28-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir ki, ikitərəfli və...

Next Post

Qafqaz Rusiya üçün tələdir?..

Qafqaz Rusiya üçün tələdir?..

Son xəbərlər

Tramp ABŞ-yə gələn Zelenskini qarşılamayıb

Tramp ABŞ-yə gələn Zelenskini qarşılamayıb

28 İyul 2026 - 17:00
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başladı

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başladı

28 İyul 2026 - 16:50
Miqrasiya Xidməti yeni qaydanın icrasına başladı

Miqrasiya Xidməti yeni qaydanın icrasına başladı

28 İyul 2026 - 16:35
Azərbaycanda 10 ukraynalı hərbçi reabilitasiya kursu keçdi

Azərbaycanda 10 ukraynalı hərbçi reabilitasiya kursu keçdi

28 İyul 2026 - 16:23
Sertifikasiya imtahanında texniki səhv aşkarlandı, ballar dəyişdi

Sertifikasiya imtahanında texniki səhv aşkarlandı, ballar dəyişdi

28 İyul 2026 - 16:11
Zaxarova Zelenskinin yalanlarından danışdı

Zaxarova Zelenskinin yalanlarından danışdı

28 İyul 2026 - 16:00
Bu şəxslərin maaşı artırılacaq

Bu şəxslərin maaşı artırılacaq

28 İyul 2026 - 15:53
Reinteqrasiya tədbirləri nəticəsində 913 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

Reinteqrasiya tədbirləri nəticəsində 913 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

28 İyul 2026 - 15:44
FHN-in əməkdaşları qol güləşi və atıcılıq yarışlarında uğur qazanıblar

FHN-in əməkdaşları qol güləşi və atıcılıq yarışlarında uğur qazanıblar

28 İyul 2026 - 15:27
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

28 İyul 2026 - 15:15
Polşa Ukraynaya qarşı ərazi iddialarını rədd edib

Polşa Ukraynaya qarşı ərazi iddialarını rədd edib

28 İyul 2026 - 15:00
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşuldu

Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşuldu

28 İyul 2026 - 14:47
Prezident Ukrayna ilə bağlı bu qanunu təsdiqlədi

Prezident Ukrayna ilə bağlı bu qanunu təsdiqlədi

28 İyul 2026 - 14:30
Hindistandakı səfirimiz geri çağırıldı – Yeni təyinat

Hindistandakı səfirimiz geri çağırıldı – Yeni təyinat

28 İyul 2026 - 14:16
Pentaqon Ukraynaya yardım xərclərini onilliyin sonunadək bölüşdürəcək

Pentaqon Ukraynaya yardım xərclərini onilliyin sonunadək bölüşdürəcək

28 İyul 2026 - 14:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.