"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ellada Məmmədli: “Arif Hacılı iqtidarın sifarişi ilə seçilib” – MÜSAHİBƏ

28 Oktyabr 2015 - 18:12
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Ötən ay Azərbaycan sərhədini pozan 19 əcnəbi tutulub

MN rəhbərliyi Hava Hücumundan Müdafiə bölmələrində yeni hərbi obyektlərə baxış keçirib- VİDEO

Fransada yanğın törədən 400-dən çox şəxs saxlanılıb

Müsavat Partiyasının oktyabrın 15-də keçiriləcək mitinqində çox az sayda adamın iştirak etməsi təşkilatın rəhbərliyinə qarşı ittihamların artmasına səbəb olub. Sosial şəbəkələrdə partiyanın bir sıra sabiq və hazırkı üzvləri tərəfindən Müsavatın növbədənkənar qurultayının keşirilməsinə dair çağırışlar yer alıb. Müsavat Partiyasının təkrar qurultayının keçirilməsi tələbi sonuncu qurultaydan sonra qaldırılsa da hazırda bu məsələ bir qədər səngiyib. Narazılar mübarizəni məhkəmə müstəvisində davam etdirməyi düşünürlər.  

Mitinqdən sonra təkrar qurultayın zəruriliyi barədə Cebhe.info-nun suallarına Müsavat Partiyası Qadınlar Birliyinin sabiq sədri Ellada Məmmədli cavab verib:

– Müsavat Partiyasının oktyabrın 15-də keçirilmiş mitinqində 200-300 nəfərin iştirak etməsi narazıları yenidən fəallaşdırıb. Siz qurultayın yenidən keçirilməsi barədə son günlər edilən çağırışlara dəstək verəcəksinizmi? 
– Bu məsələ həmişə aktual olub. Çox təəssüf ki, son bir ildə bizim təkrar qurultay keçirmək barədə tələblərimiz nəzərə alınmadı. Bizim adımız “narazılar qrupu” qoydular. İsa Qəmbərlə Arif  Hacılı əlbir olub bir partiyada iki başqan rolunu oynadılar. Arif Hacılı başqan edilsə də faktiki olaraq rəhbərlik İsa Qəmbərdə oldu. Onlar müsavatçıları sındırmaq məqsədilə ötən ilin dekabr ayında birgə mitinq keçirdilər. Halbuki, orada heç 300 nəfər adam toplaşmamışdı. Hətta o mitinqdə iştirak edənlərdən istefa verənlər də oldu. Partiyada sağlam ruhlu insanlar da yenidən qurultaya getməyi təklif etdilər. Lakin Arif Hacılı və İsa Qəmbər bunu özlərinə təhlükə görərək həmin şəxslərə-onların arasında bizlər də var idik- “xəyanətkar”, “iqtidarla işbirliyində olan” damğasını vurdular. Bu gün faktiki olaraq partiyanın rəhbər strukturunu bir qisim adam idarəçiliyi mənimsəyib. Necə ki, bu gün hakimiyyətdə olan bir qrup vəzifəli şəxs öz yerlərini heç kimə vermək istəmir, eyni vəziyyət də Müsavat Partiyasındadır. İqtidar polisə söykənirsə, Müsavatın rəhbərliyi də partiyaya yeni gələn üzvlərə güvənir. Onlar həm Məclisdə,  həm Divanda təmsil olunurlar, həm təşkilat sədridirlər. Adam neçə vəzifə tuta bilər?  Bu da bir daha müsavatçıların təkrar qurultay keçirmək çağırışlarına səbəb olur. Təsəvvür edin, əvvəl dedilər ki, Müsavat Partiyası oktyabırn 15-də mitinq keçirir. Sonra məlum oldu ki, İsa Qəmbərin seçicilərlə görüşüdür. Heç orada seçici yox idi. Gələnlər də hakimiyyət tərəfindən rayon təşkilatlarında cəmlənmiş adamlar idi. 110 nəfərin iştirak etdiyi mitinqin aqibəti nə ola bilər? Hərdən adamda belə təəssürat yaranır ki, həqiqətənmi İsa Qəmbər illərini milli hərəkatı tamamilə məhv etməyə xərcləyib? Onlar bu hərəkətləri ilə yalnız Müsavat Partiyasını gözdən salırlar.

– Siz iddia edirsiniz ki, bu gün Müsavat Partiyasında de-yure olmasa da de-fakto həmsədrlik institutu mövcuddur? 
– Bəli. Həqiqətən də yerlərdə heç kim heç kimi tanımır. Partiyada yalnız Arif Hacılının və İsa Qəmbərin dediyini qəbul edənlər qalıb. Demokratik mühitdə ana müxalifətçiyi ilə seçilən bir partiyada heç nə qalmayıb.

– Müsavat Partiyasının 2003-cü ilin 12 sentyabr mitinqində 100 min nəfərdən artıq insanın iştirak etdiyi bildirilirdi. İndi nə baş verdi ki, o insanlar aksiyaya gəlmir? 
– Əlbəttə, o qədər insanı meydana çıxaran kim idi? Biz müsavatçılar idik. İndi biz “xəyənətkar” elan olunmuşuq. 2013-cü ildə partiya üzvlüyünə gələn adamlar indi rəhbər strukturlarda, idarəçilikdə oturub. Bu hələ harasıdır? Biz onun da şahidi olacağıq ki, Arif Hacılı qurultayda iqtidarın sifarişi ilə başqan seçilib.

– Seçkiqabağı Müsavat Partiyasının ciddi siyasi uğur nümayiş etdirə bilməməsi,  əhalinin müxalifətə inamsızlığı səbəbindən seçkilərdən sonra Müsavat Partiyası sıralarında istefaların baş verəcəyinə dair son günlər yayılan məlumatları həqiqətə nə qədər yaxın saymaq olar? 
– Guya Müsavat Partiyasında kimlər qalıb ki? Arif Hacılının və İsa Qəmbərin yanında 5-10 nəfər qohum-əqrəba, dost-tanış qalıb. Sırf müsavatçılar yalnız yerli təşkilatlarda, özəklərdə qalıb. Onları da sıxışdırıb çıxarırlar. Mən Cebhe.info saytı vasitəsilə məlumat aldım ki, Binəqədi təşkilatının Şura üzvü  Zahir Beydullanı qərargahın gözətçiliyindən çıxarıblar, maaşını da vermirlər. Nə var-nə var, bu adam qurultayda Qubad İbadoğlunu dəstəkləyib. Bu fakt göstərir ki, Müsavatda demokratik mühit yoxdur. Demokratik mühit yoxdursa, deməli, Müsavat xalqın partiyası deyil. O, hakimiyyətin sifarişi ilə seçilmiş Arif Hacılının partiyasıdır.

– Bəs növbədənkənar qurultay təklifini yenə irəli sürəcəksiniz? Çünki axır vaxtlar bu məsələ arxa plana keçmiş kimi görünür.
– Qurultay məsələsi yəqin ki, zaman-zaman gündəmə gələcək. Mən inanmıram ki, heç bir müxalifət partiyası 110 nəfər adamla mitinq keçirsin. Hələ onu demirəm o mitinqə gələnlərin bir qismi də jurnalistlər idi.

– VIII qurultayın nəticələrinin ləğv edilməsi barədə iddia sənədlərinizi məhkəməyə göndərmək istəsəniz də bu həyata keçmədi. İddianızdan geri çəkilməmisiniz ki?
– Biz o sənədlərin üzərində işləyirik. Məhkəmə elə sənədlər tələb edir ki, onlar çox anormal tələblərdir. Bu uzun proses olacaq. Biz çalışacağıq ki, gələcəkdə Müsavat Partiyasının qurultayının yenidən keçirilməsinə və ədalətin bərpa olunmasına nail olaq.

 

Previous Post

Ellada Məmmədli: “Arif Hacılı iqtidarın sifarişi ilə seçilib” – MÜSAHİBƏ

Next Post

“Kaspian Konsaltinq“ şirkətinin hüquqşünası özünü deputat elan etdi

Bənzər yazılar

Ötən ay Azərbaycan sərhədini pozan 19 əcnəbi tutulub

Ötən ay Azərbaycan sərhədini pozan 19 əcnəbi tutulub

06 Avqust 2026 - 13:18

Dövlət Sərhəd Xidməti tərəfindən 2026-cı ilin iyul ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 26 nəfər saxlanılıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat...

MN rəhbərliyi Hava Hücumundan Müdafiə bölmələrində yeni hərbi obyektlərə baxış keçirib- VİDEO

MN rəhbərliyi Hava Hücumundan Müdafiə bölmələrində yeni hərbi obyektlərə baxış keçirib- VİDEO

05 Avqust 2026 - 11:48

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordumuzun maddi-texniki təminatı daha da gücləndirilir...

Fransada yanğın törədən 400-dən çox şəxs saxlanılıb

Fransada yanğın törədən 400-dən çox şəxs saxlanılıb

04 Avqust 2026 - 23:48

Yayın əvvəlindən Fransada meşə yanğınlarının baş verməsində iştiraka görə şübhəli bilinən 402 nəfər saxlanılıb, onların arasında 156 yetkinlik yaşına çatmayan...

Netanyahu Trampın çağırışına baxmayaraq, Qəzzaya zərbələri dayandırmaqdan imtina edib

Netanyahu Trampın çağırışına baxmayaraq, Qəzzaya zərbələri dayandırmaqdan imtina edib

04 Avqust 2026 - 23:47

İsrail HƏMAS tamamilə ləğv olunana qədər Qəzza zolağındakı mövqelərini tərk etməyəcək. Elchi.az - ın məlumatına görə, bu barədə İsrailin Baş...

Next Post

“Kaspian Konsaltinq“ şirkətinin hüquqşünası özünü deputat elan etdi

“Kaspian Konsaltinq“ şirkətinin hüquqşünası özünü deputat elan etdi

Son xəbərlər

“Real Madrid” 125 milyon avroluq Yan Diomande transferini rəsmən açıqlayıb

“Real Madrid” 125 milyon avroluq Yan Diomande transferini rəsmən açıqlayıb

06 Avqust 2026 - 18:58
Hərbi əməliyyatların davam etdiyi ərazilərdə işləməyin! – Rəsmi Bakı

Azərbaycan XİN Yamaykanı təbrik etdi

06 Avqust 2026 - 18:50
Azərbaycan Venesuelaya başsağlığı verdi

Azərbaycan XİN Boliviyanı Müstəqillik Günü münasibətilə təbrik etdi

06 Avqust 2026 - 18:41
Kongo Demokratik Respublikasında Ebola riskinə görə gəmi saxlanılıb

Kongo Demokratik Respublikasında Ebola riskinə görə gəmi saxlanılıb

06 Avqust 2026 - 18:29
“Qalatasaray” Leaoya görə “Milan”a yeni təklif hazırlayır

“Qalatasaray” Leaoya görə “Milan”a yeni təklif hazırlayır

06 Avqust 2026 - 18:17
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Dünya Qızıl Şurası qızılın iyul qiymətini açıqladı

06 Avqust 2026 - 18:10
Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

06 Avqust 2026 - 17:59
Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi — EKSKLÜZİV

Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi — EKSKLÜZİV

06 Avqust 2026 - 17:57
Neft Fondunun korporativ istiqrazları azalıb

Neft Fondunun korporativ istiqrazları azalıb

06 Avqust 2026 - 17:47
“Trabzonspor” Salahın maaşını açıqladı

“Trabzonspor” Salahın maaşını açıqladı

06 Avqust 2026 - 17:35
“Bayden kimi yıxılmasını istəmirəm”: Trampdan Las-Veqasda növbəti zarafat

“Bayden kimi yıxılmasını istəmirəm”: Trampdan Las-Veqasda növbəti zarafat

06 Avqust 2026 - 17:26
Azərbaycan və Keniya parlamentləri arasında dialoqun inkişafı müzakirə edildi

Azərbaycan və Keniya parlamentləri arasında dialoqun inkişafı müzakirə edildi

06 Avqust 2026 - 17:20
Pakistanda keçmiş baş nazirin 100-dən çox tərəfdarı həbs edilib

Pakistanda keçmiş baş nazirin 100-dən çox tərəfdarı həbs edilib

06 Avqust 2026 - 17:11
Bu il dövlət büdcəsinə 11,5 mlrd. manata yaxın vergi daxil olub

Bu il dövlət büdcəsinə 11,5 mlrd. manata yaxın vergi daxil olub

06 Avqust 2026 - 16:59
Küveyt ölkədəki yeganə İran məktəbini bağlayıb

Küveyt ölkədəki yeganə İran məktəbini bağlayıb

06 Avqust 2026 - 16:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.