"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Əliyev və Japarov Ağdamın Xıdırlı kəndində…

03 İyul 2025 - 18:02
in CƏMİYYƏT

İlham Əliyev və Sadır Japarov

FacebookVatsap

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak ediblər.
 Elchi.az xəbər verir ki, Xıdırlı kəndi Ağdam şəhərinin şimal-qərbində, rayon mərkəzindən 3 kilometr məsafədə yerləşir. 2022-ci ilin oktyabrında kəndin təməlqoyma mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Kəndin layihələndirilən ərazisinin sahəsi 417 hektardan çoxdur. Buraya 1-ci və 2-ci mərhələ üzrə 6 minə yaxın əhalinin köçürülməsi,1498 fərdi evin inşası nəzərdə tutulur.
Birinci mərhələ üzrə layihələndirilən ərazinin sahəsi 170.44 hektardır. Bu mərhələdə kəndə 719 ailənin, ümumilikdə 2951 nəfərin köçürülməsi planlaşdırılır. Birinci mərhələdə kənddə 719 fərdi evin inşası həyata keçirilib ki, onlardan da 263-ü iki, 332-si üç, 121-i dörd, 3-ü isə beş otaqlıdır.
Bundan başqa, kənddə zəruri müasir sosial infrastruktur, o cümlədən inzibati və xidmət binaları tikilib. Burada çoxfunksiyalı inzibati binanın, klub-icma mərkəzinin, tibb məntəqəsinin, təcili tibbi yardım bölməsinin, təhsil və səhiyyə işçilərinin müvəqqəti yaşayışı üçün qonaq evinin, məişət xidməti obyektinin, emalatxananın, tam orta məktəbin, körpələr evi-uşaq bağçasının inşası həyata keçirilib. Kəndin ərazisinin təxminən 20 faizi yaşıllıqlardan ibarətdir.
Prezidentlər İlham Əliyev və Sadır Japarov Xıdırlı kəndi körpələr evi-uşaq bağçasının binasında yaradılan şəraitlə tanış oldular. Kənddə məskunlaşacaq əhali üçün tələbata uyğun inşa olunan körpələr evi-uşaq bağçası 120 yerlikdir. Binada qrup otaqları, musiqi otağı, idman zalları balacaların ixtiyarına veriləcək. Burada uşaqların özlərini rahat və qayğısız hiss etmələri, onların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün zəruri şərait mövcuddur. Uşaq bağçasının ətrafında yaşıllıq zolaqları salınıb, idman və oyun meydançaları, söhbətgahlar yaradılıb. Binanın damında Günəş panelləri quraşdırılıb.
Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndindəki klub-icma mərkəzində oldular. Dövlət başçıları burada yaradılan şəraitə baxdılar. Binada 190 yerlik akt zalı, bufet, rəqs məşqləri, dərnək otaqları və digər inzibati otaqlar yaradılıb. Klub-icma mərkəzində Xıdırlı kəndi ilə bağlı müxtəlif sosial və mədəni tədbirlərin, habelə el şənliklərinin və digər mərasimlərin keçirilməsi üçün hərtərəfli şərait var.
Azərbaycanın və Qırğızıstanın dövlət başçıları Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində də oldular.
Əvvəlcə prezidentlər məktəbin həyətində quraşdırılan yurtaya baxdılar. Səyyar yaşayış yeri kimi asanlıqla qurulub-sökülən yurta köçəri həyat tərzi üçün nəzərdə tutulur. Hazırda Mərkəzi Asiyada turizm istiqaməti kimi bir çox türk xalqları yurta turizmini inkişaf etdirirlər.
Sonra dövlət başçıları məktəbdə yaradılan şəraitlə tanış oldular.
Qeyd edək ki, 528 şagird yerlik tam orta məktəbin təməli 2024-cü ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən qoyulub. Məktəbin binası 5 blokdan, o cümlədən idman zalı blokundan ibarətdir. Ərazisi 2,7 hektar olan məktəb binasında 21 sinif, 2 məktəbəqədər hazırlıq, 2 informatika, 2 texnologiya, 1 hərbi hazırlıq otaqları, 3 laboratoriya, kitabxana, idman və akt zalları, yeməkxana və digər sahələr yaradılıb. Təhsil müəssisəsinin maddi-texniki bazası şagirdlərə biliklərə yüksək səviyyədə yiyələnmək üçün hərtərəfli şərait yaradır. Məktəbin ərazisində həm şagirdlərə, həm də əhaliyə xidmət göstərəcək qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri inşa edilib.
Sonra Prezidentlər İlham Əliyev və Sadır Japarov yeni mənzillərə köçən sakinlərlə görüşdülər və onlara evlərin açarlarını təqdim etdilər.

Bunu da oxuyun

“Koroğlu” metrosunun qarşısındakı küçə bu tarixlərdə tam bağlanır

İqlim dəyişmələri eyni ərazidə fərqli temperatur dəyişikliklərinə səbəb olur – tədqiqat

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişib

 

Previous Post

Rusiya Baş Prokurorluğundan Azərbaycan açıqlaması

Next Post

Bakıda yanğın: sakinlər təxliyə edildi

Bənzər yazılar

“Koroğlu” metrosunun qarşısındakı küçə bu tarixlərdə tam bağlanır

“Koroğlu” metrosunun qarşısındakı küçə bu tarixlərdə tam bağlanır

21 Oktyabr 2026 - 17:59

Bakının Sabunçu rayonu, Bəşir Bünyadov küçəsinin Koroğlu metrostansiyasından (Piramida tərəf) Heydər Əliyev prospektinədək olan hissəsində və Bakıxanov qəsəbəsi istiqamətində təmir...

İqlim dəyişmələri eyni ərazidə fərqli temperatur dəyişikliklərinə səbəb olur – tədqiqat

İqlim dəyişmələri eyni ərazidə fərqli temperatur dəyişikliklərinə səbəb olur – tədqiqat

21 Oktyabr 2026 - 17:37

İqlim dəyişmələri eyni ərazidə yerləşən meşələrə, açıq sahələrə və təpəliklərə fərqli təsir göstərə bilər. Bitki örtüyü, buludluluq, torpağın nəmliyi və...

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişib

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişib

21 Oktyabr 2026 - 16:27

Prezident İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli Fərmanına uyğun olaraq, İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən şəxsi yığımları...

Azərbaycana qripə qarşı vaksinlər gətirilib

Azərbaycana qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 - 15:08

Payız-qış aylarında havaların soyuması ilə əlaqədar kəskin respirator virus infeksiyalarının, o cümlədən mövsümi qripin yayılma riskinin artması müşahidə olunur. Əhali...

Next Post

Bakıda yanğın: sakinlər təxliyə edildi

Danimarkanın baş naziri: Biz Avropanı yenidən silahlandırmalıyıq

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Koroğlu” metrosunun qarşısındakı küçə bu tarixlərdə tam bağlanır

“Koroğlu” metrosunun qarşısındakı küçə bu tarixlərdə tam bağlanır

21 Oktyabr 2026 - 17:59
“Barselona”nın müdafiəçisi Çempionlar Liqasında tarixə düşdü

“Barselona”nın müdafiəçisi Çempionlar Liqasında tarixə düşdü

21 Oktyabr 2026 - 17:45
İqlim dəyişmələri eyni ərazidə fərqli temperatur dəyişikliklərinə səbəb olur – tədqiqat

İqlim dəyişmələri eyni ərazidə fərqli temperatur dəyişikliklərinə səbəb olur – tədqiqat

21 Oktyabr 2026 - 17:37
Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub

Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub

21 Oktyabr 2026 - 17:25
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb

21 Oktyabr 2026 - 17:23
İğtişaşlara görə Milana 500 hərbçi yönəldilib

İğtişaşlara görə Milana 500 hərbçi yönəldilib

21 Oktyabr 2026 - 17:15
İlham Əliyev Azərbaycan-Qırğız İnkişaf Fonduna dair sazişi təsdiqlədi

İlham Əliyev Azərbaycan-Qırğız İnkişaf Fonduna dair sazişi təsdiqlədi

21 Oktyabr 2026 - 17:05
Rəqəmsal qızıla potensial tələb 700 mlrd. dollara çata bilər

Rəqəmsal qızıla potensial tələb 700 mlrd. dollara çata bilər

21 Oktyabr 2026 - 17:03
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri həyata keçirilib

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri həyata keçirilib

21 Oktyabr 2026 - 16:55
Ukrayna Milli Bankının rəhbəri istefa verib

Ukrayna Milli Bankının rəhbəri istefa verib

21 Oktyabr 2026 - 16:48
Azərbaycanda mis konsentratı istehsalı 5 dəfədən çox artıb

Azərbaycanda mis konsentratı istehsalı 5 dəfədən çox artıb

21 Oktyabr 2026 - 16:35
Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişib

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişib

21 Oktyabr 2026 - 16:27
“Borussiya” “Sabah”la oyundan sonra “Qarabağ”ın stadionunda məşq etdi

“Borussiya” “Sabah”la oyundan sonra “Qarabağ”ın stadionunda məşq etdi

21 Oktyabr 2026 - 16:20
Ermənistan “Tramp marşrutu” üzrə razılaşmanı təsdiqlədi

Ermənistan “Tramp marşrutu” üzrə razılaşmanı təsdiqlədi

21 Oktyabr 2026 - 16:12
Tramp sanksiyaların tətbiqinin Habbardın azad edilməsinə mane olacağını bildirib

Tramp sanksiyaların tətbiqinin Habbardın azad edilməsinə mane olacağını bildirib

21 Oktyabr 2026 - 16:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.