Baş nazir Əli Əsədov oktyabrın 22-23-də Tbilisidə keçiriləcək V İpək Yolu Forumunda iştirak edəcək.
Elchi.az xəbər verir ki, bu barədə beynəlxalq tədbirin rəsmi saytında bildirilib.
Hökumət başçısı forumun əsas spikerlərindən biri olacaq.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin himayəsi altında təşkil olunacaq foruma Ermənistanın Baş naziri Nikol Paşinyan da qatılacaq.
Azərbaycanı tədbirdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev də təmsil edəcək.






















Ayə Əli Əsədov gedir Gürcüstana, yəni İpək Yolu forumuna. Necə gözəldi, baş spiker olacaq. Bu sdov məsələləri də yaxşıdı, yəni bu yoldu-zadı gərək düzgün gedə. Hamı gedir, hamı iştirak eliyir, nə gözəldi.
Əli Əsədovun Gürcüstana getməyi çox yaxşıdır. İpək Yolu forumu əhəmiyyətli tədbirdir. Ümid edirəm ki, bu səfər ölkəmiz üçün faydalı olar.
Çox yaxşı xəbərdi ki, Baş nazir Əli Əsədov V İpək Yolu Forumunda iştirak edəcək. Belə böyük tədbirlərdə bizim ölkəmizi təmsil etməsi sevindirici haldı. Forumun əsas spikerlərindən biri olması da Azərbaycan üçün böyük uğurdur. Bu cür səfərlər ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmlənməsinə xidmət edir.
Əli Əsədovun Gürcüstana səfəri çox sevindirici xəbərdir. İpək Yolu Forumunda iştirakı Azərbaycan üçün böyük önəm daşıyır. Ümid edirəm ki, bu səfər iki ölkə arasındakı əlaqələri daha da gücləndirəcək. Belə tədbirlər bölgəmizin inkişafına xidmət edir.
Əli Əsədovun İpək Yolu Forumunda çıxış edəcəyi xəbəri superdir! Görəsən sdov haqqında nələrdən danışacaq? Məncə bu forum Azərbaycana çox şey qazandıracaq. Nikol Paşinyanın da orada olacaq olması maraqlıdı, bəlkə bir-birləriylə salamlaşarlar. 🙂