"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Banner

Eldar Sabiroğlu Rüstəm İbrahimbəyovu “ermənilərin qəhrəmanı” adlandırdı

22 İyun 2015 - 14:25
in Banner, MÖVQE
FacebookVatsap

ffffff-300x292Rüstəm İbrahimbəyov müsbət erməni obrazını canlandırmağı özü üçün qəhrəmanlıq nümunəsi kimi qəbul edir

Bunu da oxuyun

Cənubi Koreya Ukraynadan bəzi diplomatlarını geri çağırır

Rubio Trampın “cəhənnəm sanksiyalarını” dayandırmasının səbəbini açıqladı

İran: Netanyahu həbsdən qaçmaq üçün ABŞ-ı müharibəyə sürükləyir

Rüstəm İbrahimbəyovun «Nyu-York tayms» qəzetinə verdiyi son müsahibə sabiq millət vəkili Eldar SABİROĞLU tərəfindən kəskin qarşılanıb. Rüstəm İbrahimbəyovu ciddi tənqid atəşinə tutan E. Sabiroğlu bu barədəAİM.Az-ın sullarını cavablandırarkən ilk növbədə ziyalı məsələsinə aydınlıq gətirib:

“Ziyalı millətin güzgüsüdür, onun simasında millətin mədəniyyəti, tarixi keçmişi və gələcəyi, bəşər məkanında yeri və əhəmiyyəti tanınır və hörmətlə yad edilir. Ziyalısız millət susuz səhradır. Orada heç nə bitməz.

Böyük ziyalının dəyəri və qiyməti hər şeydən əvvəl mənsub olduğu millətə bağlılığı ilə ölçülür. O, millətin dərdlərini, əzablarını çəkinmədən deməyi bacarmalı və bunları gələcək nəsillər üçün öz yaradıcılığı vasitəsilə tarixə əmanət etməlidir.

Təəssüf ki, bir sıra hallarda insanı üzən, onun qol-qanadını sındıran elə hadisə və münasibətlə rastlaşırsan ki, sadəcə buna ad tapa bilmirsən. Bəli, ad tapa bilmirsən!..”

Rüstəm İbrahimbəyovu necə azərbaycanlı ziyalı hesab edim!

Daha sonra kəskin tərəddüd içində olduğunu bildirən müsahibimiz Rüstəm İbrahimbəyovun azərbaycanlıya yaraşmayan müsahibəsini əsl təxribat adlandırıb:

“İndi mən bu tərəddüdün içərisindəyəm. Özünü böyük ziyalı adlandıran Rüstəm İbrahimbəyovun «Nyu-York tayms» nəşrinə verdiyi müsahibəni oxuyarkən çox mütəəssir oldum. İndi bu cür soydaşımıza, qələm sahibinə nə deyəsən! Mən onu necə azərbaycanlı ziyalı hesab edim ki, həmin nəşrdəki müsahibəsində Azərbaycanı yerdən-yerə vurur, ermənilər haqqında isə məhəbbətlə söz açır. Bir sözlə, müsbət erməni obrazını canlandırmağı özü üçün qəhrəmanlıq nümunəsi kimi qəbul edir. Rüstəm İbrahimbəyov qeyd edir ki, ermənilər bizim düşmənimiz deyil. Haçansa onlarla barışacağıq.”

Rüstəm İbrahimbəyovdan fərqli olaraq erməni ziyalıları öz milli təəssübkeşliyini heç bir halda nəyəsə güzəştə getməyib

E.Sabiroğlu məlum müsahibəyə müqayisəli şəkildə yanaşaraq erməni ziyalıları ilə Azərbaycan ziyalıları arasındakı fərqə də toxunub və öz haqlı iradlarını bildirib:

“Bağışlasın Rüstəm müəllim məni, yaşı və təcrübəsi məndən çox olsa da, ermənini mənim kimi tanıya bilməz. Otuz bir il onların içində yaşayan bir azərbaycanlı kimi ermənilərin hansı xislət sahibi olduğunun və azərbaycanlıya, ümumiyyətlə, Türkə qarşı düşmən münasibətinin canlı şahidiyəm. Hələ də anlamaq olmur ki, bu adamı ermənilərə bağlayan nədir!? Onlardan hansı yaxşılıqları görüb ki, ayrıla bilmir. Söz tapa bilmirəm ona nəsə deməyə. Rüstəm İbrahimbəyovdan fərqli olaraq erməni ziyalıları öz milli təəssübkeşliyini heç bir halda nəyəsə güzəştə getməyib. Onlar bizim kinodramaturqumuzdan fərqli olaraq Azərbaycanın müxtəlif ərazilərilə əlaqədar filmlər çəkir, bu torpaqların tarixi erməni torpaqları olmaları barədə mənfur iddialarını bütün dünyaya yayırlar. Rüstəm İbrahimbəyov bir nümunə ortaya qoya bilərmi ki, tarixi yurdumuz olan Qərbi Azərbaycan barədə hansısa bir söz deyib, hələ filmi bir kənara qalsın.”

Moskva mühitində böyüyüb boya-başa çatan erməni ziyalıları bir an da olsun erməni təfəkküründən uzaqlaşmır, amma bizimkilər millətimizin problemlərini dilə gətirməkdən sanki çəkinirlər

E.Sabiroğlu tarixi faktları önə çəkərək ziyalılarımızın durğunluğundan narahat olduğunu ayrıca dilə gətirib:

“Ona xatırlatmaq istərdim ki, keçən əsrdə azərbaycanlılar dörd dəfə faciəli şəkildə öz tarixi və qədim yurdlarından deportasiya olunmuşlar. Moskva mühiti Rüstəm İbrahimbəyovun simasında bizim ziyalılarımızı sözün əsl mənasında “beynəlmiləlləşdirib.” İndi deyəcəyim bir fikir ola bilsin ictimaiyyətdə qıcıq yaratsın, ancaq yenə deyəcəyəm: səbəb nədir ki, Moskva mühitində böyüyüb boya-başa çatan erməni ziyalıları bir an da olsun erməni təfəkküründən uzaqlaşmır. Məqam gəldikdə qorxadan, çəkinmədən öz millətinin mənafeyini müdafiə edir, amma bizimkilər millətimizin problemlərini dilə gətirməkdən sanki çəkinirlər.

İndiyədək dünyaca məşhur olan böyük və təkrarsız müğənnimiz Müslüm Moqamayevin, görkəmli fırça ustamız Tahir Salahovun, dünyasını Fransada dəyişən Toğrul Nərimanbəyovun, sovet kosmonavtikasının banilərindən olan Kərim Kərimovun, eləcə də onlarla digər ziyalılarımızın və yaradıcı ictimai xadimlərimizin dilindən bir dəfə də olsun Azərbaycan torpaqlarını işğal edən Ermənistanı ifşa edəcək hər hansı kəlməyə rast gəlmədik

Hazırda ən böyük problemimiz Ermənistan – Azərbaycan, Dağlıq Qarabağdır. İndiyədək dünyaca məşhur olan böyük və təkrarsız müğənnimiz Müslüm Moqamayevin, görkəmli fırça ustamız Tahir Salahovun, dünyasını Fransada dəyişən Toğrul Nərimanbəyovun, sovet kosmonavtikasının banilərindən olan Kərim Kərimovun, eləcə də onlarla digər ziyalılarımızın və yaradıcı ictimai xadimlərimizin dilindən bir dəfə də olsun Azərbaycan torpaqlarını işğal edən Ermənistanı ifşa edəcək hər hansı kəlməyə rast gəlmədik. Yoxdu belə şey. Onlar kosmopolitdirlər.
Digər bir kocmopolit alimimiz dünyaca məşhur, düşüncə və bilik sahibimiz Lütfi Zadəni götürək. Səsini çıxarmasını qoyaq bir kənara. O açıqdan-açığa Dağlıq Qarabağ konflikti barədə danışmağı özünə rəva görmür. Əksinə, Amerikada və digər xarici ölkələrdə yaşayan erməni ziyalıları isə Lütfi Zadə, Rüstəm İbrahimbəyov kimilərdən fərqli olaraq öz millətinin tarixinin təbliği ilə, Azərbaycana qarşı böhtan-şər kampaniyası aparmaqla məşğuldurlar.

Rüstəm İbrahimbəyovdan soruşmaq istəyirəm ki, elə onun öz doğma məmləkəti olan Şamaxıda, Göyçayda, Qubada, Naxçıvanda, 1918-ci ilin martında isə Bakıda 30 min azərbaycanlını qıran görəsən hansı millət olub!

Müsahibimiz danılmaz tarixi faktları önə çəkməklə daha sonra Rüstəm İbrahimbəyovun yaddaşını təzələməyə çalışıb:

“Rüstəm İbrahimbəyov müsahibəsində erməniləri özünə düşmən hesab etmədiyini bildirir. Desəm ki, tarixi məndən az bilir, bu düzgün olmazdı. Ancaq bu cür qələm sahibindən, yaradıcı adamdan soruşmaq istəyirəm ki, elə onun öz doğma məmləkəti olan Şamaxıda, Göyçayda, Qubada, Naxçıvanda, 1918-ci ilin martında isə Bakıda 30 min azərbaycanlını qıran görəsən hansı millət olub! Bəlkə Rüstəm İbrahimbəyov bu faciələri törədən və alçaqcasına azərbaycanlılara divan tutanların ermənilərin olmadığı qənaətindədir. Yazıqlar olsun. Birdəfə yox, yüz dəfə!!!
Mənə kim nə deyir desin, o müsahibədən sonra Rüstəm İbrahimbəyovu ziyalı hesab edə bilmərəm. İndi Ermənistanda Azərbaycan ziyalılarından iki nəfəri çox sevilir. Onun biri Rüstəm, digəri isə Əkrəmdir…”

E.Sabiroğlu sonda maraqlı bir məqama da toxunaraq şəxsən onun özü üçün sirr kimi qalan bir məsələni də önə çəkib:

“Mənə qəribə gələn odur ki, azərbaycanlı qadını erməniyə ərə gedəndə, ermənini azərbaycanlılaşdıra bilmir, amma erməni azərbaycanlıya ərə gedəndə  azərbaycanlını erməniləşdirir. Bax bunun sirrini tapa bilmirəm…”

Orxan,

AİM.Az

Previous Post

Eldar Sabiroğlu Rüstəm İbrahimbəyovu “ermənilərin qəhrəmanı” adlandırdı

Next Post

“Şahdəniz-2” layihəsi çərçivəsində 360 mln. dollarlıq iki müqavilə imzalanıb

Bənzər yazılar

Cənubi Koreya Ukraynadan bəzi diplomatlarını geri çağırır

Cənubi Koreya Ukraynadan bəzi diplomatlarını geri çağırır

20 Oktyabr 2026 - 11:12

Cənubi Koreya səfirlik heyətinin bir hissəsini Ukraynadan geri çağırmağa hazırlaşır. Elchi.az xəbər verir ki, Cənubi Koreya Xarici İşlər Nazirliyi səfirlik əməkdaşlarının...

Rubio Trampın “cəhənnəm sanksiyalarını” dayandırmasının səbəbini açıqladı

Rubio Trampın “cəhənnəm sanksiyalarını” dayandırmasının səbəbini açıqladı

19 Oktyabr 2026 - 10:56

Rubio: Tramp danışıqlara şans vermək üçün Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini müvəqqəti dayandırıb. Elchi.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp,...

İran: Netanyahu həbsdən qaçmaq üçün ABŞ-ı müharibəyə sürükləyir

İran: Netanyahu həbsdən qaçmaq üçün ABŞ-ı müharibəyə sürükləyir

19 Oktyabr 2026 - 10:44

İranın xarici işlər naziri Abbas Araqçı İsrailin baş naziri Benyamin Netanyahunu həbsxanaya düşməkdən qaçmaq məqsədilə ABŞ-ı İranla növbəti müharibəyə sürükləməkdə...

Trampın Zelenskiyə reaksiyası: Putinlə işləmək daha asandır

Trampın Zelenskiyə reaksiyası: Putinlə işləmək daha asandır

16 Oktyabr 2026 - 10:13

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskini sərt tənqid edərək, Ukraynanın Rusiya neft emalı zavodlarına hücumları bərpa etməsini...

Next Post

"Şahdəniz-2" layihəsi çərçivəsində 360 mln. dollarlıq iki müqavilə imzalanıb

"Şahdəniz-2" layihəsi çərçivəsində 360 mln. dollarlıq iki müqavilə imzalanıb

Son xəbərlər

Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

20 Oktyabr 2026 - 21:51
Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb

Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 21:49
Sabah Hökməli–Qobu–Güzdək avtomobil yolunda hərəkət tam məhdudlaşdırılacaq

Sabah Hökməli–Qobu–Güzdək avtomobil yolunda hərəkət tam məhdudlaşdırılacaq

20 Oktyabr 2026 - 21:47
Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır

Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır

20 Oktyabr 2026 - 21:39
Osloda Zelenski və Uitkoffun görüşü başlayıb

Osloda Zelenski və Uitkoffun görüşü başlayıb

20 Oktyabr 2026 - 20:06
SEPAH: Hörmüz boğazında neft tankeri yanıb

SEPAH: Hörmüz boğazında neft tankeri yanıb

20 Oktyabr 2026 - 20:00
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

20 Oktyabr 2026 - 19:59
“Qarabağ” və “Neftçi” cərimə edildi

“Qarabağ” və “Neftçi” cərimə edildi

20 Oktyabr 2026 - 19:26
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

20 Oktyabr 2026 - 19:05
Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

20 Oktyabr 2026 - 18:46
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

20 Oktyabr 2026 - 18:34
Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

20 Oktyabr 2026 - 18:21
Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

20 Oktyabr 2026 - 18:14
“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

20 Oktyabr 2026 - 17:59
Sumqayıtda Energetiklər Günü qeyd olundu – FOTO

Sumqayıtda Energetiklər Günü qeyd olundu – FOTO

20 Oktyabr 2026 - 17:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.