"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Elçibəy hakimiyyəti zamanı…”

31 Mart 2026 - 10:21
in MANŞET
FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Xalqcəbhəsi.az müsahibəni təqdim edir:

Bunu da oxuyun

Mark Rütte: “Müttəfiqlər Kiyevə lazımi dəstəyi və zəmanəti verəcək”

Mertsin partiya qərargahına hücum edilib

“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

– Qüdrət bəy, bayram günləri güclü yağışın nəticəsi olaraq, şəhərin bəlli ərazilərini növbəti dəfə su basdı. Hər dəfə insanlar bundan ciddi əziyyət çəkirlər. Vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

– Bu məsələ mən və digər həmkarlarım tərəfindən parlamentdə dəfələrlə qaldırılıb və çıxış yolları təklif olunub. Bunun üçün dövlət idarəetmə sistemində ifrat mərkəzləşməyə son qoyulmalı, yerli dövlət hakimiyyəti orqanlarının səlahiyyəti artırılmalıdır. Bunlar edilərsə sizi əmin edirəm ki, problemi qısa bir müddətdə köklü şəkildə həll etmək olar, mərkəzi icra hakimiyyəti orqanları tərəfindən milyardlıq iri layihələrin həyata keçirilməsinə ehtiyac yaranmaz. Çox təəssüf ki, islahatların gecikdirilməsi səbəbindən xalqımız əziyyət çəkir.

– Qüdrət bəy, Pakistanın və bir neçə müsəlman dövlətinin sülh təşəbbüsü ABŞ ilə İran arasında müharibəyə son qoya bilərmi?

– Hələlik belə bir ehtimal az olsa da, çox istərdim ki, bu baş versin. Pezeşkian prezident seçiləndə davamlı olaraq deyirdim ki, o, İranda proseslərin dinc yolla inkişafı üçün bəlkə də son şansdır. Dini lider onu müdafiə etməli və islahatlar həyata keçirməsinə kömək etməlidir. Çox təəssüf ki, bu şans qaçırıldı. Vəziyyəti düzgün qiymətləndirə bilmədilər və Pezeşkiana belə bir imkan yaradılmadı. Hazırda İran dağılma təhlükəsi ilə üz-üzədir. Heç olmasa indi Pezeşkiana ABŞ ilə anlaşmağa və islahatlar aparıb normal dövlət qurmağa imkan verilməlidir.

– Tramp bəyan edib ki, o İranın neft sənayesinə nəzarət etmək istəyir. Bu açıqlamanı necə qarşıladınız?

– Dünyada beynəlxalq hüquq normalarına əhəmiyyət verməyən, terrorizmi dəstəkləyən, kiçik dövlətlərə təcavüz edən, onları qorxu altında saxlayan “rogue state” – “xuliqan dövlətlər”ə qarşı cəsarətli davrana bilən demokratik liderə ehtiyac yaranmışdı. Yalnız ABŞ lideri bu missiyanı yerinə yetirə bilərdi. Tramp müəyyən cəsarətə sahib olsa da, tez-tez fikrini dəyişən, impulsiv siyasətçidir. Onun Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı bir müddət əvvəl necə tərifləməsinə, indi isə narazı qaldığı üçün necə ağır təhqir etməsinə bütün dünya şahidlik etdi. Tramp özü də qanunların aliliyinə, demokratik dəyərlərə çox da əhəmiyyət vermir, güclülərə pərəstiş edir. Yəqin, inanır ki, İranda demokratik dövlət qurmaq mümkünsüzdür. Ona bu heç lazım da deyil. Bir nəfəri idarə etmək daha asandır. Ola bilsin neft pullarını hakim zümrə talamasın deyə belə təşəbbüslə çıxış edib. ABŞ neft pullarını İranın silahlanmasına, xaricdə proksi silahlı qüvələr saxlamasına yox ,sadə insanlar üçün daha səmərəli xərcləyə bilər.

– ABŞ müharibədən çıxmaq üçün İranın şərtlərini qəbul edə bilərmi?

– Bu mümkünsüzdür. Çünki bu, dərhal Epişteyn məsələnin yenidən gündəmi zəbt edəcəyinə və Trampa impiçment elan olunmasına yol açacaq və 3 noyabrda Respublikaçıların aralıq seçkiləri birmənalı uduzması ilə nəticələnəcək. Baydeni Əfqanıstandan “dovşan” qaçışında ittiham edən Tramp eyni addımı atmayacaq.

– Bu günlərdə Uitkof İlham Əliyevi güclü lider kimi nümunə göstərmişdi, ABŞ-Azərbaycan münasibətlərini necə qiymətləndirirsiniz?

– Tramp administrasiyası İlham Əliyevə güclü lider kimi rəğbətlə yanaşır, bu çox yaxşı haldır. Amma çox təəssüf ki, ABŞ-nin sabit xarici siyasəti yoxdur. Orada bir-birini əvəz edən administrasiyalar arasında düşmənçilik var, siyasi sistem parçalanıb, cəmiyyət qütbləşib. Ona görə iqtidarı həmişə çağırıram ki, ABŞ ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurulsun, əməkdaşlıq edilsin, amma istənilən administrasiya ilə müəyyən məsafə saxlanılsın. Heç bir ABŞ administrasiyası ilə nə dost olmalıyıq, nə də düşmən.

– Gözləntilərin əksinə olaraq TRİP layihəsinin (Zəngəzur dəhlizinin) həyata keçirilməsi istiqamətində real addımlar atılmır…

– ABŞ Rusiyanın və İranın narazılığını nəzərə alır və Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələrini gözləyir. Tramp Zelenski kimi Sorosun adamı olan Paşinyanı da çox sevmir. Türkiyə ilə Azərbaycanın dəmiryol xətti ilə birləşməsi və s. digər çoxsaylı faktorlar da işlərin sürətləndirilməsinə mane olur. Azərbaycan regional müstəvidə Türkiyə və Rusiyanın iştirakı və köməyi ilə Naxçıvana yolun açılmasını sürətləndirməyə və yekun sülh sazişini imzalamağa çalışmalıdır.

– Ermənistanda seçkilərin nəticəsini necə proqnozlaşdırırsınız?

– Paşinyanın şansı çoxdur. Amma rusiyayönümlü qüvvələrin də hakimiyyətə gəlmək imkanı yox deyil. Bu seçkilər Paşinyanın dediyi kimi, Ermənistanda sülhlə müharibə arasında seçim olacaq. Azərbaycan erməni xalqına açıq çağırış etməlidir ki, Xocalı qatillərinin, sülh müqaviləsinə yenidən baxmaq istəyən revanşistlərin hakimiyyətə gəlməsi bizim üçün qəbul edilməzdir və bunun ağır nəticələri olacaq. Revanşistlər hakimiyyətə gələrsə, baş verə biləcək təxribatların qarşısını almaq üçün, seçki ərəfəsində Ermənistanla sərhəd boyunca bütün qoşun növlərinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlər keçirilməlidir. Seçkilərdə revanşistlər qalib gələrsə və atəşkəs pozularsa Azərbaycan Zəngəzur dəhlizinin keçdiyi ərazini nəzarətə götürməli, Naxçıvana yol açıldıqdan sonra əvvəlki razılaşmalara uyğun olaraq həmin ərazini Rusiyanın və ya ABŞ-nin nəzarətinə verməlidir.

– Dövlət idarə, müəssiə və təşkilatlarında aparılan ixtisarlara münasibətinizi də bilmək istərdik…

– Azərbaycanda bürokratik aparatın siyasi qərarlar qəbul edən müstəqil siyasi gücə çevrilməsi ölkəmizə yaxşı heç nə vəd etmir və vəziyyəti dəyişmək lazımdır. Şişmiş bürokratik aparat inkaşıfımız, xüsusilə siyasi sistemin, dövlət idarəetməsinin təkmilləşdirilməsi qarşısında ən böyük maneələrdən biridir. Amma maliyyələşmə formasından asılı olmayaraq dövlət idarə, müəssiə və təşkilatlarında ixtisarlar özəl sektorun inkişafı üçün əlverişli şəraitin yaradılması ilə paralel aparılmalıdır ki, ixtisara salınan şəxslər özəl sektorda iş tapa bilsin, yaxud özlərinin kiçik bizneslərini qura bilsinlər. İxtisar olunanların bir qismi yaşlanıb, o yaşda harda özlərinə iş tapacqlar, banklara kredit borcları var, ailələri var. Onları taleyin ümidinə buraxmaq olmaz. Azərbaycan Respublikasının Konstitusiyasının 12 -ci maddəsinə görə dövlətin ali məqsədi vətəndaşlarının layiqli həyat səviyyəsini təmin etmək, 15-ci maddəsinə görə bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına yardım göstərmək, 35-ci maddəsinə görə işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə etmək olmalıdır. İqtisadi sferada, qarşılıqlı nəzarəti təmin etmək üçün dövlət idarəetməsində və məhkəmə hüquq sistemində ciddi islahatlar aparıb biznes mühitini yaxşılaşdırmadan böyük ixtisarlara gedilməsi gözlənilən müsbət nəticələri verməyəcək. Dövlət orqanları ilə kommersiya subyektləri arasında yaranan mübahisələrə və kommersiya subyektləri təfəindən törədilən iqtisadi xarakterli cinayət işlərinə də kommersiya məhkəmlərində baxılmalı və ən azından ilkin mərhələdə kommersiya məhkəmələrində andlı iclasçılar insitutu tətbiq olunmalıdır. İqtisadi inkişaf tempinin bu qədər aşağı olduğu bir dönəmdə, əslində durğunluq zamanı kütləvi ixtisarlar böyük sosial sarsıntılara yol aça bilər. Beynəlxalq təcrübə göstərir ki, texnokratların siyasi həssaslığı, intiusiyası bir qayda olaraq çox aşağı olur, onlar xalqı duymur, sosial və siyasi prosesləri tam dərk etmirlər. Bizdə hökumət əsasən siyasətçilərdən yox, bitərəflərdən formalaşdırılıb. Ona görə də hökumət üzvləri onlara ünvanlanan tənqidlərə belə əsaslandırılmış cavab vermir, düşünürlər ki, bu, iqtidaryönlü deputatların və jurnalistlərin işidir. Onlar özlərini texnokrat adlandırsalar da, sözün doğrusu bilmirəm, onlara texnokrat demək olar, ya-yox. Texnokrat – maliyyə, iqtisadiyyat, texnologiya sahəsində dərin biliklərə sahib olan şəxslərə deyilir. Bizdə bəzi vəzifəli şəxslərə baxanda adam fikirləşir ki, ali təhsili yox, ali təhsil haqqında diplomu olan istənilən şəxs onların yerini tuta bilər. Düşünmürəm ki, onlar qərarlar qəbul edərkən siyasi kriteriyaları nəzərə alırlar və bəlkə heç onun nə olduğunu da bilmirlər.
İxtisarların bu formada aparılması iqtidarın da maraqlarına cavab vermir. Bir nümunə göstərim, Elçibəy hakimiyyəti zamanı islahatların ardıcıllığı düzgün müəyyən edilmədən, ciddi hazırlıq işləri aparılmadan ali məktəblərə və kolleclərə qəbul test imtahanları əsasında keçirildi. Bunun nəticəsi olaraq, maaşlarının artırılmasına baxmayaraq, on minlərlə müəllim – professor heyətinin həyat səviyyəsi bəlli səbələrdən birdən-birə kəskin pisləşdi. İctimai fikrə təsir etmək gücü olan həmin kontingent, zümrə “qarışqadan fil düzldərək” bir il ərzində AXC hakimiyyətinin nüfuzunu yerlə bir etdi. Gəncədə qiyam başlayanda AXC üzvləri belə bütün çağırışlara rəğmən Administrasiyanın qarşısında təşkil olunan mitinqlərə gəlib iqtidara öz dəstəklərini ifadə etmədi. Əlbəttə, başqa səbəblər də var idi. Ancaq həlledici faktorlardan biri də bu idi. İndi bilə-bilə ki, yüz minlərlə ixtisar olunan, dövlət idarəetməsi barədə bilgilərə sahib, ictimai fikrə təsir imkanı olan ali təhsilli şəxs başqa yerlərdə iş tapa bilməyəcək, bu cür böyük ixtisarlara getmək hər zaman haqlı olaraq öyündüyümüz sabitliyin altına qoyulan bomba olacaq. Onlar pensionerlər deyillər. Hökumət onu da nəzərə almalıdır ki, bu gün iri özəl şirkətlərdə, holdinqlərdə də ixtisarlar aparılır, daha böyük ixtisarlar üçün hazırlıq işləri görülür.
Hökumət səviyyəsində ixtisarlar dayandırılmalı, neftin qiymətini qaldırmaqla Allahın bizə verdiyi növbəti şansdan istifadə edib istifadə edib güclü iqtisadiyyat qurumaq üçün islahatlara başlamalıyıq.

Previous Post

Ağ Evin sözçüsü Leavit: İran razılığa gəlməyə daha çox hazırdır

Next Post

FHN su basmış ərazilərdən 766 nəfəri təxliyə edib – VİDEO

Bənzər yazılar

Mark Rütte: “Müttəfiqlər Kiyevə lazımi dəstəyi və zəmanəti verəcək”

Mark Rütte: “Müttəfiqlər Kiyevə lazımi dəstəyi və zəmanəti verəcək”

24 Sentyabr 2026 - 18:14

NATO müttəfiqləri, o cümlədən ABŞ, münaqişənin tənzimlənəcəyi təqdirdə Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır. Elchi.az xəbər verir ki, bu barədə alyansın...

Mertsin partiya qərargahına hücum edilib

Mertsin partiya qərargahına hücum edilib

24 Sentyabr 2026 - 15:00

Naməlum şəxslər Hessen əyalətinin Offenbax-am-Mayn şəhərində Xristian Demokratik İttifaqının (CDU) qərargahına daş atıblar. Elchi.az xəbər verir ki, bu barədə DPA...

“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

23 Sentyabr 2026 - 17:03

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Meşə yanğınları İndoneziyada kütləvi xəstəliyə səbəb olub

Meşə yanğınları İndoneziyada kütləvi xəstəliyə səbəb olub

23 Sentyabr 2026 - 16:48

Avqust ayından bəri İndoneziyanın meşə və torpaq yanğınlarından zərər çəkmiş ərazilərində 175 000-ə yaxın kəskin tənəffüs yolu infeksiyası halı qeydə...

Next Post
FHN su basmış ərazilərdən 766 nəfəri təxliyə edib – VİDEO

FHN su basmış ərazilərdən 766 nəfəri təxliyə edib - VİDEO

ABŞ mediasından şok iddia: Donald Tramp hazırdır!

ABŞ mediasından şok iddia: Donald Tramp hazırdır!

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

24 Sentyabr 2026 - 21:09
Maka Boçorişvili: Gürcüstan Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə sadiqdir

Maka Boçorişvili: Gürcüstan Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə sadiqdir

24 Sentyabr 2026 - 21:06
ABŞ, Kanada və NATO Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır

ABŞ, Kanada və NATO Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır

24 Sentyabr 2026 - 21:03
Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik

Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik

24 Sentyabr 2026 - 20:58
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri VIII turda heç-heçə ediblər

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri VIII turda heç-heçə ediblər

24 Sentyabr 2026 - 20:04
Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib

Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib

24 Sentyabr 2026 - 20:02
Ermənistan və ABŞ TRIPP layihəsinin icrasını müzakirə edib

Ermənistan və ABŞ TRIPP layihəsinin icrasını müzakirə edib

24 Sentyabr 2026 - 19:59
“Birliyin Gücü – 2026”: Şərti terrorçuların ələ keçirdiyi gəminin və girovların azad edilməsi tapşırığı icra olunub

“Birliyin Gücü – 2026”: Şərti terrorçuların ələ keçirdiyi gəminin və girovların azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 - 19:57
Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur

Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur

24 Sentyabr 2026 - 19:54
Azərbaycan bu ölkə ilə 400 milyonluq layihələrə başladı

Azərbaycan bu ölkə ilə 400 milyonluq layihələrə başladı

24 Sentyabr 2026 - 19:29
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü

Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü

24 Sentyabr 2026 - 19:14
Əfqanıstanda ölümcül qəzadan sonra dörd rusiyalı turist saxlanılıb

Əfqanıstanda ölümcül qəzadan sonra dörd rusiyalı turist saxlanılıb

24 Sentyabr 2026 - 19:03
“Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib – VİDEO

“Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib – VİDEO

24 Sentyabr 2026 - 18:51
Sabirabadda baş verən qəzada ölən və yaralanan var

Sabirabadda baş verən qəzada ölən və yaralanan var

24 Sentyabr 2026 - 18:48
Gürcüstan XİN rəsmisi: Azərbaycan-Ermənistan sülh prosesi regional sabitliyin təminatında mühüm addımdır

Gürcüstan XİN rəsmisi: Azərbaycan-Ermənistan sülh prosesi regional sabitliyin təminatında mühüm addımdır

24 Sentyabr 2026 - 18:39
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.