Təhsil üzrə ekspert Kamran Əsədov bu günlərdə Elm və Təhsil Nazirliyinin hazırladığı “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” barədə fikirlərini bölüşüb. Ekspert bu barədə şəxsi Feysbuk hesabında paylaşım edib.
Elchi.az sözügedən paylaşımı təqdim edir:
“Elm və Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” hazırlanıb.
Şagirdlərə tətbiq olunan qadağalar bunlardır: çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal.
Həmçinin ümumi təhsil müəssisələrin yuxarıda qeyd olunanlarla bağlı daxili qaydalar tərtib etmələri tələb olunur.
Şagirdlərə saqqal olmaz, amma nazirliyin rəhbər şəxslərinə olar?”.
Yeganə