Əfqanıstan hakimiyyəti Britaniyanın BBC korporasiyasının ölkə ərazisindəki radioyayımını dayandırıb.
Elchi.az xəbər verir ki, bu barədə “TOLO News” telekanalına “Təliban” hökumətinin İnformasiya və Mədəniyyət Nazirliyinin Sosial Şəbəkələrə Nəzarət İdarəsinin rəhbəri Səfiulla Raid məlumat verib.
O bildirib ki, qərar BBC tərəfindən yol verilən kütləvi səhvlərə görə” qəbul edilib. Bununla belə, nazirlik nümayəndəsi söhbətin konkret hansı səhvlərdən getdiyini dəqiqləşdirməyib. Əfqanıstanın “Ettelaat Roz” qəzetinin yazdığına görə, korporasiyanın Əfqanıstan üçün nəzərdə tutulmuş radioproqramları yayımlanmaqda davam edir, onları qısa və orta dalğalarda dinləmək mümkündür.
BBC bütün ölkə ərazisində radioyayımın dayandırıldığını təsdiqləyib. Korporasiyanın nümayəndəsi “Reuters” agentliyinə bildirib ki, vəziyyətin tənzimlənməsi məqsədilə Əfqanıstan hakimiyyəti ilə təmaslar aparılır.
Məryəm





















