Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir, bununla əlaqədar yol polisi sürücülərə müraciət edib.
Bu barədə Elchi.az-a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.
“Paytaxtın Neftçilər prospekti boyunca Əziz Əliyev küçəsi ilə kəsişmədən Bülbül küçəsi ilə kəsişməsindək asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir bərpa işləri aparılır. Bunu nəzərə alaraq sürücülərdən fevralın 25-26-da həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik”, – o, deyib.
89 yaşlı qadının evi niyə qəzalı vəziyyətə düşüb? – Rəsmi AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Yardımlı rayonunun Bozayran kəndində yaşayan 89 yaşlı Bədirova Gültamam Zərbi qızı yaşadığı evin vəziyyəti ilə bağlı saytımıza...





















Son şərhlər